Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məsələ 696: Günorta və ikindi namazları tərtiblə qılınmalıdır. Yə’ni əvvəlcə günorta, sonra ikindi namazı qılınmalıdır. Şam və xiftən namazları da belədir. Əgər bir şəxs bilərəkdən ikindi namazını günorta namazından, xiftən namazını şam namazından öncə qılarsa namazları batildir.
Məsələ 697: Günorta namazı niyyəti ilə namaza başlayıb namazın gedişində günorta namazını öncə başa vurduğunu yada salan şəxs niyyətini ikindi namazına çevirə bilməz və namazı batildir. Şam və xiftən namazları da belədir. Amma əgər bir şəxs ikindi namazını niyyət edib namaz gedişində günorta namazını qılmadığını yada salarsa, niyyətini günorta namazını çevirə bilər. Xiftən namazını başladıqdan sonra şam namazını qılmadığı yadına düşərsə, dördüncü rəkətin rükusundan sonra niyyətini dəyişə bilər. Amma əgər dördüncü rəkətin rükusundan sonra yadına düşərsə, namazını xiftən namazı niyyəti ilə başa vurub, sonradan şam namazını qılmalıdır. Ehtiyat budur ki, xiftən namazını da yenidən qılsın.
Məsələ 698: Əgər ikindi namazının gedişində şəkk yaransa ki, günorta namazı qılınıb, yoxsa yox, əvvəlki Məsələdə deyilən göstərişə əməl olunmalıdır. Yə’ni niyyət günorta namazına çevrilməli, sonradan ikindi namazı qılınmalıdır. Eləcə də, xiftən namazının gedişində şəkk etsə ki, şam namazını qılıb yoxsa yox, əvvəlki göstərişə əməl olunur.
Məsələ 699: Qəza namazının niyyətini "vaxtında”, yə’ni əda namazına çevirmək, müstəhəb namazının niyyətini vacib namaza çevirmək olmaz. Amma vaxtında qılınan namazın niyyətini qəza namazına çevirmək mümkündür. Əgər qəza namazı həmin günün qəzası olarsa, vacib ehtiyata əsasən, niyyət dəyişilər, qəza namazı başa çatdırıldıqdan sonra vaxtındakı namaz qılınar. Belə bir keçid o zaman mümkündür ki, niyyəti dəyişməyin vaxtı ötüb keçməmiş olsun. Məsələn, namazın niyyətini o zaman sübh namazının qəzasına çevirmək olar ki, dörd rəkətli namazın üçüncü rəkətinə başlanılmayıb.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |