Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hədis 84-165
Hədis 84: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”
* * *
Hədis 85: Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.”
* * *
Hədis 86: Həzrət Məhəmməd (s) buyurur: “Dünya sevgisi bütün xataların başlanğıcıdır.”
* * *
Hədis 87: Həzrət Məhəmməd (s) buyurur: “Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün isə elə çalış ki, sanki sabah öləcəksən.”
* * *
Hədis 88: Həzrət Məhəmməd (s) buyurur: “Adəm övladının xatalarının çoxu dilindədir.”
* * *
Hədis 89: Həzrət Məhəmməd (s) buyurur: “Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir.”
* * *
Hədis 90: Həzrət Məhəmməd (s) buyurur: “Müsəlmana hiylə quran bizdən deyildir.”
* * *
Hədis 91: Həzrət Məhəmməd (s) buyurur: “Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.”
* * *
Hədis 92: Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”
* * *
Hədis 93: Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
* * *
Hədis 94: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs sübh edə, lakin müsəlmanların işinə yarımaya, müsəlman deyildir.”
* * *
Hədis 95: Həzrət Məhəmməd (s) buyurur: “Sizlərdən hər biriniz öz (din) qardaşına özünə etdiyi kimi xeyirxahlıq etməlidir.”
* * *
Hədis 96: Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
* * *
Hədis 97: Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
* * *
Hədis 98: Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
* * *
Hədis 99: Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.”
* * *
Hədis 100: Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
* * *
Hədis 101: Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
* * *
Hədis 102: Həzrət Əli (ə) buyurur: “Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”
* * *
Hədis 103: Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
* * *
Hədis 104: Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
* * *
Hədis 105: Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.”
* * *
Hədis 106: Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”
* * *
Hədis 107: Həzrət Əli (ə) buyurur: “Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”
* * *
Hədis 108: Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
* * *
Hədis 109: Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”
* * *
Hədis 110: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”
* * *
Hədis 111: Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
* * *
Hədis 112: Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”
* * *
Hədis 113: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”
* * *
Hədis 114: Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”
* * *
Hədis 115: Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”
* * *
Hədis 116: Həzrət Əli (ə) buyurur: “Mömin o adamdır ki, sevgisi Allaha görə, nifrəti Allaha görə, alış-verişi də Allaha görədir.”
Hədis 117: Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”
* * *
Hədis 118: Həzrət Əli (ə) buyurur: “Nadan alimi tanımır, çünki özü əvvəl alim olmamışdır.”
* * *
Hədis 119: Həzrət Əli (ə) buyurur: “Yaxşı işlər istisna olmaqla, bütün işlərdə ifrat etmək pisdir.”
* * *
Hədis 120: Həzrət Əli (ə) buyurur: “İnsan üçün nadanlığın ziyanı, cüzamın onun bədəninə vurduğu ziyandan daha çoxdur.”
* * *
Hədis 121: Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”
* * *
Hədis 122: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, riyakarlığın ən aşağı mərtəbəsi belə, Allaha qarşı şirkdir.”
* * *
Hədis 123: Həzrət Əli (ə) buyurur: “Heç kim öz Rəbbindən savayı başqasına ümidvar olmamalı və yalnız öz günahlarından qorxmalıdır.”
* * *
Hədis 124: Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.”
* * *
Hədis 125: İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”
* * *
Hədis 126: Həzrət Əli (ə) buyurur: “Susub həqiqəti gizləməkdə heç bir xeyir yoxdur (pisdir). Necə ki, nadanlıq üzündən danışmaq yaxşı deyildir.”
* * *
Hədis 127: Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir.
* * *
Hədis 128: Həzrət Əli (ə) buyurur: “Fürsəti əldən vermək qəm-qüssədir.”
* * *
Hədis 129: Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”
* * *
Hədis 130: Həzrət Əli (ə) buyurur: “Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”
Hədis 131: Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.”
Hədis 132: İmam Əliyyən Nəqi (ə) buyurur: “Özünü bəyənmək insanı elm öyrənməkdən saxlayar.”
* * *
Hədis 133: Həzrət Əli (ə) buyurur: “Heç bir kəs əqlinin bir hissəsini vermədən zarafat etmədi.”
* * *
Hədis 134: Həzrət Əli (ə) buyurur: “Dini hökmləri bilmədən ticarətlə məşğul olan şəxs sələmə düçar olar.”
* * *
Hədis 135: Həzrət Əli (ə) buyurur: “Hər bir insanın rəyinin dəyəri onun təcrübəsi qədərincədir.”
* * *
Hədis 136: Həzrət Əli (ə) buyurur: “Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun.”
* * *
Hədis 137: Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”
* * *
Hədis 138: Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.”
* * *
Hədis 139: Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”
Hədis 140: Həzrət Əli (ə) buyurur: “Yoxsulluq çox böyük ölümdür.”
* * *
Hədis 141: Həzrət Məhəmməd (s) buyurur: “Peyğəmbərlik məqamına daha yaxın olanlar alimlər və (haqq yolda) cihad edənlərdir.”
* * *
Hədis 142: Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”
* * *
Hədis 143: Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”
* * *
Hədis 144: Həzrət Məhəmməd (s) buyurur: “Hər hansı bir məclisdə oturub elmini artırmayan kəs, Allahdan uzaqlığını artırmışdır.”
* * *
Hədis 145: İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
* * *
Hədis 146: İmam Riza (ə) buyurur: “Sükut hikmət qapılarından olan bir qapıdır.”
Hədis 147: İmam Riza (ə) buyurur: “Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
* * *
Hədis 148: İmam Riza (ə) buyurur: “Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
* * *
Hədis 149: İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”
* * *
Hədis 150: İmam Riza (ə) buyurur: “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
* * *
Hədis 151: İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”
* * *
Hədis 152: İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”
* * *
Hədis 153: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!”
* * *
Hədis 154: İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
* * *
Hədis 155: İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”
* * *
Hədis 156: İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”
* * *
Hədis 157: İmam Əliyyən Nəqi (ə) buyurur: “Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
* * *
Hədis 158: İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
* * *
Hədis 159: İmam Əliyyən Nəqi (ə) buyurur: “Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”
* * *
Hədis 160: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”
* * *
Hədis 161: İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
* * *
Hədis 162: İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
* * *
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
* * *
Hədis 163: İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
* * *
Hədis 165: İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
* * *
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |