Peyğəmbər (s)-dan hədislər
Peyğəmbər (s)-dan hədislər
Ey Əli! Hər kəs mehr və məhəbbətlə əlini bir yetimin başına çəkərsə, Allah-təala Qiyamət günü ona sığal çəkərkən əlinə dəyən tüklərin sayı qədər nur əta edər.
Ey Əli! Bir şəxs öz pulu ilə bir yetimi büluğ həddinə çatana qədər saxlasa, mütləq Cənnətə gedər.
Ey Əli! Hər kəsin yanında mömin qardaşının qeybəti olunarsa və həmin şəxs də qüdrəti çatdığı halda bunun qarşısını almazsa, Allah-təala onu dünyada da, axirətdə də xar edər.
Ey Əli! Ata və anasını qəmgin edən şəxs onlara ağ olub və onların haqlarını pozub.
Ey Əli! Allah lənət etsin o valideynlərə ki, övladlarını özlərinə qarşı ehtiramsızlığa vadar edirlər.
Mənbə: "Təqvim" kitabı
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.