Həzrət Fatimənin (s.ə) cənazəsini çıxartmaq niyyəti
Ömər dedi: Bu sözləri boşla! İndi bu saat qəbrlərin yanına gedirik. Onları birə-bir qazıb Fatimənin (s.ə) cənazəsini tapacağıq və onun meyyit namazını özümüz qılacağıq!
Həzrət Əli (ə) buyurdu: Allaha and olsun, əgər bu barədə kiçik bir hərəkət etsən, (halbuki bilirsən heç vaxt Fatimənin (s.ə) cənazəsini tapa bilməzsən və bundan başqa surətdə başın bədənindən ayrılacaq.) Heç bir iş görməmişdən qabaq qılıncla üzbə-üz olacaqsan.
Ömər qışqıdı: Müsəlman qadınlarından bir dəstəsi gəlsinlər, bu qəbrləri qazıb Fatimənin (s.ə) cənazəsini çıxardaq! Sonra onun meyyit namazını qılıb dəfn edək və qəbrini ziyarət edək!
Əmirəl-möminin Əli (ə) bu cinayətin qarşısında
Bu xəbər Əli (ə)-a çatdı. Həzrət Əli (ə) qəzğın müharibələrdə geydiyi sarı rəngli qəbasını geydi. Onun qəzəbdən gözləri qızarmış və damarları şişmişdi. Həzrət öz "Zülfüqarını" götürüb "Bəqi" qəbiristanına gəldi. Bir nəfər qabaqda qaşa-qaça gəlib dedi: Əli (ə) gəlir. And olsun Allaha, o Həzrət deyir ki, əgər bu qəbrlərin üstündən bir dənə daş belə götürülsə, qılınc çəkib hamını öldürəcəyəm.
Ömər və dostları Həzrətin qarşısına çıxdılar. Ömər dedi: "Ey Əbəl Həsən nə xəbərdir?! Allaha and olsun,Fatimənin (s.ə) qəbrini qazıb onun meyyit namazını qılacağıq!
Əmirəl-möminin Əli (ə) Ömərin yaxasından yapışdı. Onu göyə qaldırıb, yerə vurdu.
Sonra buyurdu: Ey Ömər! Öz haqqımdan göz yumdum ki, camaat dindən üz döndərməsinlər. Amma and olsun Əlinin canı əlində olan Allaha, əgər Fatimənin (s.ə) qəbrini qazmaq üçün sən və dostların kiçik bir hərəkət etsəniz, yeri sizin qanınıza sirab edəcəyəm. İndi əgər istəyirsən, qaz. Əgər mən qılınc çəksəm sənin canını alayınca onu öz qınına qoymayacağam!Əbubəkr irəli gəlib dedi: Ey Əbəl Həsən, Səni and verirəm Allaha bə Peyğəmbərin (s) haqqına. Ömərlə işin olmasın! Sənin acığın gəldiyi işi, o yerinə yetirməyəcək.
Əmirəl-möminin Əli (ə) Öməri azad etdi. Camaat dağılışıb getdilər. Elə həmin gündən Fatimənin (s.ə) qəbrini tapmaq fikrini yaddan çıxartdılar...
Ey Fədək bağçasının qanə dönən lalələri!
Əsər etməzmi sizə Fatimənin nalələri?...
SON
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı