Məad barədə əqidəmiz
Bizim əqidəmiz budur ki, mütəal Allah insanları bəndələrinə vədə verdiyi müəyyən olunmuş gündə, öldükdən sonra yəni bir xilqətdə dirildəcək, əmrlərinə muti olanlara yaxşı əməl, sahiblərinə mükafat; asi və günahkarlara isə cəza verəcəkdir. Bu əqidə sadə və ümumi halda bütün İlahi din və fəlsəfələrin qəbul etdiyi bir məsələdir. Hər bir müsəlman labüd olaraq Allahın Peyğəmbəri (s)-ın gətirdiyi Quran əqidəsinə müvafiq olaraq bu əqidəni etiraf etməlidir. Çünki hər kəsin Allaha, onun haqq və din əsasında göndərdiyi Peyğəmbəri-Hz. Muhamməd (s)-hı qəti şəkildə etiqad bəsləyirsə, təbiidir ki, onun gətirdiyi Quranın buyurduğu qiyamət oyanışı, savab və cəza, behişt və cəhənnəm, İlahi nemət və cəhənnəm əzabına da iman gətirməlidir. Quranda məad haqqında təqribən 100 ayə gəlmişdir.
Əgər bir kəs bu barədə şəkk və tərəddüd etsə məlum olar ki, o Rəsuli-əkrəm (s)-ın risalətindən, yaxud Allahın varlığı və qüdrətində şəkk edir. Biz məadın özünə etiqad bəsləməkdən əlavə onun cismani olmasını da dinin zəruri məsələlərindən hesab edirik. Bunu Quran ayələri tam aşkarlıqla göstərir. Məgər insan güman edir ki, biz onun sümüklərini cəm etməkdə qadir deyilik? Qadirik. Hətta onun barmaqlarınıda yenidən düzəltməyə qadirik.
Cismani məad qiyamət oyanışından, bədənin çürüyüb məhv olmasından sonra, insanın yenidən yaranıb əvvəlki formasına qayıtmasından başqa bir şey deyil. Biz üzümüzü qiyaməti inkar edənlərə tutub deyirik ki, sən bir tərəfdən varlığın Xaliqinə onun qüdrətinə, Peyğəmbərin risalətinə və verdiyi qeybi xəbərlərin doğruluğu təsdiq və etiraf edirsən, digər tərəfdən isə, sənin dərrakən və elmin hətta özünün yaradılışının mürəkkəb quruluşunu dərk etməkdə acizdir. Necə inkişaf etdiyinə, əql və iradə qüvvəsi olmayan nütfədən neçə mərhələ keçib, təbiətdə pərakəndə surətdə olan zərrələrdən normal, əql, şüur, tədbir və hissə malik olan necə insan surətinə düşdüyündən xəbərsizsən?
Mənbə: "İmamiyyə şiələrinin əqidə üsulları" kitabı