İmamın zəban halı
Zeynəbim, gəl al əlimdən təşnə ləb qurbanı gətdim,
Əllərin üstündə indi Əsğəri-peykani gətdim.
Qızıl qana batdı - oxa gəldi yatdı.
Dilsizim gördüm ətəşdir, istədim su əhriməndən,
Su içib aram ola şayəd dedim rəncü mühəndən,
Hərmələ şərm etmədi amma nə xaliqdən nə məndən,
Üç pər ox saldı nəfəsdən, ahuyi-Zəhranı gətdim.
Ox dəyib diksindi fövrən gözlərin açdı sitarəm,
Bir oxa etdi təbəssüm, bir mənə baxdı həzarəm,
Söylədim yat dincəl oğlum, dərdinə yox ayrı çarəm,
Südəmər qurbanımın çıxdı əlimdə canı, gətdim.
Zəhməti-eşqə dözüb mən etmədim haşa gilayə,
Eylədim töhfə tədarük sahəti-qüdsi-Xudayə,
Qanını ucumda tutdum şövqilə səpdim səmayə,
Şirixarın qanı oldu eşqivin bürhanı gətdim.