» » » İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü
+10
Müəllif: Fatimə Nuri Xuda | 2-10-2014, 16:00 | Baxılıb: 1 144
 
 
İmam Məhəmməd Baqirin (ə) əxlaqından bir görüntü

Zəhmətkeşlik

Məhəmməd ibn Münkədər deyir: Əli ibn Hüseynin oğlu Məhəmməd ibn Əlini görənə qədər düşünməzdim ki, onun özündən üstün bir canişini olsun. Onunla görüşdə nəsihət vermək istədim. Amma o mənə nəsihət verdi. 
Çox isti saatlarda Mədinə ətrafına getmişdim. İmam Baqiri (ə) qan-tər içində işləyən gördüm. Öz-özümə dedim ki, sən Qüreyşin böyük şəxsiyyətinə bax! Günün isti saatlarında dünya dalınca qaçır! And içdim ki, ona nəsihət verəcəyəm. Yaxınlaşıb salam verdim. Tövşüyə-tövşüyə salamımı aldı. İstinin təsirindən üz-gözündən tər axırdı. Ona dedim ki, Allah işini avand etsin, Qüreyşin belə bir böyük insanı günün istisində dünya üçün çalışır? Məgər belə bir məqamda ölüm özünü yetirsə, nə edəcəksən? 
İmam buyurdu: "And olsun Allaha, belə bir halda dünyadan getmiş olsam Allaha itaət halında getmişəm. Belə bir gedişlə vücudumu səndən və cammatdan hifz etmiş olaram. Ölümdən o vaxt qorxaram ki, günah halında səni yaxalasın.” Dedim: Allah sənə mərhəmət buyursun! İstədim sənə nəsihət verəm, sən mənə nəsihət verdin!

Böyük infaq

Həsən ibn Kəsir deyir: Yoxsulluqdan imam Baqirə (ə) şikayətləndim. Həzrət buyurdu: "O qardaş pisdir ki, sən ehtiyacsız olduğun vaxt diqqət yetirsin, yoxsulluğa düçar olduğun zaman əlaqəni kəssin!” Sonra qulamına göstəriş verdi ki, içində yeddi yüz dirhəm olan kisəni mənə versin. Buyurdu: "Bu pulları xərclə, qurtaranda mənə xəbər ver.

Xeyirxahlıqdan yorulmayan kəs

İmam Baqirin (ə) yaxınları deyir: İmam bizə icazə vermişdi ki, beş yüzdən altı yüz min dirhəmədək kömək göstərək. Heç vaxt qardaşlara, müraciət edənlərə, ümidlə qapıya gələnlərə əta etməkdən yorulmazdı.

Məsihiyə münasibətdə səbr

Bir məsihi kişi təhqiramiz şəkildə imama dedi: "Sən bəqərsən (bəqərə-inək)!” İmam buyurdu: "Yox, mən Baqirəm.” Məsihi dedi: "Sən aşbaz qadının oğlusan.” İmam buyurdu: "Aşbazlıq onun sənətidir.” Məsihi dedi: "Sən qara və acıdil bir qadının oğlusan!” İmam buyurdu: "Əgər doğru deyirsənsə Allah onu bağışlasın, əgər yalan deyirsənsə Allah səni bağışlasın.” Məsihi şəxs imamın uyğun şəkildə rəftarının təsirindən müsəlman oldu.

Aşiqanə qonaqpərvərlik

İmam Baqirin (ə) kənizi Səlmi deyir: İmamın din qardaşları daim onun yanına gəlirdilər. İmam onlara ən gözəl yeməklər yedirər, ən gözəl libaslar geyindirərdi. Onlara pul hədiyyə edərdi. Mən həzrətə deyirdim ki, bu qədər əliaçıqlıqdan yoxsul olarsan. İmam cavabımda buyurardı: "Dünyanın gözəlliyi din qardaşlarına yardım və xeyirxahlıqdan başqa bir şeydə deyil!” 
İmam icazə verərdi ki, din qardaşlarına beş yüz-altı yüz min dirhəm əta olunsun. Heç vaxt din qardaşları ilə qardaşlıqdan yorulmaz və buyurardı: "Din qardaşlarının sənə məhəbbətini onlara münasibətdə qəlbindəki məhəbbətlə dəyərləndir. Heç vaxt evinin içində deməzdi ki, "ey sail al bunu.”Daim buyurardı: "Onları ən gözəl adlarla çağırın.”

Zövcənin haqqı

Həsən ibn Zəyyat Bəsri deyir: Mən dostumla birlikdə imam Baqirin (ə) görüşünə getdim. Həzrət yerinə xalça döşənmiş otaqda əyləşmişdi. O saqqalını səliqəyə salırdı. Bir neçə sual verdik. Ayağa qalxanda mənə buyurdu: "Ey Həsən! Sabah dostunla birlikdə yanıma gəlin.” Dedim: "Gələrik, sənə fəda olum!” Səhəri gün dostumla birlikdə həzrətin görüşünə getdik. Otaqda həsirdən başqa bir şey yox idi. İmamın əynində kobud ilməli bir köynək vardı. O dostuma üz tutub buyurdu: "Ey Bəsrinin qardaşı! Dünən gələndə mən zövcəmin otağında idim. Dünən növbə və otaq onun idi. Otaqdakı əşyalar da ona məxsus idi. O özünü mənim üçün bəzədiyindən mən də özümü onun üçün bəzəməli olmuşdum. Mənə münasibətdə qəlbindən pis bir şey keçməsin.” Dostum dedi: "Sənə fəda olum, and olsun Allaha, qəlbimdən nəsə keçirdi. Amma indi Allah fikrimi dəyişdi, anladım ki, dediklərin həqiqətdir.”

Cəm halda dua

İmam Sadiq (ə) buyurur: "Hansısa hadisə atamı pərişan edəndə ailə-uşağı bir yerə toplayar və duaya başlayardı. Onlar da amin söyləyərdilər.”

Allah qarşısında təslimçilik

Bir dəstə müsəlman imam Baqirin (ə) görüşünə gəldi. Evdəki körpə xəstələndiyindən həzrət narahat görünürdü. Gələnlər düşündülər ki, əgər bir hadisə baş versə, imamı arzulamadıqları bir vəziyyətdə görəcəklər. Çox çəkmədi ki, evdən ah-nalə eşidildi. Sonra imam eyni açılmış halda dostlarının görüşünə çıxdı. Dedilər: "Allah bizi sənə fəda etsin, halını görüb qorxduq ki, bir hadisə baş versə, bizi qəmləndirəcək bir vəziyyətə düşəcəksən!” Həzrət buyurdu: "Biz sevdiyimiz kəsi sağlam görmək arzusundayıq. Əgər Allahın əmri başqasa, onun istəyinə təslimik.”

Bir qamçı müqabilində azadlıq

İmam Sadiq (ə) buyurur: Atam ömrünün son anlarında pis qulamları azad edib, yaxşı qulamları saxladı. Ona dedim: "Ey ata! Pisləri azad edib yaxşıları saxlayırsan?” Buyurdu: "Azad etdiklərim bir müddət mənimyanımda olmuşdular və qamçı görmüşdülər. Həmin qamçı müqabilində onları azad etdim.

Gecə minacatı

İshaq ibn Əmmar deyir: İmam Sadiq (ə) mənə buyurdu: "Atamın yatağını hazırlayıb yolunu gözlədim. O gəlib yatağa uzandıqdan və yuxuya getdikdən sonra öz yatağıma uzandım. Gecə onu yerində görməyib ardınca məscidə getdim. Həmin vaxt hamı yuxuda idi. Onu məsciddə səcdə halında gördüm. O nalə çəkib deyirdi: "Pərvərdigara! Sən hər bir eyb və nöqsandan paksan. Həqiqətən sən mənim Rəbbimsən. Pərvərdigara, bir bəndə olaraq sənə səcdə qılıram. Pərvərdigara, əməlim azdır, onu iki qat artır. Pərvərdigara, məni bəndələrini ayağa qaldıracağın gün əzabından qoru. Çünki sən tövbələri qəbul edən və mehribansan.
 
 Mənbə: "İmam Muhəmməd Baqir əleyhissəlamın həyatı" kitabı

 
 
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 2 Ekim 2014 19:18 | İstifadəçi | Şərh yazdı
ALLAH  RAZI OLSUN  BACIM.ALLAH  ƏHLİ BEYT EŞQİN  QƏLBİNDƏ  DAİM SAKİN ETSİN.AMİN

Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 2 Ekim 2014 17:28 | Redaktor | Şərh yazdı
ALLAH SENDEN RAZI OLSUN BACI ÇOX MARAQLIDI ELLERİN VAR OLSUN 
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.