Həzrət Əli (ə) buyurur:
"Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
Həzrət Əli (ə) buyurur:
"Mö`min onunla insafsız rəftar edənlə insafla davranar.”
Həzrət Əli (ə) buyurur:
"Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
Həzrət Əli (ə) buyurur:
"Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
Həzrət Əli (ə) buyurur:
"Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”
Həzrət Əli (ə) buyurur:
"Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”
Həzrət Əli (ə) buyurur:
"Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
Həzrət Əli (ə) buyurur:
"Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”
Həzrət Əli (ə) buyurur:
"Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”
Həzrət Əli (ə) buyurur:
"Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.