» » Həsənat səhifəsi boşdur


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həsənat səhifəsi boşdur
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 29-07-2014, 13:00 | Baxılıb: 1 096
     
     
     Həsənat səhifəsi boşdur
    Bir nəfər elm əhli dedi: Bir gecə öz haqqımda fikirləşirdim ki, əgər ölümüm çatsa necə olacağam, nicat və Cənnət əhli olacağam, yoxsa Cəhənnəm əhli? öz-özümə deyirdim: Məni Cənnətlik edəcək xatircəm olduğum bir əməlim yoxdur. Yalnız imanım və Əhli-beytin məhəbbəti qəlbimdə vardır. İman və Əhli-beytin məhəbbəti nicat tapmağıma, Cənnətə daxil olmağıma səbəb olsa da, bəs hədsiz günahlarımla nə edəcəyəm? Allah-Taala bağışlamasa, Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm və onun Əhli-beyti şəfaət etməsə, günahlarımın əzabı çox çətin olacaq.
    Bu qəm-qüssədə idim. Məni yuxu apardı. özümü vəhşətli bir səhrada yalqız gördüm. Üryan idim. Yalnız göbəyimdən ayaqlarımın üstünə qədər özümü bükmüşdüm. Bədənim çibana oxşar qara dənələrlə və yanıqla dolu idi. Məkanın vəhşəti və eybəcərliyi məni olduqca biçarə etmişdi. Birdən bir nəfər aşkar oldu. O dedi: Qiyamət bərpa oldu. Səni hesaba çəkmək üçün çağırırlar. Sonra məni apardı. Başqa bir nəfər gəlib dedi: "Səni oda atmağa məmur olmuşam.” O iki məmurun şiddətli həmkarlığı ilə sol tərəfə gedirdim. Onlara dedim: "Məni Allahın Rəsulunun və İmamların yanına aparın.” Dedilər: "Bizim icazəmiz yoxdur.”
    Sonra birdən gördüm ki, sağ tərəfdən Rəsuli Əkrəm və Əmirəl-Möminin Əli əleyhis-salam oturublar. Onların yanında üç nəfər də vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm işarə edərək məni tələb etdi. Elə ki, o Həzrətə yetişdim, xəcalətin şiddətindən, çılpaqlığımdan, bədənimin rüsvayçılığından və oda Cəhənnəmə məhkum olmağımdan başımı aşağı salıb, salam verdim. Allahın Rəsulu mənim nameyi-əməlimi istədi. Yaxşılıqlarım olan səhifədə bir sətir yazılmışdı: 
    "İman və Əhli-beytin məhəbbəti”. 
    Daha orada başqa yaxşılıqlar yox idi. Lakin pisliklərim olan səhifə pozuldu və yaxşılıqarım olan səhifə yazı ilə doldu. Xülasə, Rəsuli Əkrəm əmr etdi ki, məni Cənnətə aparsınlar. Cənnətdə olan bir çayda qüsl etdim, bədənimin bütün çirkinlikləri pak oldu. Cənnət paltarlarından geydim və Cənnət meyvələrindən yedim.
    Bu dastanı nəql etməkdən məqsədim ilahi lütfün bir nümunəsini bəyan etmək idi. Allah-Taala öz bəndələrinə ölməmişdən əvvəl batini və bərzəxi sifətlərini göstərir, təki özlərini islah edib hazırlasınlar. Tövbə suyu ilə öz çirkinliklərin yusunlar. Yalnız şəfaətə arxalanmasınlar. Şəfaətə çatana qədər dəfələrlə çətinliyə və təzyiqə düşməklərini bilsinlər.
    Allah-Taalanın əzəməti, böyüklüyü, intiqam alması, şiddətli əzabı, əzab edənlərin ən əzab edəni, Qurani-Məcidin bəyan etdiyinə əsasən qahiriyyəti və əzabının möhkəm olması haqqında fikirləşmək qorxunu yaradan səbəblərdən biridir.
    Doğrudan da insan nə qədər Allahı yaxşı və çox tanısa, bir o qədər xəşyəti və qorxusu çoxalar.
    Hətta bu cür Allah tanımaq bir həddə çatır ki, insanın həlak olmasına səbəb olur. Sübhanəllah! Kitablarda qorxulu ayələrin vasitəsilə tamamilə dəyişənlər haqqında yazıblar. Mənsur Əmmar deyir: Bir məsciddə idim. Gördüm bir cavan namaz qılır. Başa düşdüm ki, hal əhlidir. Onun yanına gedib dedim: Ey cavan, Cəhənnəmdə "Ləzy” adında bir səhranın olmasını bilirsənmi?
    Cavan bir nərə çəkdi və huşu başından getdi. Elə ki, huşa gəldi mənə dedi: Yenə də de! Dedim: 
    "Ey iman gətirənlər, özünüzü və əhlinizi elə bir oddan qoruyun ki, onun odunları insanlar və daşlardır, onun üzərində qəliz və şiddətli mələklər vardır.” Cavan bunu eşidərək elə bir nərə çəkdi ki, canını Haqqa tapşırdı Sonra onu aparmağa gəldilər. Ona qüsl verəndə gördüm ki, qüdrət qələmi ilə onun sinəsində yazılıbdır: həyatdadır, ali cənnətdə.”
    Sonra isə onu yuxuda gördüm. Ona dedim: Allah-Taala sənə hansı dərəcəni verdi?
    O, dedi: Allah-Taala məni şəhidlərdən də yuxarı apardı.
    Dedim: Necə?
    Şeyx Şüştəri demişkən, şeytan bizim qulağımıza nə oxuyubdur ki, bu qədər qəflətdəyik? Qorxu saleh, pak adamların xasiyyətidir. Qorxu və ümid olsa, iman da olar. Hər kəsi ki, görsəniz günahdan qaçır, bilin ki, qorxu və xovf əhlidir. Hər kəs şövqlə yaxşı əməllərə doğru gedirsə-ümid əhlidir.
    Bizim kimilərin qorxu mənbəsi, əimmə əleyhimussalam qorxu mənbəyi ilə fərqlidir. İmamların qorxu mənbəyi, günahsız olmaqları ilə yanaşı, məhcuriyyət qorxusudur. Onlar qorxurlar ki, öz məqamlarına çata bilməsinlər, öz məqamlarından aşağı ensinlər. Onlar Allahın ədalətindən qorxurlar. Onlar qorxurlar ki, layiqincə bəndəçilik və Allaha şükr etməyin öhdəsindən gələ bilməyələr.
    Ənəs deyir: Mədinənin küçələrində Rəsuli Əkrəm ilə gedirdim. Birdən gözlənilmədən o Həzrətin halı dəyişdi, az qaldı yerə yıxılsın. Başını yuxarı qaldıraraq dedi:   "Pərvərdigara! Məni bir qırpım göz qədər də öz nəfsimin ümidinə qoyma!”
    Sonra Həzrət mənə buyurdu: "Allah-Taala Yunis əleyhis-salamı bir an öz başına buraxdı və o da giriftarçılığa düçar oldu.”
    Onların münacat və dualardakı nalələri, fəryadları elə buna görədir.
    Bizim qorxumuzun mənbəsi kiçik və böyük günahlardır. Bizim eşitdiklərimizi imamlar görürlər, Cəhənnəmin nə”rəsini eşidirlər. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Cəhənnəm nə”rə çəkən vaxt, əgər Allahın əmri olsa, məhşər əhlinin hamısını udar.”
    Bu barədə hədis çoxdur. Burada da yalnız  bir hədisi qeyd edirəm. Hədisin məzmununun xülasəsini deyirəm. Aşağıdakı ayə
    "Cəhənnəm kafirlər və müşriklər üçün və”də verilən yerdir. Onun yeddi qapısı vardır. Hər qapı bir dəstəyə məxsusdur.”
     
    nazil olandan sonra Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in halı dəyişdi və şiddətlə ağladı. Peyğəmbərin dostları da ağladı. Amma bilmirdilər hansı ayə nazil olubdur. Onların heç biri o Həzrətin ağlamağının səbəbini soruşa bilmirdilər. Həzrəti Salman dedi: Həzrəti Zəhranın gəlib soruşmağından başqa heç bir çarə yoxdur. Həzrəti Zəhra əleyha salam-ın yanına gəlib ərz etdi: Ey Peyğəmbərin qızı! Atanın halı dəyişib, gəl soruş, gör nə olubdur?
    Zəhra çadrasını başına atdı. Salman deyir ki, gördüm ki, Zəhranın çadrasında on iki yamaq vardır. Salman ağlayaraq dedi: Kəsra və Qeysərin qızlarının paltarları hərir, ipək və sündüsdür. Amma Peyğəmbərlərin ağasının qızının paltarı bu cürdür. Bu məsələni Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə ərz edəndən sonra Fatimə əleyha salam buyurdu: Beş ildir ki, mənim və Əli əleyhis-salamın yalnız bir qoyun dərisi varımızdır. Gündüzlər onun üstündə dəvəyə ot verir, gecələr isə onun üstündə yatırıq. Balışımız da xurma lifindəndir. Sonra Fatimə əleyha salam Cəbrəilin hansı ayəni gətirdiyini əziz atasından soruşdu. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm yuxarıdakı ayəni axıra qədər qiraət etdi. Fatimə Zəhra əleyha salam ayəni eşidəndən sonra üzü üstə yerə yıxıldı və buyurdu: 
      "Vay olsun, bir daha vay olsun o kəsə ki, cəhənnəmə daxil olar!” 
    Əshabın hamısı nalə çəkirdi. Əmirəl-Möminin Əli əleyhis-salam əlini başına qoyaraq qiyamət səfərinin uzun müddətindən, səfər azuqəsinin azlığından nalə edərək deyir:
     O Həzrətin söhbətinin davamını "Biharül-ənvar”ın 10-cu cildində oxumaq olar.
    "Kifayətül-müvəhhidin” kitabında rəvayətlərlə nəql olunur ki, Cəhənnəmin 1-ci təbəqəsinin əzabı qalan altı təbəqəsinin əzabından azdır. Onun birinci təbəqəsi axırıncı peyğəmbərin ümmətindən olan günahkarların yeridir. Həmin günahkarlar orada bir müddət qalandan sonra, Allah-Taala məsləhət bilsə, öz rəsulunun şəfaəti ilə oradan çıxıb Cənnətə gedəcəklər. Bu haqda həmin kitaba müraciət edə bilərsiz.

    Mənbə: "Quran və qiyamət" kitabı

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 30 Temmuz 2014 15:16 | Sayt nəzarətçisi | Şərh yazdı
    cox sagol bacim Allah  razi olsun cox maraqlidir Allah gunahlarimizi Ehlibeyt  hormetine bagislasin AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Tamara | Status: İstifadəçi Offline | 29 Temmuz 2014 21:00 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN GUL BACIM GOZ YAWLARIM SEL OLDU 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 29 Temmuz 2014 20:26 | Redaktor | Şərh yazdı
    Allah Razi olsun baci Amin InsAllah.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 29 Temmuz 2014 18:57 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim cox maraqli melumat idi.Allah Bizi Cehennem ezabindan qorusun InweAllah 
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 29 Temmuz 2014 13:53 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.IBRATEMIZ HEKAYEDIR,HER BIR ISHDE HEQIQET VAR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.