«Yalnız bir neçə−saniyə»
Seyyid Əbülqasim Hindi nəql edir ki, Şeyx Həsənəli İsfəhani ilə birlikdə Məşhədin ətraf dağlarından birinə − Məcuni dağına getmişdik. Bu anda dağın bir kənarından quldurluğu ilə ətraf kəndlərin canına qorxu salmış Məhəmməd Quşabadi peyda oldu və xəbərdarlıq etdi ki, yerinizdən tərpənsəniz, özünüzü ölmüş bilin.
Şeyx məndən soruşdu:
Dəstəmazın varmı? Dedim:
Bəli. Əlimdən yapışıb dedi:
Gözlərini yum. Bir neçə saniyədən sonra bir-iki addım getməmişdik ki, buyurdu:
Aç gözlərini. Elə ki, gözlərimi açdım, gördüm şəhər darvazasının yaxınlığındayıq.
Həmin gün günortadan sonra yanına getdim... Soruşdu: Səhərki əhvalatı kimsəyə danışmamışsan ki? Dedim:
Yox. Dedi:
Dilinə yiyəlik edə bilməyin çox yaxşıdır. Hələ ki, mən sağam o macəranı bir kəsə söyləməməlisən, yoxsa öz həlakına səbəb olarsan.
«Şəfaverici nəfəs»
Etibarlı dostlarımdan biri deyirdi:
Şeyx Həsənəli İsfəhani ölən günü, bir nəfər məsihi qadın cənazənin yolu üstündə başına-sinəsinə döyüb şivən qoparırdı.
Dedim:
Məgər sən məsihi deyilsən? Axı bu kişi müsəlman ruhanisidir. Dedi:
Mənim yanımda olan bu iki qızım bir-iki il bundan qabaq çarəsi tapılmayan xəstəliyə tutulmuşdular. Nə qədər dəva-dərman elədik, bir xeyri olmadı. Hətta amerikalı həkimlərə də göstərdik, bizi məyus etdilər. Get-gedə xəstəlikləri şiddətləndi və ölümcül vəziyyətə düşdülər.
Müsəlman qadın olan qonşumuz bizim bu halımızı görüb dedi:
Xəstənizin şəfası üçün Noxudəki kəndinə gedin və İsanəfəsli Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu çadramı da sal başına get ora.
Əlacsızlıqdan onun çadrasını başıma salıb soruşa-soruşa gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında əyləşiblər.
Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:
Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin. Dedim:
Yeməyə halları yoxdur. Dedi:
Suda qarışdırın həll olsun, qarışıq suyu içirin.
Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən sonra gözlərini açdılar və şəfa tapdılar. Bəli belə bir insan bizim aramızdan gedib.
Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa
Məsiha edəni hər bir kəs edərdi.
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı