Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Hədis 330-416
Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: “Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.”
* * *
Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: “Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.”
* * *
Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: “Az nemətə şükür etməyən, çoxa da şükür etməz.”
* * *
Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israrlı olanı sevir.”
* * *
Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: “Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”
* * *
Hədis 335: Həzrət Əli (ə) buyurur: “Nadanlıq kimi yoxsulluq yoxdur.”
* * *
Hədis 336: Həzrət Əli (ə) buyurur: “Elm kimi şərəf yoxdur.”
* * *
Hədis 337: Həzrət Əli (ə) buyurur: “Çox mülayim olan kəs peşman olmaz.”
* * *
Hədis 338: Həzrət Əli (ə) buyurur: “Gözəl xasiyyət kimi yoldaş yoxdur.”
Hədis 339: Həzrət Əli (ə) buyurur: “Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.”
* * *
Hədis 340: Həzrət Əli (ə) buyurur: “Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.”
* * *
Hədis 341: Həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.”
* * *
Hədis 342: Həzrət Əli (ə) buyurur: “Söyüş söyən adam kimi həyasız yoxdur.”
* * *
Hədis 343: Həzrət Əli (ə) buyurur: “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.”
* * *
Hədis 344: Həzrət Əli (ə) buyurur: “Din qardaşı ac olan halda mömin tox olmaz.”
* * *
Hədis 345: Həzrət Əli (ə) buyurur: “Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”
* * *
Hədis 346: Həzrət Əli (ə) buyurur: “Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”
* * *
Hədis 347: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tərifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”
* * *
Hədis 348: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”
* * *
Hədis 349: Həzrət Əli (ə) buyurur: “Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”
* * *
Hədis 350: Həzrət Əli (ə) buyurur: “Sağlamlıq pəhrizdəndir.”
* * *
Hədis 351: Həzrət Əli (ə) buyurur: “Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”
* * *
Hədis 352: Həzrət Əli (ə) buyurur: “Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”
* * *
Hədis 353: Həzrət Əli (ə) buyurur: “Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”
* * *
Hədis 354: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”
Hədis 355: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”
* * *
Hədis 356: İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”
* * *
Hədis 357: Həzrət Əli (ə) buyurur: “Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”
* * *
Hədis 358: Həzrət Əli (ə) buyurur: “Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”
* * *
Hədis 359: Həzrət Əli (ə) buyurur: “Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”
* * *
Hədis 360: Həzrət Əli (ə) buyurur: “Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”
* * *
Hədis 361: Həzrət Əli (ə) buyurur: “Dini olmayan zahidlər çoxdur.”
* * *
Hədis 362: Həzrət Əli (ə) buyurur: “Göz korluğu bəsirət korluğundan yaxşıdır.”
* * *
Hədis 363: Həzrət Əli (ə) buyurur: “İşin savabı ona çəkilən əziyyət qədərdir.”
* * *
Hədis 364: Həzrət Əli (ə) buyurur: “İşi sonraya saxlamaq tənbəllik əlamətidir.”
* * *
Hədis 365: Həzrət Əli (ə) buyurur: “Gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.”
* * *
Hədis 366: Həzrət Əli (ə) buyurur: “Allah qorxusundan ağlamaqla günahlar yuyular.”
* * *
Hədis 367: Həzrət Məhəmməd (s) buyurur: “İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”
* * *
Hədis 368: Həzrət Əli (ə) buyurur: “Əfv etmək vasitəsilə rəhmət nazil olar.”
* * *
Hədis 369: Həzrət Əli (ə) buyurur: “Xoş xasiyyət ruzini artırır.”
* * *
Hədis 370: Həzrət Əli (ə) buyurur: “Dua vasitəsi ilə bəla aradan qalxar.”
* * *
Hədis 371: Həzrət Əli (ə) buyurur: “İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”
* * *
Hədis 372: Həzrət Məhəmməd (s) buyurur: “Var-dövlətinə yox, ömrünə xəsis ol.”
* * *
Hədis 373: Həzrət Əli (ə) buyurur: “İşə başlamazdan qabaq məsləhət et.”
* * *
Hədis 374: Həzrət Əli (ə) buyurur: “Dalaşanda barışığa yer qoy.”
* * *
Hədis 375: Həzrət Əli (ə) buyurur: “Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.”
* * *
Hədis 376: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.”
* * *
Hədis 377: Həzrət Əli (ə) buyurur: “Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.”
* * *
Hədis 378: Həzrət Əli (ə) buyurur: “Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.”
* * *
Hədis 379: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.”
* * *
Hədis 380: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.”
* * *
Hədis 381: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”
Hədis 382: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.”
* * *
Hədis 383: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”
* * *
Hədis 384: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.”
* * *
Hədis 385: Həzrət Əli (ə) buyurur: “Mömin üçün ən qiymətli hədiyyə ölümdür.”
* * *
Hədis 386: Həzrət Əli (ə) buyurur: “Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”
* * *
Hədis 387: Həzrət Əli (ə) buyurur: “Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”
* * *
Hədis 388: Həzrət Əli (ə) buyurur: “İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.”
* * *
Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.”
* * *
Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.”
* * *
Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: “Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.”
* * *
Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: “Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez təsir göstərər.”
* * *
Hədis 393: Həzrət Əli (ə) buyurur: “Dua möminin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”
* * *
Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: “Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.”
* * *
Hədis 395: İmam Baqir (ə) buyurur: “Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”
* * *
Hədis 396: İmam Baqir (ə) buyurur: “Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
* * *
Hədis 397: Həzrət Əli (ə) buyurur: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.”
* * *
Hədis 398: İmam Baqir (ə) buyurur: “And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.”
* * *
Hədis 399: İmam Sadiq (ə) buyurur: “Yanına gəlmiş mömin qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.”
* * *
Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”
* * *
Hədis 401: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”
* * *
Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: “Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.”
* * *
Hədis 403: İmam Sadiq (ə) buyurur: “Pis xasiyyətli adam özünə əzab verir.”
* * *
Hədis 404: İmam Sadiq (ə) buyurur: “Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”
* * *
Hədis 405: İmam Sadiq (ə) buyurur: “Mömini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”
* * *
Hədis 406: İmam Sadiq (ə) buyurur: “Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”
* * *
Hədis 407: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”
* * *
Hədis 408: İmam Sadiq (ə) buyurur: “Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”
* * *
Hədis 409: İmam Sadiq (ə) buyurur: “Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”
* * *
Hədis 410: İmam Riza (ə) buyurur: “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”
* * *
Hədis 411: Həzrət Əli (ə) buyurur: “Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”
* * *
Hədis 412: Həzrət Əli (ə) buyurur: “Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”
* * *
Hədis 413: Həzrət Əli (ə) buyurur: “Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”
* * *
Hədis 414: Həzrət Əli (ə) buyurur: “İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”
* * *
Hədis 415: Həzrət Əli (ə) buyurur: “Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”
* * *
Hədis 416: Həzrət Əli (ə) buyurur: “Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |