» » » İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?
    +6
    Müəllif: Aşiqi Rüqəyya | 9-09-2016, 13:00 | Baxılıb: 1 126
    İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?

     

    İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?

     

    Sual : İmam Baqirin (əleyhis-salam) elmi dərəcəsi necə idi?
    Ətraflı cavab: Beşinci rəhbər öz imamət dövründə, qeyri-münasib şəraitdə İlahi maarif və həqiqətlərin yayılması nə nəşri ilə məşğul idi. O, elmi suallara aydınlıq gətirib böyük elmi hərəkata start verdi. Bu addım onun xələfi İmam Sadiqin (əleyhis-salam) dövründə çiçəklənən və kulminasiya nöqtəsinə çatan Böyük İslam Ali Məktəbinin təsisi üçün başlanğıc nöqtəsi idi.
    İslam peyğəmbərinin (sallallahu əleyhi və alih) səhabələrindən biri və əhli-beytə xüsusi hörmət bəsləyən Cabir ibn Abdullah belə nəql edir:
    Günlərin bir günü peyğəmbər (sallallahu əleyhi və alih) mənə dedi: “Sən məndən sonra mənim xanədanımdan olan bir şəxsi görəcəksən. Onun adı mənim adımdır, zahiri görünüşü də mənim zahiri görüşümə bənzəyir. O, elm qapılarını insanların üzünə açacaq.”
    Həzrət peyğəmbər (sallallahu əleyhi və alih) bu xəbəri verərkən İmam Baqir (əleyhis-salam) hələ dünyaya göz açmamışdı.
    Bu hadisədən illər keçdi və dördüncü imamın zamanı gəlib çatdı. Bir gün Cabir Mədinənin küçələrindən keçirdi. Gözü Həzrət Baqirə sataşdı. Diqqətlə baxanda peyğəmbərin (s) buyurduğu əlamətlərin eynən onda olduğunu gördü.
    - Adın nədir? – deyə Cabir soruşdu.
    - Mənim adım Məhəmməd ibn Əli ibn Hüseyndir, - deyə oğlan cavab verdi.
    Cabir onun alnından öpüb dedi:
    - Baban rəsuləllah mənim vasitəmlə sənə salam göndərdi.
    Cabir həmin gündən etibarən peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətinə və İmam Baqirin böyüklüyünə işarə olaraq hər gün iki dəfə onun görüşünə gedirdi. O, peyğəmbər məscidinin izdihamlı yerində əyləşər, (onun sözlərinə rişxənd ilə yanaşan düşmənlərə cavab olaraq) İslam peyğəmbərinin gələcəkdən verdiyi xəbəri nəql edərdi.
    Beşinci imam elmdə, zahidlikdə, müdriklik və fəzilətdə Bəni Haşim qəbiləsinin görkəmli şəxsiyyətlərinin hamısından yüksəkdə idi. Onun əlçatmaz elmi və əxlaqi məqamı dost və düşmən arasında dillər əzbəri idi. Həzrətdən dini hökmlər, təfsir, İslam tarixi və müxtəlif elmlərdə o zamana qədər İmam Həsən (ə) və İmam Hüseynin (ə) övladlarından heç birisinin nəql etmədiyi sayda hədislər yadigar qalmışdır. (Şeyx Mufid, “əl-İrşad”, səh. 261.)
    O zamanın tanınmış elmi şəxsiyyətləri, həmçinin peyğəmbərin (s) o vaxta qədər hələ həyatda olan səhabələri onun elmindən faydalanırdılar.
    Cabir ibn Yəzid Covfi, (tabeindən olan) Kisan Səcistani, eləcə də İbn Mübarək, Zöhri, Ovzai, Əbu Hənifə, Malik, Şafii və Ziyad ibn Munzər kimi fəqihlər onun elmi əsərlərindən faydalanır, sözlərini vasitəsiz və bəzən də bir neçə vasitə ilə nəql edirdilər.
    Əhli-sünnətdən Təbəri, Bilazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani kimi görkəmli alim və mütəfəkkirlərin əsərləri , eyni zamanda Müvəttəi Malik, Sünəni Əbi Davud, Musnəd Əbu Hənifə, Musnəd Mərvzi, Təfsiri Nəqqaş, Təfsiri Ziməxşəri və daha neçə-neçə məşhur kitablar beşinci imamın dolğun və ehtivalı sözləri ilə doludur, hər yerdə “Məhəmməd ibn Əli dedi” və yaxud “Məhəmməd əl-Baqir dedi” sözləri gözə dəyir. (İbn Şəhraşub, “Mənaqib Ali Əbi-Talib”, cild 4, səh. 195. )
    İmamiyyə məzhəbinin müxtəlif sahələrdə qələmə alınmış kitabları da başdan başa İmam Baqirin (ə) kəlam və hədislərini əks etdirir. Hər kimin bu kitablarla azacıq tanışlığı varsa, bu sözü təsdiqləyə bilər.
    İmam Baqirin (ə) elminin səs-sədasını İslam məmləkətinin hər bölgəsində eşitmək olardı. Ona “Baqir əl-ulum” (elm qapılarını açan, elm sədlərini yaran) ləqəbi verilmişdi.
    İbn Həcər Heytəmi yazır:
    Məhəmməd Baqir (ə) o qədər elm və maarifin gizli xəzinələrini, o qədər dini hökmlərin və hikmətlərin həqiqətlərini və elmin zərifliklərini bəyan etdi ki, bir yığım bəsirətsiz ünsürlərdən başqa heç kəs bunu inkar edə bilməz. Bu üzdən onu “elmi yaran”, ” elmi özündə cəmləşdirən” və “elm bayrağını dalğalandıran” sözləri ilə mədh etmişlər. (“Əs-səvaiq əl-Muhrəqə”, səh. 201, yazır:
    اظهر من مخبئات كنوز المعارف و حقايق الاحكام و الحكم و اللطائف مالا يخفى الا على منطمس البصيره او فاسد الطويه و السريره و من ثم قيل و فيه هو باقر العلم و جامعه و شاهر علمه و ارفعه)
    İmamın əsrində yaşamış görkəmli alim Abdullah ibn Əta yazır:

    Mən İslam alimlərini heç bir yığıncaqda Məhəmməd ibn Əlinin (ə) məclisindəki kimi elmi baxımdan cılız və aciz görmədim. Mən elm aləmində ad çıxarmış Həkəm ibn Ətibəni Məhəmməd Baqirin hüzurunda dahi ustadın yanında dizləri üstə əyləşmiş və ustadın kəlam və şəxsiyyətinin məftunu olan bir uşaq kimi gördüm. (Sibt ibn Cövzi, “Təzkirətul-xəvas”, səh. 337. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, cild 2, səh 329. Fəzl ibn Həsən, “Əl-bidayə və ən-nihayə”, cild 9, səh 311. Bəzi nüsxələrdə Həkəm ibn Uyeynə qeyd olunmuşdur. Amma Ətibə doğrudur, bax: Kazim Mudir Şanəçi, “Elmul-hədis və dirayətul-hədis”, səh 67. )
    İmam Baqir (ə) öz sözlərində adətən Qurani-Kərimin ayələrinə istinad edər, Allah kəlamından sitat gətirərək deyərdi: “Nə haqda danışsam məndən o sözün Quranın harasında olduğunu soruşun. Mən də o mövzuya aid ayəni sizə deyərəm”. (Təbərsi, “əl-Ehticac”, səh. 176.)
    İmam Baqir (ə) fiqh, hədis, təfsir və digər İslam elmlərində şöhrətli şagirdlər yetişdirdi. Onların hər biri elmdə ad qoymuş şəxsiyyətlər sayılırdı. Məhəmməd ibn Müslim, Zurarə ibn Əyən, Əbu Bəsir, Bureyd ibn Muaviyə İcli, Cabir ibn Yəzid, Həmran ibn Əyən, Huşam ibn Salim kimi görkəmli elm adamları İmamın təsis etdiyi elm ocağının yetirmələri idi.
    Altıncı rəhbər demişdir: “Bizim məktəbimizi və atamın hədislərini dörd nəfər diriltdi: Zurarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim, Bureyd ibn Muaviyə İcli. Onlar olmasaydı heç bir kəs dini təlimlərdən və peyğəmbər məktəbindən faydalana bilməzdi. Bu dörd nəfər dinin keşikçiləri idi. Onlar bizim zəmanəmizin şiələri arasında bizim məktəblə tanış olan ilk insanlar idi. Axirətdə də bizə qovuşan ilk insanlar onlar olacaqlar.” (Şeyx Tusi, “İxtiyar mərifət əl-rical” (ricali Kəşşi) səh.136-137 (hədis 219).)
    İmam Baqirin (ə) şagirdləri zamanın fəqih və mühəddislərinin ən şöhrətlisi idi. Onlar elmi rəqabət meydanında qeyri-şiə fəqih və qazilərdə üstün idilər. (Mehdi Pişvayi, “Məsumların həyatı” kitabından iqtibas olunmuşdur, səh 310.)

    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı
     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.