Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.”
Söhbətin mövzusu Əmirəl-mö’mininin (ə) öz ömrünün sonunda övladı imam Həsənə (ə) vəsiyyətidir. Vəsiyyətnamənin müqəddiməsində onun qısa məzmunu verilmişdir. Bə’zi yazıçılar kitabın əvvəlində əsərin qısa məzmununu verirlər. Həzrət Əli (ə) də bu yolla getmişdir. Vəsiyyətnamənin xülasəsindəki bə’zi cümlələri şərh etdik. İndi bu şərhi davam etdiririk.
Vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. Çünki insanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən ibarətdir. Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir.
Əgər "yön” sözünü düzgün seçmiş olsaq, deyə bilərik ki, insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən ibarətdir. Ruhun da özünəməxsus keyfiyyətləri və mərtəbələri vardır. Bə’zi mərtəbələr, belə demək olarsa, uzununa, bə’zi mərtəbələr isə eninədir. İnsana "dərk etmək”, "tanımaq”, "sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir.
İnsana aid edilənləri üç hissəyə bölmək olar:
a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi ilə icra olan hərəkətlər. Bu işlər çox vaxt ona görə ruha aid edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da, əməl bədəndə zahir olur.
b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, "elm” kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. "Hüzuri” və "hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik.
v) Digər bir qrupu meyllər, sə’ylər təşkil edir. Psixologiyada bu işlər meyllər, hisslər, tə’sirlər kimi qruplara ayrılır. Məsələn: qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak yolu ilə gerçəkləşir. Məsələn, qorxu elm deyil. Amma idrak gücü ilə həyata keçir. Yə’ni insan qorxduğu vaxt bilir ki, qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın da mərtəbələri var. Amma bütün mərtəbələrdə idrak rol oynayır.
Beləcə, deyə bilərik ki, ruha aid olan işlər baxış və münasibətdən, meyllərdən və ruhun bədəndə hərəkətə gətirdiyi rəftardan ibarətdir. Bu rəftarların qəlbə aidiyyatı yoxdur. Qəlbin bədəni inkişaf etdirməsi barədə nə ayə, nə də rəvayət vardır. Bədəndə baş verənlər ruha aid edilir. Amma münasibətlər və meyllər qəlbə aiddir. Qur’ani-kərimdə "qəlb nə gördüsə, doğru gördü”, buyurulur. Bu şühudi, hüzuri, batini bir elmdir. Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) "qəlb Allahı görür”, buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir.
Amma meyllərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad yoxdur. Qur’ani-kərimdə belə işlərin qəlbə aid edilməsi ilə tez-tez qarşılaşırıq. Gündəlik həyatda "qəlbim istəyir”, "qəlbim şaddır” kimi sözlər çox işlənir. Beləcə, qəlb iki fərqli cəhətə, yönə malikdir:
1. Elm və idrak yönü;
2. Meyl və istək yönü. Bilik və tanıma kimi işlər qəlbə aid edildiyi kimi, məhəbbət və nifrət kimi meyllər də ona ünvanlanır.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |