Xüms və dolanışıq xərcləri
Sual
121:
Əgər (xüms verməmək üçün) qazancımızı elə bir şəkildə xərcləsək ki,
ilin sonuna heç bir şey qalmasın, yenə də xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Əgər öz şə`ninə uyğun və israf etmədən xərcləyərsə, xümsü yoxdur.
Xüms və bağışlama
Sual
122:
İl tamamlanmadan öncə öz əmlakını xümsdən qaçmaq məqsədi ilə həyat yoldaşına bağışlayır; xüms ili tamamlandıqdan sonra isə o yenidən həmin pulu ərinə bağışlayır. Bu işə icazə verilirmi?
(Məkarimdən başqa) Bütün müctəhidlərin rə`yi: Xeyr. Gərək ilin sonunda onun xümsünü versin.
Məkarim: Vacib ehtiyata əsasən ilin sonunda onun xümsünü verməlidir.
Sual
123:
Bir şəxs il tamamlanmamışdan öncə əmlakının bir hissəsini üzərinə xüms gəlməməsi üçün öz həyat yoldaşına bağışlayır. Bu işə icazə verilirmi?
Bütün müctəhidlərin rə`yi: Əgər həqiqətən bağışlayarsa və bu məbləğ onun şə`ninə uyğun olarsa icazə verilir və xümsü yoxdur.
Xüms və mehriyyə
Sual
124:
Bir şəxs həyat yoldaşına borclu olduğu mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən ona verə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, verə bilər.
Mənbə: "Xümsün hökmləri" kitabı