Sual 192: Bir ovçunun qovaraq vurduğu və ya yaraladığı heyvanı başqa biri tutsa, ovun sahibi kim sayılmalıdır?
Cavab: Ov onu tutana məxsusdur. Əgər qovulan heyvan bir evə daxil olarsa, onun sahibi ev yiyəsidir.
Sual 193: Balıq necə ovlanır?
Cavab: Balıq hansı vasitə ilə ovlanır ovlansın, sudan diri vəziyyətdə çıxarılmalıdır. Əgər balığı dalğa vurub sahilə çıxararkən onu diri halda tutmaq mümkün olsa, halaldır.
Sual 194: Heyvan kəsərkən hansı işlər məkruhdur?
Cavab: Heyvanın ruhu xaric olmamış onun dərisini soymaq məkruhdur. Hətta bəziləri bunu haram da saymışdır. Zibh zamanı heyvanı öz həmnövünün gözü qabağında kəsmək, heyvanı gecə və cümə günü günortadan qabaq kəsmək, insanın öz əli ilə böyütdüyü heyvanı kəsməsi məkruhdur.
Sual 195: Maşınla kəsilmiş heyvan haramdırmı?
Cavab: Maşınla kəsilmiş heyvan murdardır. Onun ətini yemək, almaq və satmaq caiz deyil.
Sual 196: Balıq kürüsünü yemək halaldırmı?
Cavab: Balıq kürüsünün halal-haramlığı balığın növündən asılıdır. Əgər balıq özü haramdırsa, onun kürüsü də haramdır.
Sual 197: Hansı quşların əti haramdır?
Cavab: Caynaqlı (yırtıcı) quşların əti haramdır. Bundan əlavə, əksər halda (uçarkən) qanad çalmayıb süzən, çinədansız, mahmızsız quşların da əti haram sayılmışdır.
Sual 198: Əti halal olan heyvan hansı halda haram sayılır?
Cavab: Əgər əti halal olan heyvanın balası böyüyənədək, sümükləri möhkəmlənənədək donuz südü ilə qidalanarsa, onun əti haramdır. Hətta həmin heyvandan törəyən heyvanların da əti haram sayılır.
Sual 199: Halal və ya haram olduğu bilinməyən balıqdan hazırlanmış balıq unu ilə cücələri yedirtmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual 200: Müsəlmanla qeyri-müsəlman arasında «qan köçürmə»yə icazə verilirmi?