» » » Müsafirin namazı-2


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müsafirin namazı-2
0
Müəllif: Qonaq | 2-09-2014, 23:29 | Baxılıb: 953
 
 Müsafirin namazı

Məsələ 1301: Mal-qara alverçisi və sariban kimi məşğuliyyəti səfər olan şəxslərin normadan artıq səfər etmələri, onların çətinliyə düşmələrinə və yorğunluqlarına səbəb olarsa, namazlarını şikəstə qılmaları gərəkdir.

 

Məsələ 1302: Şəhərlərdə gəzməkdə olan və özü üçün vətən seçməyən şəxs, namazı tamam qılmalıdır

 

Məsələ 1303: Məşğuliyyəti səfər olmayan şəxs, əgər məsələn; bir şəhər və ya kənddə olan malını daşımaq üçün ardıcıl səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər onun səfərləri xalq arasında «kəsirüs-səfər» deyiləcək qədər çox olarsa, namazını tamam qılmalıdır (ki, bunun me`yarı 1296-cı məsələdə deyildi).

 

Məsələ 1304: Vətənindən əl çəkib özü üçün başqa yerdə vətən seçmək istəyən şəxsin, əgər ona namazın tamam qılınmasına səbəb olacaq ünvan (kəsirüs-səfər, köçəri kimi) deyilməzsə, gərək öz səfərində namazı şikəstə qılsın.

 

8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa yerdə həddi-tərəxxüsə e`tibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir.

 

Məsələ 1305: Həddi-tərəxxüs, şəhər əhlinin, hətta şəhərin ətrafında olanların müsafiri görmədiyi yerdir. Bunun nişanəsi isə, onun şəhər əhlini görməməsidir.

 

Məsələ 1306: təninə qayıdan müsafir, vətəninə çatana qədər namazını şikəstə qılmalıdır. Həmçinin bir yerdə on gün qalmaq istəyən şəxs, oraya çatmayana qədər namazını şikəstə qılmalıdır.

 

Məsələ 1307: Əgər şəhər hündürlükdə olsa, oranın əhli uzaqdan görünərsə və ya çuxurluqda olsa, azacıq uzaqlaşdıqca oranın əhli görünməzsə, belə bir şəhərdən səfərə çıxan şəxs, əgər oradan, «o şəhər düz yerdə olsaydı, artıq oranın xalqı görünməzdi» deyiləcək qədər uzaqlaşdığı zaman, namazını şikəstə qılmalıdır. Həmçinin əgər yolun dərə-təpəsi normadan artıq olarsa, normanı nəzərə almaq lazımdır.

 

Məsələ 1308: Gəmi və ya qatarda olub həddi-tərəxxüsə yetişmədən, tam qılmaq niyyəti ilə namaza başlayan şəxs, əgər üçüncü rük`ətin rükusundan qabaq həddi-tərəxxüsə çatarsa, namazını şikəstə olaraq tamamlamalıdır.

 

Məsələ 1309: Yuxarıdakı məsələdə izah olunduğu kimi, əgər üçüncü rük`ətin rükusundan sonra tərəxxüs həddinə çatsa, başqa bir namazı şikəstə qılmalıdır və birinci namazı tamamlamaq lazım deyil.

 

Məsələ 1310: Əgər bir şəxs həddi-tərəxxüsə yetişdiyinə əmin olub, namazını şikəstə qılarsa və sonra da namaz qılarkən həddi-tərəxxüsə yetişmədiyi anlaşılarsa, o namazı yenidən qılması gərəkdir. Belə ki, əgər bu halda həddi-tərəxxüsə çatmamışdırsa, namazını tamam qılmalıdır. Əgər həddi-tərəxxüsdən keçmişdirsə, namazını şikəstə olaraq qılmalıdır. Əgər vaxt keçmişdirsə, namazını qəzaya getdiyi zamandakı vəzifəsinə əsasən qəza etməlidir.

 

Məsələ 1311: Gözü adi vəziyyətdə deyilsə, adi gözün şəhərin əhlini görmədiyi bir yerdə namazını şikəstə qılmalıdır.

