![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Ayə və rəvayətlərdən mə`lum olur ki, Allah-Taala bütün bəndələrinə mərhəmətli, lütf və kəramət göstərəndir. İnsanların saysız-hesabsız ne`mətlərlə tə`minatı yuxarıdakı müddəaların sübutudur.
Bə`zi insanlar ne`mətə çatdıqdan sonra Allahdan üz döndərir, özləri özlərinə quyu qazırlar. Arzu edən bəndələr heç bir maneə olmadan çalışmaqla misilsiz maddi və mə`nəvi ne`mətlər əldə edə bilərlər. Allahın rəhmət, lütf və kəramətinin e`cazkarlığı ondadır ki, az əməl müqabilində çox şey əta edir.
Əzəmətli səltənət sahibi olan Həzrət Süleyman (ə) yoldan keçərkən bir kəndli öz-özünə dedi: "Mehriban Allah Davudun oğluna böyük səltənət kəramət edib.” Külək bu sözləri Süleymana çatdırdı. Həzrət Süleyman kəndliyə yaxınlaşıb buyurdu: "Gücün çatmayan, məs`uliyyətinə dözə bilmədiyin şeyi arzulama. Əgər Allah bir təsbihini, həmdini qəbul etsə bu sənin üçün Süleymana əta olunmuş dünya ucalığından daha yaxşıdır. Çünki təsbihin savabı baqi, Süleymanın mülkü isə fanidir.”
Həzrət Peyğəmbər (s) buyurur: "Namaz dinin sütunudur və onun on xüsusiyyəti var: çöhrənin zinəti, qəlbin nuru, cismin rahatlığı, qəbirdə ünsiyyət, rəhmət gətirən, asimanın çırağı, Qiyamətdə əməl tərəzisinin ağırlığı, Allahın razılığı, Behiştin dəyəri, Cəhənnəm oduna maneçilik. Hər kəs namaz qılsa dini abad edir, hər kəs namazı tərk etsə dini viran qoyur.”
Doğrudan da, böyük bir zəhmət tələb etməyən iki rək’ət namazda bu qədər faydanın olması insanı heyran qoyur!
Həzrət Peyğəmbər (s) buyurur: "Hər hansı namazın vaxtı çatarkən bir mələk nida edər: "Ey camaat! Kürəklərinizdə (günahlar vasitəsilə) yazdığınız odu namazla söndürün!”
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









