Əsl səltənət
Səlcuq sultanı Mövlananı ziyarət edər və söhbətlərindən istifadə edərmiş, mövlana sultana həm müəllimlik, həm də mənəvi atalıq edərdi.
Bir dəfə sultan öz səltənəti ilə Mövlananın səltənəti arasında nə fərq olduğunu soruşur. Mövlana belə deyir:
-Sənin səltənətin gözlərin açıq olduğu müddətdə davam edər, mənim səltənətim isə gözlərimi bağladığım zaman başlayar.
Həqiqətən də Mövlana elə bir səltənətin sahibi oldu ki, dövrünün maddi sultanları çoxdan unudulub getdiyi halda, Mövlana hələ də sevgi və hörmət taxtında oturub qəlbləri aydınladır.
Kitabın adı: Eşq Pərvanəsi
Müəllif: Movlana Cəlaləddin Rumi