 

Məsələ 1312: Səfərə getdiyi zamanı həddi-tərəxxüsə yetişib-yetişmədiyində şəkk edərsə, namazını tam qılmalıdır.

 

Məsələ 1313: Səfər zamanı vətənindən keçən bir müsafir, orada dayanarsa, namazını tam qılmalıdır. Əks təqdirdə, lazım-ehtiyata əsasən, namazını həm şikəstə, həm də tam olaraq qılmalıdır.

 

Məsələ 1314: Səfər zamanı vətəninə çatıb orada dayanan şəxs, orada olduğu müddətdə namazını tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəxlik bir yola getmək istəyərsə və ya dörd fərsəxə gedib-qayıtmaq istəyərsə, (qayıdan baş) həddi-tərəxxüsə çatdığı zaman namazını şikəstə qılmalıdır.

 

Məsələ 1315: İnsanın yaşamaq və daimi qalmaq üçün seçdiyi yer onun vətənidir, istər orada dünyaya gəlsin və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşamaq üçün qərar versin.

 

Məsələ 1316: Əgər məqsədi bir müddət əsil vətəni olmayan yerdə qalıb sonra başqa yerə getmək olsa, ora onun vətəni hesab olunmaz.

 

Məsələ 1317: İnsanın öz yaşayışı üçün seçdiyi yerdə daimi məskunlaşmaq niyyəti olmasa belə, əgər xalq arasında o, orada müsafir qəbul edilməzsə, belə ki, müvəqqəti olaraq on gün və ya daha çox bir müddət üçün başqa bir yerdə qalmağı qərara alsa birinci yeri onun yaşayış yeri olaraq görürsə, ora onun üçün vətən hökmünü daşıyır.

 

Məsələ 1318: İki yerdə yaşayan şəxs, məsələn, altı ay bir yerdə və altı ay da başqa yerdə qalsa, hər ikisi ona vətəndir. Habelə əgər iki yerdən artıq özünə yaşayış yeri seçsə, onların hamısı ona vətən hesab olunar.

 

Məsələ 1319: Füqəhanın (müctəhidlərin) bə`zisi, demişlər ki, əgər bir şəxsin bir yerdə məskunlaşdığı evi olsa və qalmağı qəsd edərək, ardıcıl altı ay orada qalarsa, o ev onun malı olduğu müddətdə qədər, o yer onun vətəni hökmündədir belə ki, səfərdə oraya çatdığı hər vaxt namazını tamam qılmalıdır. Lakin bu hökm sübut olunmamışdır.

 

Məsələ 1320: Əvvəllər vətəni olub, fikrindən daşındığı bir yerə çatdıqda, özünə başqa bir vətən seçməmiş olsa belə, namazını tam qılmamalıdır.

 

Məsələ 1321: Bir yerdə ardıcıl olaraq on gün qalmağı qəsd edən və ya ixtiyarsız halda bir yerdə on gün qalacağını bilən bir müsafir, orada namazını tamam qılmalıdır.

 

Məsələ 1322: Bir yerdə on gün qalmaq istəyən müsafirin, birinci və ya on birinci günün gecəsini də orada qalmağı qəsd etməsi lazım deyildir. Əgər birinci günün sübh azanından, onuncu günün günəş batmasına qədər orada qalmağı qəsd edərsə, namazı tam qılmalıdır. Birinci günün zöhründən on birinci günün zöhrünə qədər orada qalmağı qəsd edərsə də, hökm eynidir.

 

Məsələ 1323: On gün bir yerdə qalmaq istəyən müsafir, əgər bütün on günü bir yerdə qalmaq istəyərsə, namazını tam qılmalıdır. Belə ki, on gün Nəcəflə Kufədə, yaxud Tehranla Şimiranda qalmaq istəyərsə, namazı şikəstə qılmalıdır.

