İnsanı üzünə tərif etmək qətlə yetirmək kimidir;
***
Dünya üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan, axirət üçünsə elə yaşa ki, sanki sabah öləcəksən;
***
Qeybətə qulaq asan elə qeybət edən kimidir;
***
Tövbə etmek qəlbləri paklayır, günahları yuyur;
***
Bilərəkdən günah edən şəxs bağışlanmaya layiq deyildir;
***
Bəndələrin dünyadakı əməlləri axirətdə gözlərinin önünə gələcək;
***
Dünya bulud kölgəsi və şirin yuxu kimidir;
***
Ağıllı insan odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirəti dünyasına dəyişməsin;
***
Kimə bu dörd şey verilsə, dünya və axirət xeyri verilib;
1) Danışanda düzlük
2) Əmanəti qaytarmaq
3) Qarnını haramlardan gözləmək
4) Xoş xasiyyət.
***
Qəzəbdən çəkinin ki, başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır;
***
Alim cahil tanıyır, çünki özü də əvvəl cahil olmuşdur;
***
Nadan alim tanımır, çünki özü də əvvəl alim olmamışdır;
***
Övladını pis tərbiyə edərək onların üzünüzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin;
***
Allahın razılığı, ata-ananın razılığı onların qəzəbi, Allahın qəzəbidir;
***
Səni kədərləndirən pis bir işin, səni məğrur edən xeyir işindən Allahın yanında daha yaxşıdır;
***
İbadət çoxlu oruc, namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarını) düşünməkdir;