![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

«Cəməl» müharibəsində Əli (ə.s) müharibə işlərini nizamlamağa məşğul ikən çöl ərəblərindən bir nəfər qalxıb dedi: – Ya Əmirəl-mö`minin! Allahın yeganə olduğunu deyirsənmi?
Bu zaman camaat hər tərəfdən ona e`tiraz edib dedi: – Görmürsən ki, Əli (ə.s) hansı vəziyyətdədir və onun fikri qarışıqdır?!
İmam (ə.s) onlara buyurdu: – Onunla işiniz olmasın, bizim düşməndən istədiyimiz şeyləri elə bu ərəb soruşdu. (Sonra ərəbə dedi:) Allaha yeganəlik nisbəti verilməsi («Allah birdir» deyilməsi) dörd qisimdir: onun ikisi (Allah barəsində) rəvadır, ikisi isə rəva deyildir. Rəva olmayanların biri («Allah birdir» deyib) ikinin müqabilində olan «bir»i nəzərdə tutmaqdır. Rəva olmamasının səbəbi də budur ki, Allahda iki yoxdur. Ədədlər bölməsində «iki»si olmayan «bir», ədədlərin sırasına daxil olmur və ona bir deyilmir. Rəva olmayan digər qismi isə «bir» deyib cinsdən olan bir növü nəzərdə tutmaqdır. Bu da rəva deyildir, çünki bu Onun məxluqata oxşadılmasıdır, halbuki, Allah belə şeylərdən pakdır.
Allah barəsində rəva olan iki qismin birincisi budur ki, Allaha yeganəlik nisbəti verməklə Onun məxluqatda və əşyalarda oxşar və mislinin olmaması nəzərdə tutulsun. Digəri də «Allahın əhədiyyul-mə`na olmasıdır» – məqsəd vücudda, təfəkkürdə və xəyalda bölgüyə mə`ruz qalmamasıdır. Bizim Pərvərdigarımız, bax belədir!»
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