 

Məsələ 1324: On gün bir yerdə qalmaq istəyən müsafir, qalacağı on gün ərzində o yerin camaat arasında ayrı bir yer hesab olunan və fasiləsi dörd fərsəxdən az olan ətrafına getməyi əvvəldən qəsd etmişdirsə, əgər gedib-gəlmək müddəti ürfün nəzərində on gün qalması ilə zidd olmayacaq miqdardadırsa, namazını tam qılmalıdır. Əgər on gün qalmaqla zidd olarsa, şikəstə qılmalıdır. Məsələn; əgər əvvəldən bir gündüzü və ya bir gecəni oradan ayrılmaq istəyərsə, bu onun iqamət məqsədi ilə ziddir və namazını şikəstə qılmalıdır. Amma əgər onun qəsdi bu olsa ki, məsələn, günün yarısını xaric olsun və sonra qayıtsın, hərçənd qayıtması gecə olduqdan sonra olsa belə, gərək namazı tamam qılsın. Amma əgər onun bu cür ayrılması, ürfdə «iki və ya daha çox yerdə iqamət edir» deyiləcək qədər təkrarlanırsa, namazını şikəstə qılmalıdır.

 

Məsələ 1325: Bir yerdə on gün qalmağı qərara almayıb, məsələn; əgər dostu gələrsə və ya yaxşı mənzil tapsa, on gün orada qalacağını qəsd edən müsafir, namazını şikəstə qılmalıdır.

 

Məsələ 1326: Bir yerdə on gün qalmağı qərara alan bir şəxs, əgər orada qalmasına bir şeyin mane olmasına ehtimal verirsə və bu ehtimal aqil şəxslərin nəzərində qəbul olunan bir ehtimal olarsa, namazını şikəstə qılmalıdır.

 

Məsələ 1327: Ayın sonuna on gün və ya daha çox qaldığını bilən şəxs, ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, namazını tam qılmalıdır. Amma əgər ayın sonuna bir neçə gün qaldığını bilməz və ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, hərçənd qərarlaşdırdığı zamandan ayın sonuna qədər on gün və ya daha çox qalmış olsa belə, namazını şikəstə qılmalıdır.

 

Məsələ 1328: Bir yerdə on gün qalmağı qərara alan müsafir, əgər dörd rük`ətli bir namaz qılmadan qərarından dönərsə və ya orada qalmaqda və ya başqa bir yerə getməkdə tərəddüdə düşərsə, namazını şikəstə qılmalıdır. Amma əgər dörd rük`ətli bir namaz qıldıqdan sonra qərarından dönərsə və ya tərəddüdə düşərsə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

 

Məsələ 1329: Bir yerdə on gün qalmağı qərara alan bir müsafir, oruc tutarsa və zöhrdən sonra orada qalmaq fikrindən dönərsə, əgər dörd rük`ətli bir namaz qılmışdırsa, orada qaldığı müddətə qədər orucları səhihdir və namazlarını tam qılmalıdır. Amma əgər dörd rük`ətli bir namaz qılmamışdırsa, ehtiyata əsasən, o günün orucunu tamamlayıb sonradan qəza etməli, namazlarını da şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz.

 

Məsələ 1330: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, qərarından dönərsə və qərarından dönməzdən qabaq dörd rük`ətli bir namaz qılıb-qılmadığında şəkk edərsə, namazlarını şikəstə qılmalıdır.

 

Məsələ 1331: Əgər müsafir şikəstə qılmaq niyyəti ilə namaza başlayarsa və namaz əsnasında on gün və ya daha çox qalmağı qərarlaşdırarsa, namazını dörd rük`ətli olaraq tamamlamalıdır.

 

Məsələ 1332: On gün bir yerdə qalmağı qəsd edən müsafir, əgər birinci dörd rük`ətli namazın əsnasında öz qəsdindən dönsə, belə ki, üçüncü rük`ətə məşğul deyilsə, gərək namazı iki rük`ətli tamam etsin və namazlarının ardını şikəstə qılsın. Həmçinin əgər üçüncü rük`ətə məşğul olsa və rükuya getməmiş olsa, gərək otursun və namazı şikəstə olaraq sona çatdırsın. Əgər rükuya getmişdirsə, namazını poza bilər və onu şikəstə olaraq yenidən qılması lazımdır.

 

Məsələ 1333: On gün bir yerdə qalmağı qərara alan bir şəxs, orada on gündən çox qalarsa, səfərə çıxana qədər namazını tam qılmalıdır. İkinci dəfə on gün qəsd etməsi lazım deyildir.

 

Məsələ 1334: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, vacib orucu tutmalıdır. Müstəhəbb oruc da tuta bilər və zöhr, əsr və xiftən namazlarının nafiləsini də qıla bilər.

 

Məsələ 1335: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rük`ətli bir namaz qıldıqdan sonra və ya dörd rük`ətli bir namazı tam olaraq qılmasa belə bir yerdə on gün qaldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə gedib-qayıdıb, təkrarən əvvəl qaldığı yerdə on gün və ya daha az bir müddət qalmaq istəyərsə, getdiyi zamandan qayıdacağı zamana qədər və qayıtdıqdan sonra namazını tam qılmalıdır. Amma əgər əvvəl qaldığı yerə qayıtması, yalnız səfərinin yolunda vaqe olmasına görə olsa və şər`i bir məsafəyə səfər etmək istəyərsə, gedib-qayıtdıqda və qaldığı yerdə namazlarını şikəstə qılmalıdır.

 

Məsələ 1336: On gün bir yerdə qalmağı qərar alan bir müsafir, əda olan dörd rük`ətli bir namaz qıldıqdan sonra, səkkiz fərsəxdən az olan başqa bir yerə gedib orada on gün qalmaq istəyərsə, səfəri zamanında və on gün qalmaq istədiyi yerdə namazını tam qılmalıdır. Amma əgər gedəcəyi yer səkkiz fərsəx və ya daha çox olarsa, səfər zamanı namazlarını şikəstə qılmalıdır. Əgər orada on gün qalmaq istəməzsə, orada qaldığı müddətdə də namazlarını şikəstə qılmalıdır.

 

Məsələ 1337: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd rük`ətli bir namaz qıldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə getmək istəyərsə, əgər əvvəlki yerinə qayıdıb-qayıtmayacağında tərəddüdlü olarsa və ya oraya qayıtmaqdan tamamilə qafil olarsa, yaxud qayıtmaq istədiyi halda, orada on gün qalıb-qalmayacağında tərəddüdlü olarsa, ya da orada on gün qalmaqdan və ya səfər etməkdən qafil olarsa, getdiyi vaxtdan qayıdana qədər və qayıtdıqdan sonra namazlarını tamam qılmalıdır.

 

Məsələ 1338: Dostlarının da on gün qalacağını xəyal edərək bir yerdə on gün qalmağı qərara alan və əda olan dörd rük`ətli bir namaz qıldıqdan sonra, dostlarının qalmaq qərarına gəlmədiklərini anlayarsa, özü də qalmaq fikrindən dönsə belə, orada qaldığı müddətə qədər namazlarını tam qılmalıdır.

 

Məsələ 1339: Əgər müsafir təsadüfən otuz gün bir yerdə qalsa, məsələn, otuz günün tamamında getmək ilə qalmağa tərəddüd edərsə otuz gün keçəndən sonra, hərçənd orada az bir müddət qalsa belə, gərək namazı tamam qılsın.

 

Məsələ 1340: Doqquz gün və ya daha az bir müddət üçün bir yerdə qalmaq istəyən müsafir, doquqz gün və ya daha az orada qaldıqdan sonra, yenidən orada doqquz gün və ya daha az qalsa və bu şəkildə orada otuz günə qədər qalarsa, otuz birinci gündən e`tibarən, namazlarını tam qılmalıdır.

 

Məsələ 1341: Müsafir bir yerdə otuz gün qalandan sonra gərək namazı tamam qılsın. Beləliklə, otuz günün bə`zisini bir yerdə, bə`zisini başqa yerdə qalsa, otuz gündən sonra da namazı şikəstə qılmalıdır.

 


 
 
Bölmə: Risalələr / Ayətullah Sistani
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.