» » » Namazın batil olduğu hallar


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Namazın batil olduğu hallar
    0
    Müəllif: Qonaq | 12-09-2014, 09:45 | Baxılıb: 9 543
     
     

    Nmazın batil olduğu hallar

    Məsələ 1005: On iki iş namazı batil edir. Onlar "mübtilat” (batil edənlər) adlanır.

     

    1. Namazın şərtlərindən birinin pozulması

    Əgər namazın gedişində onun düzgünlük şərtlərindən biri pozularsa, namaz batil olar.

     

    2. Dəstəmazın pozulması

    Məsələ 1006: Əgər namaz gedişində dəstəmazı batil edən hal yaranarsa, bunun bilərəkdən, səhvən və ya çarəsizlikdən baş verməsindən asılı olmayaraq, namaz batildir. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs dəstəmazın hökmləri haqqında danışılarkən qeyd edilən göstərişlər əsasında addım atmalıdır. İstihazə halında olan qadından gələn qan namazı batil etmir. Bir şərtlə ki, həmin qadın istihazənin hökmlərinə əməl etmiş olsun.

    Məsələ 1007: Bir şəxs özündən asılı olmayaraq yatarsa (məsələn, səcdədə yuxuya gedərsə) namazın səcdəsində, ondan sonra və ya şükür səcdəsində yatdığını bilməsə, namazı təzələməlidir.

     

    3. Əlləri qarşıda üst-üstə qoyub (əlləri bağlı) namaz qılmaq

    Məsələ 1008: Bir şəxs bə’zi İslam firqələri kimi əlləri bağlı namaz qılarsa, hətta ədəb üçün əlləri üst-üstə və ya əlləri sinəsində namaz qılarsa, həmin firqələrə oxşamasa belə, ehtiyat üçün namazını təzələməlidir. Amma yaddan çıxardığı və ya çarəsiz qaldığı üçün (məsələn, əlini qaşımaq üçün) belə etsə, eybi yoxdur.

     

    4. "Amin” söyləmək

    Məsələ 1009: Əgər "Həmd” oxuduqdan sonra "amin” söyləyərsə, vacib ehtiyat budur ki, namazını başa çatdırdıqdan sonra yenidən qılsın. Amma bu sözü səhvən və ya təqiyyə üçün deyərsə, eybi yoxdur.

     

    5. Arxası qibləyə namaz qılmaq

    Məsələ 1010: Bir şəxs arxası qibləyə dayanmış vəziyyətdə və ya tam sola, ya da sağa dönmüş halda namaz qılarsa, namazı batildir. Bu halın bilərəkdən və ya unutqanlıqdan yaranmasının fərqi yoxdur. Eləcə də, bilərəkdən o qədər dönərsə ki, üzü qibləyə olmadığı söylənilsin, namazı batildir.

    Məsələ 1011: Bilərəkdən və ya səhvən təkcə üzünü tam şəkildə sağa və ya sola çevirsə, vacib ehtiyat budur ki, namazını təzələsin. Amma üzünü azca çevirsə,  belə ki, qiblədən çıxmamış olsa, namazı batil deyil.

     

    6. Danışmaq

    Məsələ 1012: Əgər namaz qılan şəxs namaz qıldığı vaxt bilərəkdən danışsa, hətta bir cümlə və ya söz söyləsə, dediyi iki hərfdən ibarət olsa belə namazı batildir. Hətta iki hərfdən ibarət söz mə’na daşımasa belə namaz batil olur.

    Məsələ  1013: Səhvən və ya unutqanlıq səbəbindən bir söz demək namazı batil etmir.

    Məsələ 1014: Əgər namaz gedişində bir hərfdən ibarət mə’na daşıyan söz deyilsə və bu mə’na nəzərdə tutulsa, namaz batildir. Mə’na nəzərdə tutulmasa, amma şəxs bu sözün mə’nasını bilsə, ehtiyat budur ki, namazı təzələsin.

    Məsələ 1015: Hətta bilərəkdən öskürmək, ah çəkmək, səbir vurmaq namazı batil etmir. Amma iki hərfdən ibarət olan "ah”, "of” kimi sözlərin bilərəkdən deyilməsi, vacib ehtiyata əsasən, namazı batil edir.

    Məsələ 1016: Namazın istənilən bir yerində Allahın zikri, Qur’an və dua oxumaq olar. Əgər Allahı zikr etmək məqsədi ilə "Əllahu əkbər” deyilərsə, eybi yoxdur. Amma bu sözü deyən şəxsin məqsədi ətrafdakılara nəsə anlatmaqdırsa, eybi var. Ərəb dilində olmayan dua və zikrlər söylənilməsinə irad var.

    Məsələ 1017: Savab və ya ehtiyat üçün Həmd-surənin ayələrini, rüku və səcdənin zikrlərini, təsbihatı təkrarlamağın eybi yoxdur. Amma bunun səbəbi vasvasılıq olarsa, iradlıdır.

    Məsələ 1018: Namaz qılan şəxs namaz halında başqasına salam verməməlidir. Amma bir başqası ona salam verərsə salamın cavabını alması vacibdir. Amma namaz qılan şəxs verilən salamı həmin şəkildə almalıdır. Əgər "Əssəlamu ələykə” deyilmişsə, "Əssəlamu ələykə” deyərək cavab vermək lazımdır. Əgər təkcə "salam” deyilmişsə, bu salamın cavabı da təkcə "salam” söyləməkdir.

    Məsələ 1019: Təkcə namazda yox, başqa vaxtlarda da salamın cavabını almaq vacib, salam vermək müstəhəbdir. Cavab elə bir şəkildə verilməlidir ki, salama cavab sayılsın. Əgər salamdan sonra fasilə böyük olarsa, verilən cavab salamın cavabı sayılmaz. Əgər namaz qılanın salamı cavab sayılmazsa, bu iş haramdır və cavab vermək vacib deyil.

