» » Şiəlik Əli (ə)-ın xilafəti dönəmində


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiəlik Əli (ə)-ın xilafəti dönəmində
    +5
    Müəllif: Ewqi_Kerbela | 21-10-2014, 09:00 | Baxılıb: 609
     
    Şiəlik Əli (ə)-ın xilafəti dönəmində

    Əli (ə)-ın xilafəti 35-ci (h.q.) ilin sonlarında başlandı və təqribən dörd il doqquz ay davam etdi. Əmir əl-Möminin (ə) şiələri, xalqın ümumi beyəti zamanı münasib bir zaman olduğunu nəzərə alıb o həzrətin (ə) uca məqamını da onlara çatdırdılar. Elə bu məqsədlə də Malik ibn Haris ibn Əştər xalqa müraciətlə dedi: "Ey camaat! Bu Əli (ə) vəsilər vəsisi və Peyğəmbər (s) elminin varisidir. O, İslam uğrunda ağır əzablara qatlanmış və olmazın zəhmətlər çəkmişdir. O, elə bir şəxsiyyətdir ki, Allah onun imanına şəhadət vermiş, Peyğəmbər (s) ona behişt müjdəsi vermişdir. O, elə bir şəxsiyyətdir ki, bütün üstün keyfiyyətlər onda öz əksini tapmışdır. İstər keçib gedənlərdən, istərsə də qalanlardan heç bir kimsə onun elminə, fəzilətinə şübhə ilə yanaşmamışdır”. Xüzeymə ibn Sabit də İmam Əli (ə)-a beyət etdikdən sonra dedi: "Biz elə bir insanı seçdik ki, onu bizim üçün Peyğəmbər (s) seçmişdi”. Əli (ə) paytaxtı Kufəyə köçürtdü. Paytaxtı dəyişdirməkdə məqsəd İraqda şiəliyi geniş yaymaq və özünü iraqlılara tanıtdırmaq idi. Bundan başqa İraq hərbi düşərgə olması ilə yanaşı, həm də Şama yaxın idi. İraqdan Şamı nəzarətə götürmək asan idi. İmam (ə) İraqa gəldikdən sonra camaat onu siyasi qəhrəman olaraq şamlıların istilasına qarşı himayə etdilər və uzun müddət o həzrətin (ə) hamisi olaraq qaldılar. Cəməl döyüşündən sonra "şiə” termini Əli (ə)-ın tərəfində Aişəyə qarşı döyüşənlərin hamısına aid edilirdi. Bundan başqa, etiqadi baxımdan yox, sırf siyası məqsədlər üçün Əli (ə)-ı dəstəkləyənlər də "şiə” adlanırdılar. Nəsr ibn Müzahim yazır: "Əli (ə) Təlhə və Zübeyrin cinayətlərini sayarkən buyurur: "Həqiqətən, Təlhə və Zübeyrin tabeçiliyində olanlar Bəsrədə mənim şiələrimi və məmurlarımı qətlə yetirdilər”. Siffeyn savaşında "həkəmiyyət” sənədində də "şiə” sözü məhz bu mənada işlədilmişdir. Bu hadisədən düz on il sonra şiələr öz adlarının möhkəmlənməsi, həqiqi Əli (ə) şiələrinin digər məqsədlərlə Əli (ə)-ı dəstəkləyənlərdən ayrılması üçün səylər göstərdilər. Əli (ə) hakimiyyətdə olduğu dörd il doqquz ay müddətində İslam ümmətini öncəki vəziyyətinə qaytara bilməsə də bir çox uğurlar əldə etdi. Bu uğurları  aşağıdakı şəkildə sıralamaq olar:
    Peyğəmbər (s)-ın əsl şəxsiyyətini camaata tanıtdırmaq; İslamın unudulmuş hökmlərini izah və icra etmək; İmkan dairəsində bidət və təhriflərin qarşısını almaq; Din maarifinin böyük bir hissəsinin təlimi; Görkəmli kadrlar yetişdirmək; misal üçün, Üveys Qərəni, Kümeyl ibn Ziyad, Meysəm Təmmar, Rüşeyd Hücri və başqaları. Əli (ə)-ın hakimiyyəti dövründə şiələr siyasi sıxıntıdan çıxsalar da əvəzində bir neçə daxili müharibə baş verdi. Onlar bu döyüşlərdə də Əli (ə)-ı dəsləktədilər. Şiələr sözügedən döyüşlərdə məğlub olsalar da o həzrəti (ə) müdafiə üçün əqidə savaşından əl çəkdilər. Cəməl döyüşündə əqidəsinə sadiq şiələr qızğın çıxışları ilə müxalif və müvafiq qruplaşmaları o həzrətin (ə) şəxsiyəti ilə tanış edirdilər. Əbu Heysəm ibn Təyyihan deyir:
    قل للزبیر و قل لطلحة انّنا                            نحن الذین شعارنا الانصارانّ الوصی امامنا و ولینا                           برح الخفاء و باحت الاسرار Mərdi Əzdi deyir:هذا علیّ و هو الوصیّ                                       اخاه یوم النجوة النبیّو قال هذا بعدی الولی                                   وعاه واع و نسی الشقّی
    Böyük səhabələrdən olan Hücr ibn Ədi Kindi deyir:
    یا ربّنا سلم لنا علیّا                                        سلّم لنا المبارک المضیّاالمومن الموحد التقیّا                                     لا خطل الرأی و لا غویّابل هادیا موفّقا مهدیّا                               واحفظه ربّی واحفظ النبیّا   فیه فقد کان له ولیّا                                         ثمّ ارتضاه بعده وصیّا
    Zəhr ibn Qeys deyir:
    أضربکم حتّی تقرّوا لعلیّ                                      خیر قریش کلها بعد النبّیمن زانه الله و سمّاه الوصیّ                                 إنّ الولیّ حافظا ظهر الولی
    Siffeyn döyüşü Ümmü-Xeyr də qoşunu Siffeyn döyüşünə təhrik edərkən deyirdi: "Tələsin! (Allahın rəhməti üzərinizdən əskik olmasın!) Ədalətli, təqvalı, vəfalı, sadiq və Peyğəmbər (s) vəsisi olan imamınızın köməyinə tələsin!” Görkəmli səhabə, xəzrəclilərin ağsaqqalı Qeys ibn Səd deyir:
    و علیّ امامنا و إمام                                                لسوانا أتی به التنزیلیوم قال النبّی من کنت مولاه                                     فهذا مولاه خطب جلیلإنّ ما قاله النبیّ علی الأمّة                                        حتم ما فیه قال و قیل
    Nöman ibn Əclan Ənsari deyir:
    کیف التفرق والوصیّ إمامنا                             لا کیف إلا حیرة و تخاذلالا تغبننّ عقولکم، لا خیر فی                        من لم یکن عند البلابل عاقلاوذو معاویة الغویّ و تابعوا                  دین الوصیّ لتحمدوه آجلا        
    Adı çəkilən bütün görkəmli şəxsiyyətlər öz şeirlərində Əli (ə)-ı imam olduğunu, canişinliyini nəzmə çəkmişlər. Siffeyn savaşından sonra Əli (ə) Kufəyə qayıtdı. Xəvaric ondan ayrıldı. Bir çoxları isə həzrətin (ə) yanında qaldı və ona etdikləri beyəti yenilədilər, bir daha əhd-peyman bağladılar. Onlar əhd bağlayarkən dedilər: "Biz sənin dostunun dostu, düşməninin düşməniyik”. Bir çoxları Müaviyəyə məktub yazıb onu məzəmmət edir və Əli (ə)-ın məqamını xatırladırdılar. Məhəmmə ibn Əbu Bəkr Müvaviyəyə ünvanladığı məktubda yazır: "Vay olsun sənə! Özünü Əli (ə) ilə müqayisə edirsən?! Halbuki o, Peyğəmbərin (s) vəsisi, varisi və övladlarının atasıdır. O, Peyğəmbərə (s) ilk iman gətirən və əhdini son eşidən şəxsdir. Peyğəmbər (s) sirlərini ona açdı və işlərində şərik etdi”. Əli (ə) şiələrindən olan xanım Darəmiyyə Müaviyəyə yazdığı məktubda Əli (ə)-a olan məhəbbətinin səbəbini belə açıqlayır: "Mən ona dərin və sonsuz məhəbbət bəsləyirəm. Çünki o, yoxsulları sevər, səfillərə yardım göstərərdi. O, din bilicisi idi və haqqı deməkdən çəkinməzdi. O, Peyğəmbər (s) tərəfindən verilən vilayət sahibi idi”.

