Sual
40:
Qadının mehriyyəsinə xüms düşürmü?
(Behcətdən başqa) bütün müctəhidlərin rə`yi: Xeyir.
Behcət: İlin xərcindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü verilməlidir.
İrsin xümsü
Sual
41:
Yaxın qohumlardan (ata,
ana və həyat yoldaşı) çatan irsə xüms düşürmü?
Bütün müctəhidlərin rə`yi: Xeyr.
Sual
42:
İrs qalmış əmlakın bugünkü qiyməti qalxdıqda, onu satarkən artmış miqdarın xümsü verilməlidirmi?
İmam (r),
Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət və Vəhid: Xüms düşmür
Məkarim və Safi: Artmış miqdar satılan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü verilməlidir.
Fazil: Artmış miqdar ilin gəliri hesab olunur. Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.
Sual
43:
İrsi dəyərinin artması məqsədi ilə saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış hissəsinin xümsü verilməlidirmi?
Bütün müctəhidlərin rə`yi: Bəli.
Mənbə: "Xümsün hökmləri" kitabı