» » Axirət aləminə səyahət - Məlaikələrlə söhbət


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6696

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6680

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 2
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Haziran 2024    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət aləminə səyahət - Məlaikələrlə söhbət
    +5
    Müəllif: Qonaq | 6-09-2014, 12:00 | Baxılıb: 617
     
     

    MƏLAİKƏLƏRLƏ SÖHBƏT

     Bizi köhnə libaslarda, baş-ayaq yalın, toz-torpağa bulaşmış, zəlil (xüsusilə bütün bu od-alov gorundan çıxmış Məni) görüb, bizə qarşı yuxarıdan baxmaları zirvəyə çatdı və əvvəl xilqətimizdəki kimi həqarətlə baxdılar.

    Məlaikələrin gəlişi ilə adamlardakı inqilab alovu səngidi. Mən ixtilafın götürülməsi, məlaikələrə fəzilətimizin sübutu üçün onlara etina etmədən minbərə qalxıb, xütbəyə başladım. Onlar təəccüb etdilər ki, mən onların yanında nə danışa bilərəm. Məclisə etina etməyib, əyləşdilər və mən başladım.

    Xütbənin bir yerində söhbət məlaikələrdən getdiyindən onlar dizi üstə dayandılar.

    Ey İmam dostları, ümmət yol göstərənləri, bizim Peyğəmbərin Əhli-beyti zəif olmadıqları halda zülm gördülər və cahil tərbiyə edən dünyada zalım cahillər onların qapılarını bağladılar. Peyğəmbər qızının qapısına od vuruldu. Onu qapıyla divar arasında qoyub, sümüklərini əzdilər. Onun "kimdir mənə yardımçı” çağırşına cavab verən olmadı. Eləcə də, Hüseyn ibni Əlinin çağırışı cavabsız qaldı. İndi ki, sədası bizə çatıb, biz "ləbbeyk” deyənlər əlimizdən gələni əsirgəməməliyik.

    Həzrət Haqdan olan bu istəyimizdə dünya və axirət nəzərimizdə deyil. Dünyada o qədər intizar çəkdik ki, gözlərimiz kor oldu, zühur günü həsrətini özümüzlə gora apardıq.

    İndi də başqa bir məqsədimiz yoxdur. Darbaxışlılar dedilər ki, məqsədimizdə çox israr etməyək. Məbada, iş çətinliyə düşə. Elə düşündülər ki, bu xahiş kərim Rəbbimizdən yox, əskik məxluqlar dərgahındandır. Onlar bilsin ki, pakların əməllərini napakların əməlləri ilə ölçmək, tutuşdurmaq, müqayisə etmək olmaz. Allah hamıdan mehribandır. Nalə çəkənlərin ahu-zarı Onu yormaz.

    Eləcə də o adamlar ki, dedilər zalımların əzabının tamaşasına getməyək, bu əməldən tam təsəlli yoxdur, doğru deyil. Çünki bu əməl Allaha itaətsizlik olar. Getmək lazımdır, özü də tam qüvvə, döyüş hazırlığı ilə. Əgər döyüşə icazə verilərsə, döyüşək. Məqsədim orada qalmaq, istəyimizdən əl çəkməmək, muradımıza çatmaqdır. Min illər çəksə də! Sizlərdən hər kəsdə belə dəmir iradə, ali himmət, sabit əzm varsa, bizə qoşulsun.

    On iki min kişi irəli çıxdı ki, biz hazırıq və iş məqsədə çatmayınca geri dönmərik.

    Mən də minbərdən düşdüm. Min nəfər silahlanmış və ata süvar olmuşdu. Bayrağı başçının əlinə verib, tapşırdım ki, hər enişdə, hər yoxuşda "ləbbeyk” və "sədeyk” desinlər. Fikirləşin ki, o iki qərib İmamı eşidirsiniz, qoy, qanınız cuşa gəlsin.

    Məlaikələrin başçısına dedim ki, məlaikələrdən yüz nəfərini bu dəstəyə qoşsun. Onun razılaşmaqdan başqa çarəsi yoxdu. Narahatlığından bilinirdi ki, bizim işimizə etirazı var. İşimizi Allah razılığına zidd, bəlkə də divanəlik sayırdı.

    Beləcə, altı dəstə bir-birlərinin ardınca yüz məlaikənin müşayiəti ilə yola düşdü. Altı minlik yeddinci dəstə qalan məlaikələrlə gəlirdi. Özüm də ələm götürdüm, qılıncları siyirib hərəkətə başladıq. Hər eniş və yoxuşda "ləbbeyk” səsindən yer-göy titrəyirdi.

    Mən məlaikələrin başçısı ilə çiyin-çiyinə yanaşı gedirdim. Arabir görürdüm ki, başçı sakit və qaraqabaq, başı aşağı, fikirlidir. Elə bil, nəsə demək istəyir, sonra sözünü udurdu. Mən onun sirrini hiss edirdim. Amma yenə də soruşdum… Nə üçün qəmgin, narahatsınız?

    Dedi… Mən sizin bu vəhşicəsinə hərəkətinizdən qəzəbliyəm. Çünki  bu vaxtadək bu əmin-amanlıq aləmində belə bir hadisə baş verməyib. Qorxuram Allahın qəzəb odu sizə nazil ola, biz də sizin aranızda sizin odunuza yanaq.

    Dedim… Siz nə üçün bizim odumuza yanmalısınız?

    Dedi… Çünki, sizi bu pis işdən saxlamadıq.

    Dedim… Əgər bizim işimiz pisdirsə, nə üçün qarşısını almırsınız?

    Dedi… Çünki sizi Bərəhuta aparmaq tapşırığı almışıq.

    Dedim… Biz də sizinlə gedirik, bəs nəyimiz pis olur?

    Dedi… Qoşun çəkməyiniz, fitnə yaratmağınız.

    Dedim… Məgər Allahdan əmr olub ki, bizi başqa surətdə aparasınız?

    Dedi… Yox, yalnız buyrub ki, onları aparın.

    Dedim… Aparmaq bütün növ aparmağa şamildir. Piyada, süvari, silahlı, əliboş... hansı keyfiyyətdə olursa olsun. Bütün bunlar sizin vəzifənizdir. Ona görə də pis olmayacaq. Çünki Allah pis işi əmr etməz. Əgər siz bizə Allahın əmr etdiyini qadağan etsəydiniz, Onun qəzəbinə düçar olardınız. Ona görə də yaxşıya dəvət, pisdən çəkindirmək o kəsə vacibdir ki, yaxşı və pisi tanımış olsun, onları fərqləndirə bilsin. Sən ki, yaxşını pisdən ayıra bilmirsən, bizə bir işi qadağan, bir işə əmr necə edə bilərsən?

    Gördüm ki, əvvəlki böyüklüyündən, uca mərtəbəsindən bir qədər aşağı endi. Təvazö ilə dedi… Əlhəmdu lillah ki, dilimə qadağan gəlməyib.

    Dedim… Mənim qeyrətim məni məcbur edir ki, sizi bundan da aşağı endirim. Sənin "bu hadisə indiyədək olmayıb”, deməyin eynən qiyas, oxşatmadır. Belə çıxır ki, gələcək həmişə keçmiş kimi olmalıdır. Əgər bir şey keçmişdə olmayıbsa, gələcəkdə də olmamalıdır? Hansı ki, ilk qiyas edən şeytan olub. O deyib ki, hər nə oddandırsa, od kimi nurludur. Sən özün bilirsən ki, onun qiyası batil idi. Məhz, bu zalımlığına görə ilahi dərgahdan qovuldu. Sənin bu batil qiyasın müqabilində Haqq-Taala açıq-aydın buyurub… "O hər gün bir məqamdadır.”

    Mələk daha artıq təvazö və kiçikliklə dedi… Qorxum budur ki, Peyğəmbər aydınca Əlinin cavabında buyurub ki, hələ xəbis təmizdən ayrılmayıb və təqdir, zühur yaxşıların pislərdən üstünlüyündən, ayrılığından sonradır. Necə ki, Nuhun qəziyyəsində oldu. Siz çalışırsınız ki, təxirə salınmış təqdiri tezləşdirəsiniz. Başqa sözlə, o şey ki, müqəddər olub, sabah zühur olsun, siz istəyirsiniz ki, bu gün olsun. Bu özü həqiqətdə Allahlıq iddiasıdır.

    Dedim… Bu aləmlərdə müqəddər olma səbəblərlədir, yoxsa səbəblərsiz?

    Dedi… Səbəblər silsiləsi ilə təqdir olunur. Çünki onların bir-birlərindən ayrılması qeyri-mümkündür, mahaldır.

    Dedim… Bəs bizim rəftarlarımız, dualarımız, israrlarımız, ciddiliyimiz də ilahi səbəblərdən ola bilər. Çünki nəfsani meyllər, adətən, ixtiyardan kənardadır.

     

    Allah bağışlamaq istərsə əgər,

    Bəndəni yalvarış halına çəkər.

     

    Hər necə olsa duada israr, Allahdan istəmə bəzi müqəddəratların səbəblərindəndir ki, uzağı yaxın, yaxını zühura çatdırır. Maneəni aradan götürür və vücuda şərait yaradır. Əlavə, duada israr etmək müstəhəbbatdan, bəyənilmiş işlərdəndir. Əgər mətləbə təsir etməsə də ən azı savaba səbəb olar.

    Həmin mələk öz çəkinməsindən bir qədər əl götürüb, sakitcəsinə, istər-istəməz yola yoldaş oldu.

    Dedi… Amma rəhmani fikirlər, ilhamat bəndələrə mələklər vasitəsi ilə verilir. Bunsuz iş mahaldır və biz bu hadisədən xəbərsizik.

    Dedim… "Bəqərə” surəsinin son ayələri Cəbrəilin vasitəçiliyi olmadan gəlib. De görüm, sizdən ucası var, ya yox?

    Dedi… Bəli, çox. O qədərdir ki, onların dərəcələri bizə məlum deyil.

    Dedim… Bizə olan bu ilhamat, ola bilsin ki, sizdən uca vəsilə ilə gəlib. Bundan əlavə, biz Peyğəmbər Əhli-beytinin dostlarıyıq və dostluqda zəruridir ki, aşiq öz məşuquna yardım etsin. Lap dua ilə də olsa.

    Yaxşı, bizə nə iradınız var? Deyirsiniz ki, nə üçün onu dost tuturuq, nə üçün dostluq zəruriyyətlərinə əməl edirik?

    O cavab verməkdən çəkinəndə dedim… Sizin ucadan uçmağınızın səbəbi həmin təkliyinizdir. Əgər biz də əvvəlki tək təcrid olmuş (mücərrəd) qalsaydıq, torpağa bağlanmasaydıq, sizin kimi olardıq. Bəlkə Allahlıq iddiasında da olardıq. Təsdiq edin ki, hər mücərrəd, maddidən bilikli, üstün deyildir.

     

    Hər papağın əyib, ciddi oturan,

    Qeysərlik bacarmaz, papaqbaz olar.

    ***

    Açılmaz min nöqtə gördüm burada,

    Uzunsaç, dərviş yox, saçaqbaz olar.

     

    "Ləbbeyk” deyə-deyə Cəbəlür-rəhman adlı dağ ətəyinə çatdıq–dağ Ərəfat dağı idi. Deyirlər, bu dağ "Sur”un kiçilmiş dərəcəsidir və Allah-Taala bu barədə buyurub…

    "Möminlərlə münafiqlərin arasında içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir.”

    Bizdən qabaq dağa çatanlar xeymələrini qurub, gözləmə yerində oturmuşdular. "Ləbbeyk” fəryadları qovuşub havaya qalxdı və dağı lərzəyə gətirdi.

    Bizim xeyməmizi qurdular.

    Mənbə: "Axirət aləminə səyahət" kitabı
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Zergule | Status: İstifadəçi Offline | 6 Eylül 2014 17:22 | İstifadəçi | Şərh yazdı
    Təşəkkür edirəm. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 6 Eylül 2014 14:48 | İstifadəçi | Şərh yazdı
     AALLAH RAZI OLSUN BACIM ALLAH BIZLERE QIYAMETDE KOMEY OLSUN IN SE ALA podzatylnik tost draznilka LAH

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 6 Eylül 2014 13:46 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI ARDINI SEBIRSIZLIKLE GOZLEYIREM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 6 Eylül 2014 13:15 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun InweAllah bacim maraqlidi
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.