Ağlayan bir cavan Peyğəmbərin (s) xidmətinə gəlir. Həzrət (s) buyurur: “Niyə ağlayırsan?” Cavan dedi: “Necə ağlamayım ki, böyük günahlar işləmişəm. Allah onları bağışlamaz. Mən də odda yanacağam”.
Həzrət (s) buyurur: “Müşrik olmusan. Sənin günahın nə qədər böyük olarsa- olsun, Allah bağışlayar”.
Cavan yenə də deyir: “Mənim günahım dağdan, yerdən, səmadan və ulduzlardan da böyükdür”.
Həzrət (s) buyurur: “Günahların böyükdür, yoxsa Allah?”
Cavan cavab verir: “Allah Təala”. Həzrət (s) buyurur: “Günahların nə qədər böyük olursa-olsun Allah bağışlayar”.
Bizim diqqət etməli olduğumuz mühüm məsələ odur ki, insan heç bir zaman Allahın rəhmətindən ümidsiz olmamalıdır. Ona görə də Allah, Onun rəhmətinə şübhə ilə yanaşmağı böyük günah adlandırmışdır. Belə ki, Quranda buyurur: “Allahın rəhmətindən naümid olmayın! Ona görə ki, kafir qövmdən başqa heç kəs Allahın rəhmətindən ümidini üzməz”. (“Yusuf”, 87). “Ancaq tövbə edib, iman gətirən və saleh əməllər edənlər müstəsnadır, Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhim edəndir”