Rüşvətxorluğun mənfi təsirləri
Müsəlman torpaqlarını ələ keçirmək üçün kafirlərin həmişə əsaslı planları olmuşdur. O cümlədən də kafirlər müsəlmanları həmişəlik öz qullarına çevirib, onlara ağalıq etmək istəyiblər. Onların bu şərindən xilas olmaq üçün nə etməliyik?
Çox gözəl bilirik ki, onların bizim üzərimizdəki hakimiyyətinin əsasını rüşvət təşkil edir. Məgər müsəlmanların öz düşmənlərindən rüşvət almamağı və bu yolla onlara məğlub (təslim) olmamağı mümkündürmü?
Baxmayaraq ki, bu müsəlmanların öhdəsində olan ixtiyari (könüllü) bir işdir.
Bəli, kafirlər müsəlman (dövlətlərinin) başçılarını rüşvətlə ələ keçirirlər. Buna görə də aldanmamaq üçün çox ayıq-sayıq olmalıyıq.
Rüşvət qədər heç bir şey bizə təsir edib, aldada bilməz. Onlar bizim bu zəif nöqtəmizdən istifadə edərək bizə öz müsəlmanlarımız vasitəsilə nüfuz edə bilirlər.
Elə Həzrət Əli (ə)-ın işini də rüşvət ilə bitirdilər. Çünki Müaviyə Osmanın oğluna dedi: "Əgər qələbə çalsan Xorasan vilayətinə sahib olacaqsan.” Beləliklə də Xorasan vilayətini Osmanın oğluna verdi.
Osmanın oğlu dedi:
–Xorasanı neyləyim?
–Sənin evinin çörəyin olsun–deyə Müaviyə cavab verdi.
Müaviyə gedərkən Osmanın oğlu şer oxumağa başladı. Şerin məzmunu belə idi ki, nə istəyirdimsə verdi, bəlkə lap artıq da verdi.
Məclisdə olan Mərvan bunu eşidib narahat halda dedi:
"Hamını alan tapılar, amma bizi alan yoxdur.”
Müaviyə ona cavab olaraq–səni də mən alacağam– dedi.
Yəni sən də bizlərdən oldun. O təkcə bu quru sözlə Mərvanı sevindirdi. Əlbəttə sonralar Müaviyə öz əqidələrinə görə bütün müsəlmanlara aid olan Fədəki Mərvana bağışladı. Bu torpaqlar Ömər ibn Əbdüləzizin vaxtına qədər Ali-Mərvanın əlində qaldı. Amma Ömər ibni Əbdüləziz hakimiyyətə gələndən sonra Fədəki Ali-Əliyə qaytardı.
Əhli-beyt (ə)-ın hədəfi yalnız Fədəki geri almaq deyildi. Bəlkə onlar bunu istəməklə haqqı haqq sahibinə çatdırmaq istəyirdilər.
Mənbə: "Ayətullah-üzma Behcətin həyatı" kitabı