Şiələr Peyğəmbərin (s) vəfatından sonra da o həzrətin (s) Əli (ə) ilə bağlı göstərişini həyata keçirməyə səy göstərmiş və bu yöndə müəyyən addımlar atmışlar. Bunlardan bir neçəsinə nəzər salaq.·Əliyə (ə) beyət edilməsi; Şiələr Peyğəmbərin (s) Əli (ə) ilə bağlı vəsiyyətini görmüş, eşitmiş və onun Peyğəmbərdən (s) sonra xəlifə və imam olduğunu qəbul etmişdilər. Elə buna görə də Peyğəmbərin (s) vəfatından dərhal sonra İmama (ə) beyət olunması məsələsini önə çəkdilər. Belə ki, Abbas ibn Əbd əl-Müttəlib İmam Əliyə (ə) deyir: "Əlini ver, sənə beyət edim və xalq da sənə beyət etsin”. Şiələrin həzrət Fatimənin (ə) evinə yığılmaları;Səqifə hadisəsindən sonra şiələr məsələnin Əbu Bəkrin xeyrinə sona yetdiyini görüb etiraz əlaməti olaraq həzrət Zəhranın (ə) evinə toplaşdılar. Bununla həm işin gedişatına etiraz etmiş, həm də İmam Əlinin (ə) imamət və xilafətini dəstəkləmiş oldular.Məsudi Peyğəmbərin (s) vəfatı hadisələri fəslində yazır: "Həqiqətən, İmam Əli (ə) və onun tərəfində olan şiələri Əbu Bəkrə beyət tamamlandıqdan (Əbu Bəkr xəlifə seçildikdən) sonra həzrət Əlinin (ə) evinə yığıldılar”. Ömər ibn Xəttab deyir: "Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələrdən biri də bu idi ki, Əli (ə), Zübeyr və onlarla olan bir qrup (səhabə) bizə beyət etməkdən boyun qaçırıb Fatimənin (ə) evinə toplaşdı”. Əbu Bəkrə beyətdən boyun qaçıranlar bunlar idilər:1) Salman Farsi;2) Əmmar Yasir;3) Bərra ibn Azib;4) Əbuzər Qifari;5) Miqdad ibn Əsvəd;6) Əban ibn Səid;7) Abbas ibn Əbd əl-Müttəlib və Bəni-Haşim, mühacir və ənsardan olan çoxsaylı səhabələr[219].İbn Əsir yazır: "Əban bir çoxları kimi beyətdən boyun qaçırıb Bəni-Haşimin nə edəcəyini gözlədi. Onlar beyət etdikdə, o da etdi”.Vilayəti müdafiə mövqeyi;Şiələrin yığıncağı Ömər ibn Xəttab tərəfindən dağıdıldıqdan sonra onlar Peyğəmbər (s) məscidinə toplaşıb camaata dəlillər göstərir və onları qəflət yuxusundan oyatmağa çalışırdılar. Belə hallardan bir neçəsinə diqqət yetirək:Fəzl ibn AbbasO, çıxış edərək xalqa müraciətlə dedi: "Dostumuz (Əli) sizdən daha layiqdir”.Miqdad ibn ƏsvədO, deyir: "Qüreyşə təəccüb edirəm. Onlar xilafəti Peyğəmbərlərinin (s) əhli-beyitinin (ə) əlindən aldılar. Halbuki onların arasında Peyğəmbərə (s) ilk iman gətirən Əli (ə) var”.O, digər çıxışında deyir: "Peyğəmbərin (s) Əhli-beytini (s) tanımaq (onlara etiqad bəsləmək) axirət əzabının qoruyucusudur. Onlara sevgi Sirat körpüsündən keçid üçün icazədir. Onların vilayəti (insanları) cəhənnəm əzabından amanda saxlayacaq”. Salman FarsiO, ismət və təharət ailəsini müdafiə edərək xalqa müraciətlə deyir: "Ey camaat! Həqiqətən, Məhəmmədin (s) Əhli-beyti (ə) Nuhun (ə), İbrahim (ə) və İsmayılın (ə) törəmələridir. Onlar Məhəmmədin (s) pak və hidayətçi (doğru yol göstərən) ailəsidirlər. Məhəmmədin (s) ailəsi bədəndəki başa, daha doğrusu, başdakı iki gözə bənzəyirlər. Çünki onlar sizin üçün başınız üzərində ucalmış səma, uca dağlar, işıq saçan günəş və (faydalı) zeytun ağacı kimidirlər”.Sözlərinin digər hissəsində camaata müraciətlə deyir: "Görürəm ki, Əli (ə) sizin aranızdadır, lakin onu tanımırsınız. And olsun canım ixtiyarında olan Allaha, Əli (ə) sizin Peyğəmbər (s) sirrindən ən xəbərdar olanınızdır”. Səqifə hadisəsindən sonra camaata müraciətlə dedi: "Etməməli olduğunuz şeyi etdiniz, etməli olduğunuzu isə etmədiniz. Əgər Əliyə (ə) beyət etsəydiniz, üzərinizə yerdən və göydən xeyli nemət yağacaqdı”. Əbuzər QifariO deyir: "Aza qane oldunuz, Peyğəmbərlə (s) qohumluğu kənara qoydunuz. Əgər xilafəti sahibinə - Peyğəmbərimizin (s) Əhli-beytinə versəydiniz, sizin iki nəfəriniz arasında belə ixtilaf düşməzdi”. Übəyy ibn KəbO, Əbu Bəkrə əsla beyət etməyən şəxslərdən idi və Səqifə şurasını əsassız hesab edird. Əbu Nəim İsfahani "Hilyə əl-övliya” əsərində Qeys ibn Səddən belə nəql edir:Peyğəmbərin (s) səhabələri ilə görüşmək üçün Mədinəyə daxil oldum. Xüsusilə Übəyyi görməyi çox istəyirdim. Peyğəmbər (s) məscidinə daxil oldum, namaz üçün cərgədə dayandım. Bu an bir kişinin (Übəyyin) namazını qurtararaq nitq söyləməyə başladığını gördüm. Sözlərini eşitmək üşün boyunlar ona doğru çəkildi. O, üç dəfə dedi: "Bu ümmətin önündə gedənlər yollarını azdılar və axirətləri heç oldu. Lakin mən onların halına yanmıram. Mən onların vasitəsi ilə yolunu azan müsəlmanların halına yanıram”. O, yazır: "Übəyy ibn Kəb müsəlmanların əsl İslam rəhbərlərindən ayrı düşdüyünü görür, narahat olur və deyirdi: "Peyğəmbər (s) həyatda olduğu müddətdə çöhrələr bir istiqamətə doğru yönəlmişdi. Lakin o həzrətin (s) vəfatından sonra çöhrələr sağa-sola dönməyə başladı”. Zəhəbi nəql edir: "Ənsardan biri Übəyy ibn Kəbdən soruşdu: "Haradan gəlirsən?” Übəy: "Peyğəmbər (s) xanədanının evindən”, - deyə bildirdi.- Onların vəziyyəti necədir?- Onların vəziyyəti necə ola bilər? Bir halda ki, dünən onların evinə vəhy mələyi gələrdi, bu gün isə evlərindəki o qələbəlikdən xəbər-ətər yoxdur. Peyğəmbərdən (s) sonra ev sanki boşalmışdır.Bu sözləri dedikdə qəhər onu boğdu və sözlərini davam etdirə bilmədi. Belə ki, onun bu vəziyyətini görən ətrafdakılar da ağladılar.Büreydə ibn Hüseyb Əsləmi Zəhəbi onun tərcümeyi-halını yazarkən qeyd edir: "Xilafət Əbu Bəkr tərəfindən qəsb edildikdən sonra Büreydə Əbu Bəkrə müraciətlə dedi: "Haqq, batil əlindən nə müsibətlər çəkdi! Ey Əbu Bəkr! Sən unutmusan, yoxsa özünü unutqanlığa vurursan? Kimsə səni aldadıb, yoxsa səni aldadan nəfsindir? Xatırlamırsanmı, Peyğəmbər (s) bizə Əlini (ə) necə Əmir əl-Möminin adlandırmağı öyrədirdi? Xatırlamırsanmı, Peyğəmbər (s) ayrı-ayrı vaxtlarda Əlini (ə) göstərərək "Bu, möminlərin əmiri, zalımların qatilidir”, - deyə buyurardı? Allahdan qorx, nəfsinlə mübarizə apar. Nə qədər ki, gec deyil, özünü, səni həlak edəcək şeydən xilas et. Haqqı səndən daha layiqinə ver. Onu qəsb edərək mənimsəməkdə israrlı olma. Sən tutduğun yoldan qayıda bilərsən. Sənə nəsihət verib nicat yolunu göstərirəm. Zalımlara yar olma!” Xalid ibn Səidİbn Əsir yazır: "Xalid və qardaşı Əban Əbu Bəkrə beyət etməkdən boyun qaçırdılar və Bəni-Haşimə müraciətlə dedilər: "Həqiqətən, siz köklü, nəcabətli xanədansınız. Siz cəmiyyətə ləyaqətli şəxsiyyətlər vermisiniz. Biz sizin ardınızca gəlirik”. Bəni-Haşim ümumi beyətdən sonra zor və hədə nəticəsində Əbu Bəkrə beyət etdilər.4. Mənalı susqunluq;Şiələrin Əbu Bəkr, Ömər və Osmanın xəlifə olduqları dövrdə xilafətin mənimsənilməsinə qarşı mövqelərindən biri də mənalı sükut idi. Çünki bir tərəfdən, haqqın Əli (ə) ilə olduğunu və digərlərinin xəlifəliyə layiq olmadıqlarını bilir, bir tərəfdən də İslam və müsəlmanların məsləhətini, Əmir əl-Mömininin (ə) təbrincə desək, yeni müsəlmanları nəzərə alır, digər tərəfdən isə daxili və xarici düşmənlərin pusquda durduqlarını görürdülər. Ona görə də bütün bunları nəzərə alıb, susmağı daha uyğun hesab edirdilər. Belə ki, silaha əl atmır, Əlinin (ə) haqqını silah gücünə almağa can atmırdılar. Əlbəttə, bu, tam mənada sükut deyildi. Çünki haqq heç bir zaman tam susmamışdır. Ona görə də məsləhət gördükləri yerdə Əlinin (ə) haqqını xatırladırdılar.5. Əməli müxalifət;Şiələr bir çox hallarda əməldə də qəsbkar xəlifəyə qarşı çıxırdılar. Bunun bir nümunəsi kimi Malik ibn Nüveyrənin Əbu Bəkrin nümayəndəsi Xalid ibn Vəlidə zəkat verməməsini qeyd etmək olar. Çünki o, Əbu Bəkrin xəlifəliyə layiq olmadığını düşünür və onun nümayəndəsinə vergi (zəkat) verməyi zalıma kömək kimi qəbul edirdi. Elə buna görə də zəkat verməkdən boyun qaçırırdı. Bunun digər nümunəsi Bilalın Mədinədən hicrət etməsidir. Məlum olduğu kimi, Bilalın Peyğəmbərin (s) yanında o dövr üçün olduqca mühüm vəzifəsi var idi. O, bilirdi ki, Mədinədə qalsaydı, hazırkı xəlifə üçün də azan verməli olacaqdı. Belə olduqda isə rəsmən qəsbkar xilafəti qəbul etmiş olacaqdı. Ondan siyasi məqsədlər üçün istifadə edilməsin deyə, uzaq bir yerə hicrət etdi və ömrünün sonunadək orada yaşadı.6. Mənfi mübarizə.Həzrət Zəhra (ə) atasının vəfatından sonra xilafətlə bağlı atılan yanlış addımları görüb danışıq yolu ilə onları anlatmağa çalışsa da bu, müsbət nəticə vermədi. Elə buna görə də mənfi mübarizə yolunu tutdu. Bu mübarizə metodu, həzrət Fatimənin (ə) şəhadətindən sonra aşağıdakı şəkildə davam etdi:1. Həzrət Zəhranın (ə) Əbu Bəkrə qarşı qəzəbi;Buxari "Xüms” fəslində həzrət Zəhranın (ə) Fədəkdən olan mirası haqqında nəql edir: "Peyğəmbər (ə) qızı Fatimə (ə) qəzəbləndi və Əbu Bəkrdən küsdü. Bu hal, o, dünyadan köçüncəyə qədər davam etdi”.O, Xeybər savaşı haqqında danışarkən özünəməxsuz sənədlə Aişədən nəql edir: Peyğəmbərin (s) qızı Fatimə (ə) Əbu Bəkrə xəbər göndərdi ki, atasından ona qalmış irsi, yəni Fədəyi, Xeybərin xümsünün qalanını və Mədinə "fey”ini (döyüşsüz əldə olunan qənimət) onun üçün yollasın. Əbu Bəkr isə dedi: "Peyğəmbər (s) buyurmuşdur: "Biz (peyğəmbərlər) irs qoyub getmirik. Bizdən qalanların hamısı sədəqədir”. Beləcə, Əbu Bəkr həzrətin irsini verməkdən imtina etdi. Fatimə (ə) onun bu hərəkətindən narahat olub ondan küsdü və həyatda olduğu müddətdə onunla danışmadı”.2. Gecə dəfn olunmaq haqqında vəsiyyət; Buxari özünəməxsus sənədlə Aişədən nəql edir: "Peyğəmbərin (s) qızı Fatimə (ə) Əbu Bəkrə xəbər göndərdi ki, atasından ona qalmış irsi, yəni Fədəyi, Xeybərin xümsünün qalanını və Mədinə "fey”ini (döyüşsüz əldə olunan qənimət) onun üçün yollasın. Əbu Bəkr həzrətin irsini verməkdən imtina etdi. Fatimə (ə) onun bu hərəkətindən narahat olub ondan küsdü və həyatda olduğu müddətdə onunla danışmadı.Həzrət Fatimə (ə) bu hadisədən sonra cəmi altı ay yaşadı. Vəfatı zamanı həyat yoldaşı Əli (ə) onu gecə dəfn etdi, Əbu Bəkrə bu barədə xəbər vermədi”. İbn Əbu əl-Hədid yazır: "Əli (ə), Həsən (ə) və Hüseyn (ə) Fatiməni (ə) gecə dəfn etdilər və qəbrini də gizli saxladılar”. O, yazır: "Mənim qəbul etdiyim doğru tarixi məlumatlar göstərir ki, həzrət Fatimə (ə) Əbu Bəkrə və Ömərə qarşı qəzəbli bir halda dünyasını dəyişdi. Elə buna görə də vəsiyyət etdi ki, bu iki şəxs onun cənazə namazında iştirak etməsinlər”.Müslim həzrət Zəhranın (ə) Əbu Bəkrə qarşı qəzəbli olduğu halda dünyasını dəyişməsindən söhbət açarkən yazır: "Əli (ə) Fatimənin (ə) vəfat xəbərini Əbu Bəkrə çatdırmadı və onun namazını özü qıldı”.Hələbi, Vaqidinin belə dediyini nəql edir: "Mənim üçün sübuta yetmişdir ki, Əli (ə) Fatiməni (ə) gecə dəfn etdi. Onun namazını Abbas və Fəzllə birgə qıldı və heç kimə xəbər vermədi”.Ustad Tofiq Əbu Elm yazır: "Fatimə (ə) üç vəsiyyət etdi. Həmin vəsiyyətlərdən biri bu idi ki, onun qəzəbi tutan şəxslər dəfn mərasiminə buraxılmasınlar və o, gecə torpağa tapşırılsın”.Əbu Bəkr Cövhəri yazır: "Həzrət Fatimənin (ə) vəfat zamanı yetdikdə Əliyə vəsiyyət etdi ki, dünyadan köçərsəm məni gecə dəfn et, Əbu Bəkrə və Ömərə xəbər vermə”.İbn Qüteybə yazır: "Fatimə (ə) and içdi ki, əsla Əbu Bəkrlə danışmayaçaq. O, Əbu Bəkrin dəfn mərasimində iştirak etməməsi üçün gecə dəfn olunmasını vəsiyyət etdi”.
Kitabın adı: Haqqın izi ilə
Müəllif: Əli Əsğər Rizvani