     Qabaqcıl şiə səhabələr

    Bioqrafik kitablara və tarixi qoynaqlara müraciət edib səhabələr haqqında tədqiqat apardıqda onların böyük əksəriyyətinin Əli (ə)-a itaət göstərdiklərinin şahidi oluruq. Mərhum Şərəf əd-Din "əl-Füsul əl-mühimmə” əsərində belə səhabələrin iki yüzünün adını qeyd edir. Ayətullah Məhəmməd Hüseyn Kaşif əl-Ğita yazır: "Mən səhabələrin tərcümeyi-halını araşdırmaq məqsədi ilə "İstiab”, "İsabə”, "Usd əl-ğabə” və digər bənzər kitablara müraciət etdim. Araşdırmalarımın nəticəsinə görə, üç yüz səhabə Əli (ə)-ın şiələrindən olmuşdur. Çox güman ki, tədqiqat genişləndirilsə, bu rəqəm də yüksələr. Qabaqcıl şiə səhabələrin bir neçəsinin adlarını diqqətinizə çatdırırıq: Abdullah ibn Abbas, Fəzl ibn Abbas, Qusəm ibn Abbas, Əbd ər-Rəhman ibn Abbas, Təmmam ibn Abbas, Əqil ibn Abu Talib, Nofəl ibn Hərs, Abdullah ibn Cəfər ibn Abu Talib, Övn ibn Cəfər, Məhəmməd ibn Cəfər, Rəbiə ibn Hərs ibn Əbd əl-Müttəlib, Tüfeyl ibn Hərs, Müğeyrə ibn Nofəl ibn Haris, Abdullah ibn Hərs ibn Nofəl, Abdullah ibn Əbu Süfyan ibn Hərs, Abbas ibn Ətəbə ibn Əbu Ləhəb, Əbd əl-Müttəlib ibn Rəbiə ibn Hərs, Abbas ibn Rabiə ibn Hərs, Cəfər ibn Əbu Süfyan ibn Hərs. Bəni-Haşimdən olmayan qabaqcıl şiələr: Salman Məhəmmədi, Miqdad ibn Əsvəd Kindi, Əbuzər Qifari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Xüzeymə ibn Sabit, Əbu Əyyub Ənsari, Əbu əl-Heysəm Malik ibn Təyyihan, Übəyy ibn Kəb, Qeys ibn Səd ibn Übadə, Ədi ibn Hatəm, Übadə ibn Samit, Hilal ibn Rəbah Həbəşi, Əbu Rafe, Haşim ibn Ətəbə, Osman ibn Hüneyf, Səhl ibn Hüneyf, Hükeym ibn Cəbələ, Xalid ibn Səd ibn As, İbn Hüseyb Əsləmi.
     
    Kitabın adı: Haqqın izi ilə
    Müəllif: Əli Əsğər Rizvani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.