Həzrəti Süleyman (ə)-ın 510 ilə yaxın ömür sürüb. O öz ölümündən xəbərdar olduqda böyük oğlu Rəcamı çağırıb ona vəsiyyət edir, oğluna onun din və dövlətini qorumaği tövsiyə edir.
Sonra Süleyman peyğəmbər (ə) özünün dünyanın misilsiz saraylarından olan hökumət sarayına qalxır,şahlıq taxtının kənarında dayanır. O,öz əsasına söykənib bir qədər ətrafı seyr edir. Həmin vaxt Həzrət Əzrail (ə) onunun canını alır.
Digər tərəfdən Həzrət Süleyman (ə) istirahət etməsi üçün yanına heç kəsin buraxılmaması göstərişin vermişdir. Buna görə də bir müddət heç kəs onun sarayına getmir. Süleyman peyğəmbər (ə) canını Yaradana tapşırmış halda bir ilə qədər öz əsasına söykənib qalır. Onu bir ildən sonra görənlər bunu onun möcüzələrindən hesab edir, onun vüqar və heybətindən qorxur,hamı öz işi ilə məşğul olur.
Nəhayət, Allah insanlara onun vəziyyətini bildirmək istəyir. Buna görə də Allah torpağın altında olan bir qarışqaya əmr edir. Qarışqa onun əsasını yeyir. Əsa sınır və Süleyman peyğəmbərin (ə) cansız cəsədi yerə yıxılır...
Mənbə: "Ölümün dadı" kitabı