    Məsələ 1020: Namaz qıldığı vaxt verilən salamın cavabını almayan şəxs günaha yol vermişdir. Amma onun namazı düzgündür.

    Məsələ 1021: Salamın cavabı elə bir şəkildə verilməlidir ki, salam verən şəxs eşitsin. Amma salam verən şəxs kar olarsa və ya səs-küylü bir şəraitdə salam verərsə, cavabı adi qaydada almaq bəs edər. Ehtiyat budur ki, salam işarə ilə də anladılsın.

    Məsələ 1022: Namaz qılan şəxs ona verilmiş salamın cavabını Qur’an ayəsi oxumaq məqsədi ilə yox, cavab məqsədi ilə söyləməlidir.

    Məsələ 1023: Namaz qılan şəxsə kişi və ya naməhrəm qadının, hətta yaxşını pisdən seçə bilməyən körpənin salam verməsinin fərqi yoxdur. Salamın cavabını almaq vacibdir.

    Məsələ 1024: Əgər salam verənin məqsədi məsxərə və ya zarafatdırsa, eləcə də, salamı düzgün şəkildə vermirsə, onun cavabını almaq vacib deyil. Vacib ehtiyat budur ki, qeyri-müsəlmanın salamını yalnız "salam” və ya "ələykə” şəklində cavablandırsınlar.

    Məsələ 1025: Bir şəxs məclisə daxil olub cəmiyyətə salam verərsə, onun cavabını qaytarmaq hamıya vacibdir. Amma bir şəxs salamı alarsa, bəs edər.

    Məsələ 1026: Əgər bir qrupa salam verilsə və həmin qrup arasında bir şəxs namaza məşğul olsa, namaz qılan şəxs salamın ona verilib-verilmədiyinə şübhəli olsa, cavab verməməlidir. Amma salamın ona verildiyinə əmin olsa, başqaları cavab verdikdə onun cavab verməsi lazım deyil. Amma məhz ona ünvanlanmış salama cavab verən olmasa, özü cavab verməlidir.

    Məsələ 1027: Salam vermək tə’kid olunmuş müstəhəb əməllərdəndir. Ayə və rəvayatlərdə bu barədə xeyli tövsiyə var. Yaxşı olar ki, süvari şəxs piyadaya, ayaq üstə olan oturana, yaşı az olan yaşı çox olana salam versin.

    Məsələ 1028: Əgər iki şəxs eyni zamanda bir-birinə salam verərsə, vacib ehtiyat budur ki, salamın hər ikisi cavablandırılsın.

    Məsələ 1029: Salama cavab olaraq "salam məndən” söyləmək bəs etmir. Belə bir salam birinci salam kimi sayılır, ehtiyatən, hər iki tərəf salama cavab verməlidir.

    Məsələ 1030: stəhəbdir ki, salama daha üstün şəkildə cavab verilsin. Bu Məsələ namaz qılana aid deyil. Bir şəxs "salamun ələykum” deyə salam verərsə, cavabında "salamun ələykum və rəhmətullah” söyləmək daha yaxşıdır.

     

    7. Gülüş

    Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.

    Məsələ 1032: İnsan gülüş səsini boğmaq üçün özünü sıxarsa həmin vaxt halı dəyişsə, rəngi qızarsa və bədəni əssə, namaz qılan haldan çıxdıqda namazı batildir. Bu həddə çatmasa eybi yoxdur.

     

    8. Ağlamaq

    Məsələ 1033: Hətta ixtiyarsız olaraq ucadan ağlamaq namazı batil edir. Vacib ehtiyata əsasən, səssiz ağlamaq da namazı batil edir. Amma insan Allah qorxusundan, axirətə görə ağlasa nəinki namaz batil olmaz, bu hal üstün və övliyalara məxsus haldır.

     

    9. Namazın formasını pozmaq

    Məsələ 1034: Əl çalmaq, atılıb düşmək kimi namazın formasını pozan işlər istər bilərəkdən, istər unutqanlıqdan baş versə, namaz batil olur. Amma namazın formasını pozmayan işlərin eybi yoxdur. Məsələn, əl ilə işarə etmək olar.

    Məsələ 1035: Əgər namaz gedişində namaz qılan şəxs o qədər sussa ki, namazın forması pozulsun, namaz batildir. Amma namaz gedişində susan şəxs namazı pozacaq həddə susub-susmadığına şəkk etsə, namazı düzgündür. Eləcə də, bir işin namazın formasını pozmasına şübhə yarandıqda namaz düzgündür.

     

    10. Yemək və içmək

    Məsələ 1036: Namazın formasını pozacaq şəkildə yemək və içmək namazı batil edir. Amma ağızda qalmış qida parçasını namaz vaxtı udmaq namazı batil etməz.

     

    11. Şəkk

    Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.

     

    12. Namazın rüknlərini (əsaslarını) artırıb-əskiltmək

    Məsələ 1038: Bir şəxs bilərəkdən və ya səhvən namazın rüknlərini artırıb-əskildərsə, məsələn, rüku və səcdələri artırıb-əskildərsə, namaz batil olar. Amma rükn olmayan hissələrin bilmədən artırılıb-əskildilməsi namazı batil etmir. Bu iş bilərəkdən baş versə, məsələn, bir səcdə artırılsa və ya əskildilsə, namaz batil olar.

    Məsələ 1039: Əgər namazdan sonra şəkk yaransa ki, namazı batil edən işlərə yol verilib-yoxsa yox, bu şəkkə əhəmiyyət verilmir və namaz düzgündür.

     


     
     
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.