Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məsələ 1335: Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.
1-Yemək və içmək
Məsələ 1336: Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma əgər diş fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan getsə, istisnadır.
Məsələ 1337: Əgər yemək yediyi və yaxud su içdiyi halda sübh olduğunu bilsə, ağzında olanları geri qaytarmalıdır. Əgər bilərəkdən udsa, orucu batil olar və kəffarəsi də var.
Məsələ 1338: Səhv və unutqanlıq üzündən yeyib–içmək orucu batil etmir.
Məsələ 1339: Vacib ehtiyata görə, oruc tutan şəxs iynə, qida və dərman kimi istifadə edilən sistemlərin vurulmasından çəkinməlidir. Lakin, bədən üzvünü hissiz edən iynələrin vurulmasının eybi yoxdur.
Məsələ 1340: Oruc tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini fırçalaması və xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb xilal etsin. Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və sonra qəzasını da yerinə yetirməlidir.
Məsələ 1341: Ağız suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri xəyala gətirməklə belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu (bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi yoxdur. Amma ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu udmamalıdır.
Məsələ 1342: Uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı su və dərmanla yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən ixtiyarsız olaraq boğaza çatacağını bilsə, orucu batildir, qəza və kəffarəsi var.
Məsələ 1343: Əgər insan dözülməz həddə susuzlanıb, xəstələnmək və yaxud həlak olmaq qorxusu hiss etsə, zəruri olduğu qədər su içə bilər. Lakin, onun orucu batil olur. Əgər ramazan ayı olsa, sonrakı günləri oruc tutmalıdır.
Məsələ 1344: İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
2-Cima
Məsələ 1345: Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında şəkk etsə, onun orucu düzgündür.
Məsələ 1346: Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal (cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.
3-İstimna
Məsələ 1347: Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud oyaq olduğu halda gəlsə, oruc batil olmur.
Məsələ 1348: Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim- yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna xələl gəlməz.
Məsələ 1349: Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa, onun qarşısını alması vacib deyil.
Məsələ 1350: Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir.
Məsələ 1351: Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.
Məsələ 1352: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Məsələ 1353: Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan, məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməməsindən xatircəm olsa, istisnadır.
4-Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq
Məsələ 1354: Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək, yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə, vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın (əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.
Məsələ 1355: Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin. Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda "Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.
Məsələ 1356: Əgər bir şeyin düzlüyünə e’tiqad bəsləyərək onu Allahın və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa belə, onun orucunun eybi var.
Məsələ 1357: Əgər başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun eybi var.
Məsələ 1358: Əgər oruc tutan şəxsdən "Peyğəmbər belə bir şeyi buyurub ?” deyə soruşsalar və bilərəkdən "”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud "Yox” desə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var.
Məsələ 1359: Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa, orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür, amma orucu batil deyil. Mə’lumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.
5- Qəliz tozu boğaza çatdırmaq
Məsələ 1360: Qəliz toz boğaza çatıb gilə dönüb, içəri getsə, orucu batil edir. Belə olmadıqda, istər yeyilməsi halal olsun, un kimi, istərsə də haram, oruc düzgündür.
Məsələ 1361: Əgər külək və yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa və ehtiyatsızlıq üzündən boğaza çatsa, onun orucu batil olur (qabaqkı məsələdə qeyd olunduğu kimi).
Məsələ 1362: Bütün insanların hər bir halda siqaret və digər tütün mə’mulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən, orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin eybi yoxdur.
Məsələ 1363: Əgər oruc olduğunu unutsa, özünü gözləməsə, yaxud ixtiyarsız olaraq toz və s. kimi şeylər boğaza çatsa, onun orucu batil olmur.
Məsələ 1364: Tüstü və tozun boğaza çata biləcəyini ehtimal verdiyi halda ehtiyat etməlidir, lakin, onun boğaza çatmayacağına yəqin və yaxud ehtimalı varsa orucu düzgündür.
6-Başı suya batırmaq
Məsələ 1365: Vacib ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə və başqa müzaf sulara batırmaq, mütləq suyun hökmündədir.
Məsələ 1366: Əgər əvvəlcə başın bir hissəsini, sonra isə o biri hissəsini suya batırsa, orucu düzgündür. Lakin, bütün başını suya batırıb, yalnız saçıların bir hissəsi çöldə qalsa, orucunun eybi var.
Məsələ 1367: Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
Məsələ 1368: Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla suyun təkinə getsələr, orucları düzgündür.
Məsələ 1369: Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez başını sudan çıxarmalıdır.
Məsələ 1370: Əgər bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa, oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu bilib, qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun qəzasını yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.
7-Sübh azanına qədər cənabət halında qalmaq
Məsələ 1371: Vacib ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl etməyən cənabətli şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud vaxt az olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa, orucu düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər qusl etməyən qadının hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə eynidir.
Məsələ 1372: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Məsələ 1373: Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
Məsələ 1374: Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; ehtiyata görə, qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
Məsələ 1375: Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
Məsələ 1376: Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
Məsələ 1377: Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.
Məsələ 1378: Əgər belə bir şəxs yatıb oyansa və yaxud bilsə və ya ehtimal versə ki, yatdığı halda sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.
Məsələ 1379: Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.
Məsələ 1380: Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir, lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.
Məsələ 1381: Əgər ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görsə və bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə, yaxud şəkk etsə, orucu düzgündür.
Məsələ 1382: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.
Məsələ 1383: Əgər mübarək ramazan ayında sübh azanından qabaq heyz və nifasdan pak olub qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür. Lakin, nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı), sonradan isə qusul etməlidir və orucu da düzgündür.
Məsələ 1384: Sübh azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın oruc tuta bilməz.
Məsələ 1385: Əgər qadın sübh azanından qabaq heyz və yaxud nifasdan paklanıb səhlənkarlıq üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir. Lakin səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun isti olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı halda onun orucu düzgündür.
Məsələ 1386: Əgər istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.
Məsələ 1387: Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
8-Mayelərlə imalə etmək
Məsələ 1388: Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
9-Qusmaq
Məsələ 1389: Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
Məsələ 1390: Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
Məsələ 1391: Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
Məsələ 1392: Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir.
Məsələ 1393: Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.
Məsələ 1394: Öncədən qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız olaraq yerinə yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan şəxs yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz şəkildə eybi var.
Məsələ 1395: Oruc tutan şəxs səhvən orucu batil edən şeylərdən birini yerinə yetirsə və orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini yenidən təkrar etsə orucu batil olmaz, lakin ehtiyat müstəhəbbə görə, qəzasını tutmalıdır.
Məsələ 1396: Əgər zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr və ya başını tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və malını təhlükədə qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə, orucu batildir.
Məsələ 1397: Vacib ehtiyata görə, oruc tutan şəxs boğazına zorla nəyisə tökəcəkləri və ya onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin, belə bir yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona yeməyə heç nə verməsələr, orucu düzgündür.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |