» » » İmam Baqir (ə) haqqında qısa məlumat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Baqir (ə) haqqında qısa məlumat
+5
Müəllif: Zəhra kənizi | 9-09-2016, 11:00 | Baxılıb: 1 665

 

İmam Baqir (ə) haqqında qısa məlumat


İslam aləminin 12 ulduzundan biri olan beşinci imamımız İmam Baqirin (ə) öz mübarək adı Məhəmməd, məşhur ləqəbi isə Baqirdir. Baqir adını imama (ə) peyğəmbərimiz (s) vermişdir. İmam Baqir(ə) atası İmam Səccad və babası İmam Hüseyn (ə) kimi 57 il ömür sürmüşdür. Belə ki, hicrətin 57-ci ilində dünyaya göz açmış, hicrətin 114-cü ilində isə xəlifə hişam ibn Əbdülməmunun əmri ilə zəhərlənib şəhid olmuşdur. Kərbəla faciəsində imam (ə) üç yaşlı uşaq idi.
İmamlar arasında imam Baqiri (ə) fərqləndirən bir cəhət vardı: İmamın (ə) ata tərəfdən babası İmam Hüseyn (ə), ana tərəfdən babası isə İmam Həsəndir(ə). Belə ki, bu parlaq ulduz həm ata, həm də ana tərəfindən babaları imamlar idi. İmam Baqir (ə) ota boylu, qarabuğdayı, iri cüssəli, enlikürək, girdəsifət, qarasaqqal, çatmaqaş, iri gözlü, nazik burunlu görkəmli bir şəxs olmuşdur.
Bədən quruluşu və xüsusiyyətləri Peyğəmbərə (s) çox oxşayarmış. Bəlkə də bununla əlaqədar idi ki, Rəsuli-Əkrəm (s) öz səhabələrindən olan Cabir ibn Əbdullah Ənsariyə buyurur: "Ey Cabir, sən çox yaşayacaqsan, imam Hüseyn övladlarından Məhəmməd adlı bir nəfərlə görüşəcəksən. O şəxs Peyğəmbərin elmini açan olacaq, onu gördükdə mənim salamımı ona çatdır". Cabir imamla (ə) təqribən 50-55 il peyğəmbərdən (s) sonra görüşüb salamı çatdırır və bir neçə gündən sonra dünyasını dəyişir.
İmam Baqirin (ə) dövründə Bəni Üməyyə xəlifəliyi süquta uğramaq üzrə idi. Xalq xəlifə və onun adamlarına nifrət edirdi. İslam ölkələrini narazılıq bürümüşdü və hər yerdə qiyam baş verir, xəlifəyə qarşı mübarizə gedirdi. İmam Baqirin (ə) 19 il imam olduğu dövrdə beş xəlifə dəyişmişdi. Bəni Üməyyə dövlətinin zülmünün sona yetməsi üçün yaxşı bir şərait yaranmışdı ki, İmam Baqir (ə) bu fürsətdən istifadə edib elm sahəsində inqilab yaratdı. Zəmanənin böyük alimləri İmamın (ə) ətrafında cəm olurdular. Islam həqiqətlərini və maarifini öyrətmək, dünyaya yaynaq üçün gözəl imkan yaranmışdı. "Lisanul ərəb" kitabında yazılır ki, məhz elmin incəliklərini açıb, islamı elmlərin üsul və fürularını bəyan edib, onu hər tərəfə yaydığına görə həzrət Peyğəmbər (s) öncədən imama (ə) Baqir adı bermişdir ki, onun da mənası yaran, parçalayan, açan deməkdir.
İmam (ə) özü haqqında demişdir: "And olsun Allaha, Allah-Taala qiyamət gününə qədər keçmişdəki və gələcəkdəki elmləri mənə veribdir".
İmam Baqirin (ə) elmi qarşısında hər kəs baş əymişdir. Zəmanənin məşhur əhli-sünnət alimləri olan Təbəri, Bəlazəri, Səlami, İsfəhani, Bəsit, Xətib, Əbu-Davud, Əsnafi və başqaları o həzrətin hüzuruna yetişib onun elm dəryasından istifadə ediblər. Bəli imam Baqir (ə) zəmanəsinin ən bilikli alimi idi. Məşhur alimlərdən olan həkəm ibn Üyeybə yazır: "Allaha and olsun, imam Məhəmməd Baqir (ə) hicr surəsinin 75-ci ayəsində Allahın söylədiyi xüsusi insanlardandır". Başqa bir əhli-sünnət alimi Əbdüllah ibn Əta yazır: "Elə bir alim görmədim ki, özünü İmam Baqirin (ə) yanında kiçik sandığı kimi başqa bir alimin yanında da kiçik bilsin".
İmam Baqir (ə) buyurur:"Biz Allahın ən yaxşı və ən sevimli bəndələriyik, ona görə də bizə əhli-beyt Cənbaullah deyilmişdir".
Bütün bunlarla yanaşı, İmam (ə) vaxtının çoxunu Allaha ibadətlə keçirər, Allahın qorxusundan ağlayardı. İmam (ə) təvazökar idi. Gündüzlər əkin sahələrinə gedib orada çalışardı. Belə ki, onun çoxlu mal-qarası, torpaq sahələri və bağları olmuşdur. İmam (ə) qazancının çox hissəsini Allah yolunda xərcləyərdi. Odur ki, ən səxavətli imam kimi tanınmışdır. Onun yanına elm adamları ilə yanaşı ehtiyac içində yaşayan adamlar gələrdi və heç zaman boş qayıtmazdılar.
Həmd və sənalar olsun ələmlərin Rəbbinə ki, hidayət çırağı olan 14 parlaq ulduzu bütün nöqsanlardan pak qərar vermişdir. Və Allahın salamı olsun bu parlaq ulduzlara Peyğəmbərə (s) və onun övladlarına.

 
 
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.