Qəzavət-Etimadlı qardaşla təbəssüm qardaşı
+5
Müəllif:
Admin | 29-10-2014, 14:00 | Baxılıb: 1 343
E`TİMADLI QARDAŞLA TƏBƏSSÜM QARDAŞI
Bir nəfər Bəsrədə Əli (ə.s)-dan dini qardaşlar barəsində soruşdu. O Həzrət buyurdu: – Qardaşlar iki cürdür: e`timadlı qardaşlar və təbəssüm qardaşları.
E`timadlı qardaşlar (insan üçün) qol-qanad, əhl və var-dövlətdir. Hər vaxt özün üçün belə bir qardaş tapsan, sən də onun köməkçisi ol, dostları ilə dost, düşmənləri ilə düşmən ol, eyiblərini və sirlərini ört, gözəlliklərini və yaxşılıqlarını aşkar et. Bil ki, bu cür qardaşlar «kibriti-əhmər»dən də (məqsəd xalis qızıldır, müt.) az tapılandır.
Təbəssüm qardaşları o kəslərdir ki, səninlə təbəssümdə dost olarlar. Sən də onlarla, onların səninlə şirin dillilik və açıq üzlülüklə etdiyi rəftar kimi rəftar et.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.