![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Sual :İmam Baqirin (əleyhis-salam) həyatı hansı tarixi hadisələrə təsadüf edirdi?
Ətraflı cavab: Həzrət Baqir (əleyhis-salam) Hicri 57-ci ildə Mədinə şəhərində dünyaya göz açdı. Atası İmam Zeynalabdin (əleyhis-salam) vəfat edərkən (hicri 94) onun 39 yaşı var idi. Adı Məhəmməd, Kunyəsi Əbu Cəfər, ləqəbi Baqir və Baqirul-ulumdur.
Anası İmam Həsənin (əleyhis-salam) qızı Umm Abdullahdır. Bu cəhətdən həm ata, həm də ana tərəfdən Fatimi və Ələvi olan ilk şəxsdir.
İmam Baqir (əleyhis-salam) Hicri 114-cü ildə Mədinə şəhərində vəfat etdi və məşhur Bəqi qəbiristanlığında atasını və babasını kənarında torpağa tapşırıldı. Onun imamlıq dövrü 17 ildir.
Beşinci rəhbər imamət dövründə aşağıda adı çəkilən xəlifələrlə müasirdir:
1. Vəlid ibn Əbdul-Məlik (Hicri 86-96).
2. Süleyman ibn Əbdul-Məlik (Hicri 96-99).
3. Ömər ibn Əbdul-Əziz (Hicri 99-101).
4. Yəzid ibn Əbdul-Məlik (Hicri 101-105).
5. Hüşam ibn Əbdul-Məlik (Hicri 105-125).
Sözü gedən xəlifələr Ömər ibn Əbdul-Əziz istisna olmaqla zülm və haqsızlıqda öz əcdadlarından geri qalmır, ələlxüsus beşinci imama qarşı sərtliklə davranırdılar. Ömər ibn Əbdul-Əziz onlara nisbətən ədalətlə davranar, peyğəmbər ailəsinə hörmət göstərərdi. (Mehdi Pişvayi, “Məsumların həyatı” kitabından iqtibas olunmuşdur, səh 306)
Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |