Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
1105. Doğru yol
Qur‘an:
«Bizi doğru yola yönəlt»
Hədis:
3559. İmam Sadiq (ə): «İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.»
1106. Doğru yolun (Siratul müstəqimin) mə‘nası
Qur‘an:
«Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.»
«Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.»
Hədis:
3560. İmam Sadiq (ə) (sirat sözünün mə‘nası barədə): «O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.»
3561. İmam Sadiq (ə): «Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).»
1107. Axirət siratı və onun üzərindən keçmək
3562. Musa (ə) (dualarının birində): «İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?» Buyurdu: «Siratdan ildırım sürətilə keçər.»
3563. Allahın Peyğəmbəri(s): «Sizlərdən sirat üzərində ən sabit qədəmliniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.»
3564. Allahın Peyğəmbəri(s): «Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.»
3565. Allahın Peyğəmbəri (s): «Sirat tükdən nazik, qılıncdan itidir.»
3566. İmam Sadiq (ə) («Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmışdır» ayəsi barədə): «Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.»
3567. İmam Sadiq (ə): «İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.»
Mənbə: Mizanul-hikmət (xülasəsi) 2-ci cild
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |