Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Xümsün ödənməsi
Xümsün ödənmə yeri
Sual 91: Xümsü kimə verməliyik?
İmam (r): Öz mərceye təqlidinə (təqlid etdiyi müctəhidə) və ya onunla məsrəfdə kəmiyyət və keyfiyət baxımından eyni nəzərdə olan müctəhidə ödəməlidir. Eyni zamanda mərce təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər.
Xamenei: Gərək xümsü müsəlmanların vəliyyi əmrinə (rəhbərinə) ya da onun vəkilinə versin. Əgər öz mərce təqlidinin fitvasına əməl etsə də, vəzifəsi boynundan götürülər.
Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın (ə) payını öz mərce təqlidinə, ya da onunla məsrəfdə kəmiyyət və keyfiyyət baxımından eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını isə vacib ehtiyata əsasən öz mərceye təqlidinə, ya da onun icazəsi ilə seyidlərə verməlidir.
Təbrizi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Əgər başqa müctəhidə vermək istəsə vacib ehtiyata əsasən öz mərceye təqlidindən icazə almalıdır. Seyidlərin payını isə onların özünə vermək olar.
Sistani: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Vacib ehtiyata əsasən o ə`ləm və bütün cəhətlərdən agah mərce olmalıdır. Seyidlərin səhmini isə onların özünə vermək olar.
Safi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya məsrəfdə kəmiyyət və keyfiyyət cəhətdən onunla eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını onların özünə vermək olar.
Qeyd: Xüms iki hissəyə bölünür. Onun yarısı imamın (ə) səhmi, yarısı isə seyidlərin səhmidir. Böyük ayətullahlar Sistani, Təbrizi və Safi seyidlərin səhmini ödəməkdə müctəhid icazəsini lazım bilmirlər.
Xüms və xeyir işlər
Sual 92: Məsələni bilməmək və cahillik səbəbindən bir şəxs seyidlərin və mə`sum imamın (ə) səhmini xeyir bir işə sərf edib. Lakin bu işi camiuş-şərait müctəhidin icazəsi olmadan edib. Bu şəxs nə etməlidir?
Bütün müctəhidlərin rə`yi: Öz mərceye təqlidinə və ya onun nümayəndəsinə bu işini xatırlatmalıdır. Əgər o məsləhət görərsə bu şəxs vəzifəsini ödəmiş hesab olunacaq.
İmamın səhmi məsələsi camiuş-şərait müctəhiddən asılı olduğu üçün bu işdə elm və cəhlin heç bir tə`siri yoxdur. Bu iş müctəhidin öhdəsinə buraxılmalıdır. Əgər onun icazəsi olmadan sərf edərsə, bu məsələni onunla araya qoymalıdır.
Xüms və mədəniyyət işləri
Sual 93: Xümsü mədəniyyət işlərinə və elmi müəssisələrin və məktəblərin tə`mirinə sərf etmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Şər`i hakimin icazəsinə uyğun sərf olunmalıdır.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |