» » Peyğəmbər (s) hədislərində Əhli-beyt sevgisi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Peyğəmbər (s) hədislərində Əhli-beyt sevgisi
+5
Müəllif: Admin | 7-01-2016, 19:00 | Baxılıb: 1 648
 

PEYĞƏMBƏR (S) HƏDİSLƏRİNDƏ ƏHLİ-BEYT SEVGİSİ

Peyğəmbər (s) buyurur: «Əhli-beyt İslamın əsasıdır. Ya Əli islam sanki, çılpaq bir vücuddur. Onun libası təqvadır. İslamın zinəti isə müsəlmanın həyasıdır. İslamı bir çadıra bənzətsək, çadırın əsası dirək olduğu kimi, islamın da əsası, dirəyi vərədir(təqvadır). Vərə günahla qarşılaşarkən onunla insan arasında maneə olan bir haldır. Mənə və mənim Əhli-beytimə məhəbbət bəsləmək bunların əsasını təşkil edir.»

Bu hədis «Kənzul-ummal»- ın 13-cü cildinin 645-ci səhifəsi, hədis nömrə: 37631-də. Həmçinin 12-ci cildinin 105-ci səhifəsində qeyd olunmuşdur.

Peyğəmbər (s) buyurub: «Əhli-beyti sevən san ki, Allahı sevir. Mən adəm övladlarının hamısının ağasıyam. Ya Əli (ə), sən və səndən sonrakı imamlar məndən sonra ümmətimin ağalarısınız. Məni sevən Allahı sevir. Ürəyində mənə qarşı kin-küdurəti olanlar Allaha qarşı kin-küdurət bəsləyirlər. Bizi sevən Allahı sevir, bizimlə düşmənçilik edən Allahla düşmənçilik edir. Kim bizə itaət edirsə sanki Allaha itaət edir və hər kim bizə qarşı üsyan edirsə o, Allaha qarşı üsyan etmişdir.» («Bəşarətül-Müstəfa» səh: 151.)

Peyğəmbər (s) buyurur: «Əhli-beyti sevmək Peyğəmbəri (s) sevmək, Peyğəmbəri (s) sevmək Əhli-beyti sevmək kimidir. İkisi də eyni dərəcədədir».

İbni Abbas: Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: «Sizə verilən nemətlərə görə sevinin. Məni Allaha görə, Əhli-beyti də mənə görə Sevin».

Bu hədis «Mustədrəkus-səhihəyn» kitabının, cild 3, səh: 163, hədis nömrə 4716-da, «Sunəni Tirmizinin», cild 5, səh: 622, hədis nömrə: 3789-da. Həmçinin «Əs-səvaiqul-muhriqə» kitabının 230-cu səhifəsində qeyd olunmuşdur.

Zeyd ibn Ərqəm deyir: Mən Peyğəmbərin (s) yanında idim. Gördüm ki, Fatimə (s) evindən çıxıb Peyğəmbərin (s) evinə daxil olmaq istəyir. Həsənlə (ə) Hüseyn (ə)-da onunla idilər. Əli (ə) isə onların arxasınca gəlirdi..Peyğəmbər (s) onları görcək buyurdu: «Bunları sevən sanki, məni sevir və mənə məhəbbət bəsləyir. Onlara qarşı kin-küdurət və ədavət bəsləyən, sanki mənə qarşı ədavət və kin-küdurət bəsləyir.»

Peyğəmbər (s) buyurur: «Əhli-beytə qarşıı olan məhəbbətin özü Ən fəzilətli ibadətlərdən biridir.»

Quran təfsirçilərindən biri olan İbni Məsud deyır. Peyğəmbər (s) buyurdu: «Ali-Mühəmmədə (ə) qarşı ürəyində bir gün məhəbbət yaradan insanın bu məhəbbəti bir ilin ibadətindən üstündür. Bu halda dünyasını dəyişən insan isə Cənnətə daxil olar.» («Yənabiul- məvəddə» kitabı, cild 3, səh: 191).

Əba Zərr nəql edir: «Peyğəmbər (s) mənim özümə vəsiyyət edib dedi ki, ya Əba Zərr ibadət 3 dərəcədir: Brincisi insanın Allahı tanımasıdır; ikincisi mənə iman gətirmək; üçüncüsü mənim Əhli-beytimi qəbul edib ürəyində onlara məhəbbət bəsləməkdir. Əhli-beytin məhəbbəti tövhidin şərtidir.»

Cabir ibni Əbdillah Ənsari: «Bir nəfər ərəb Peyğəmbərin yanına gəldi. Mən də orada oturmuşdum. Ərəb soruşdu:

-Ya Rəsuallah, Cənnətin qiyməti təyin olunubmu? Həzrət buyurdu:

-Bəli, cənnətin qiyməti «La ilahə illəllah»-dır. Hər kəs onu tam ixlasla deyərsə cənnəti əldə edər. Ərəb soruşdu:

-Ya Rəsulallah, bəs bunun ixlası necədir? Onu mənə başa sal. Həzrət buyurdu:

-«La ilahə illəllah»-ın ixlası və şərti budur ki, mənim Allah tərəfindən gətirdiklərimə əməl edilsin və Əhli-beytimə məhəbbət bəslənilsin. Ərəb yenə soruşdu:

-Ya Rəsulallah, sənin Əhli-beytinə olan məhəbbət də «la ilahə iləllah»-ın şərtlərindəndir? Həzrət buyurdu:

-Bəli, bəli, elə ən böyük şərti budur.

«Bəşarətül-Müstəfa»-nın 269-cu, «Uyunul-Əxbari Riza»-nın 2-ci cildinin 135-ci səhifələrində buyrulur: «Əhli-beytin məhəbəti imanın əlamətidir. Hər hansı bir ürəkdə imanın olduğunu bilmək istəsən, bil ki, onun əlaməti Əhli-beytin məhəbbətidir».

Əbdürrəhman İbni Əbu Leyla nəql edir: Atam mənə dedi ki, Peyğəmbər (s) buyurur: «Məni özündən çox sevən mömindir. Quranda var ki, Peyğəmbər (s) möminlər üçün möminlərin özlərindən onlara yaxın, şərəfli və əfzəldir. İman gətirməyən insanın əməli qəbul deyil. İmanın şərti budur ki, mən müsəlmana özündən ona yaxın olmalı və mənim ailəmi öz ailəsindən çox istəməlidir. İman mənim Əhli-beytimin məhəbbəti ilə tamamlanır.»

Ummu Sələmə deyir: Mən şəxsən özüm Peyğəmbərdən (s) eşitdim ki, o Həzrət (s) buyururdu.

عن أمّ سلمة: سمعتُ رسول الله يقول لعليٍّ: لا يبغضك مومن و لا يحبّك منافق.

«Elə bir mömin tapmazsan ki, onun ürəyində Əliyə qarşı kin-küdurəti olsun. Sonra əlavə etdi. Elə bir münafiq tapa bilməzsən ki, onun ürəyində Əliyə məhəbbəti olsun.» («Musnəd ibn Hənbəl», cild 10, səh: 176, hədis nömrə 26569; «Sunən Tirmizi», cild 5, səh: 635, hədis nömrə 3717.)

Başqa hədisdə buyurur: «Bütün insanlar qiyamət günü hazır olacaq. Onlardan soruşulacaq: Bu qədər ömrü nə etdin? Sənə verdiyimiz sağlam bədəni harada sərf etdin? Malını haradan qazanmışdın, harada sərf etdin? Əhli-beytin məhəbbəti haqqında soruşulacaq». («Mənaqibu Xarəzmi», səh: 77, hədis nömrə 59. Həmçinin «Mocəmul-əusət», cild 2, səh: 348, hədis nömrə 2191.)

Peyğəmbər (s) buyurur: «Öz övladlarınızı mənim, Əhli-beytimin, birdə Quran məhəbbəti ilə tərbiyə edin. Üç xisləti uşaqlıqdan onların ürəyinə salın: Birincisi Peyğəmbərin (s) məhəbbəti; ikincisi Əhli-beytin məhəbbəti; üçüncüsü isə Quran qiraətinin məhəbbətidir.» («Səvaiqul- muhriqə», səh: 172; «Fəraidus-simtəyn», cild 2, səh: 304.və sair...) Siz övladlarınızı bu məhəbbətlə tərbiyə edin. Bütün müsəlmanlar hamısı islam bayrağı, Əhli-beyt və Quran bayrağının altında əl-ələ verib qardaş olsalar, Quran onların qardaşlıq əqdini öz ayələrində bəyan edir.

İmam Hüseyn (ə) Əhli-beyt içində parlaq bir ulduzdur. İmam Hüseyn (ə) -ın məhərrəmində müsəlmanlar əza saxlayırlar. Çünki islam tarixində belə bir hadisə baş verdi. Müsəlmanlar yanlış təbliğat nəticəsində öz peyğəmbərlərinin balasını öldürdülər və buna görə şadlıq keçirdilər.

Aşura günü oruc tutmaq məkruhdur. Çünki, Müaviyə oğlu Yəzid İmam Hüseyn (ə)-ı öldürdükdən sonra dedilər: Allah bizə müvəffəqiyyət verdi və biz düşmənimizi aradan götürdük. Bunun şükrünü yerinə yetirmək üçün gəlin, oruc tutaq.

Hansı amillər camaat arasında belə ixtilafın yaranmasına səbəb oldu? Kimlər bu ixtilafı yaratdı? Onlar müsəlmanlara çox böyük zülm etdilər.

Əhli-beyt eşqi ilə, İmam Hüseyn (ə) eşqi ilə hərəkət edənlər həm bu dünyanı tapır, burada əziz yaşaya bilir, həm də axirətin izzəti onlarladır. Bu isə Əhli-beytin məhəbbətinə görədir.

Peyğəmbər (s) İmam Hüseyn (ə)-ın özü barəsində, Kərbəla haqqında, onu ziyarət, onun türbətindən o qədər söhbət edib ki, bunlar hamısı bizim hədis kitablarımızda öz əksini tapıb. Amma təəssüflər olsun ki, müsəlmanlar arasında mövcud olan ixtilaf ucbatından onlar belə bir məsələdən qəflətdə qalırlar.

İnsan bu dünyaya gəlməzdən öncə bu dünyaya gəlməsi haqqında razılıq vermişdir. Orada insandan iltizam alınıb ki, ora- dünyaya gedərkən Allaha itaət etsin. Ondan soruşulanda ki, itaət edəcəksən və etməlisən, razısanmı? Bütün insanlar «bəli» deyə cavab veriblər. Quran buyurur: «Onlar söz verib gəldilər bura». İnsan əhd edib ki, burada şeytana itaət etməyəcək.

Peyğəmbər (s) buyurur: «Əli İbn Əbi Talibin vilayətini qəbul edəcəyinə insan özü söz verib, sonra isə bu dünyaya gəlib.»

İndi ki, bu dünyaya gəlmişik, artıq qayıda bilmərik, qayıtmağa yolumuz yoxdur. İnsan peşiman da olsa qayıda bilməz. Bu yeddi mərhələ istər-istəməz onu gözləyir. İnsan iki məkandan birinə daxil olacaq, ya Cənnətə, ya da Cəhənnəmə. Hər iki məkandan birinə bu yeddi mərhələni keçdikdən sonra daxil olacaq.

Əgər əməllərinlə cənnətə gedib çıxmaq istəyirsənsə, bunun yalnız bir yolu var ki, o da übudiyyətdir. Yəni Allah qarşısında baş əymək. Allaha itaət etmək haqqında necə söz vermişiksə, elə də əməl etməliyik. Allaha eşq bağlamağın və onu sevməyin əlaməti var.

Quran «Ali-İmran» surəsinin 31-ci ayəsində buyurur: «Ey Allahın rəsulu Sən onlara de! Əgər siz Allahı sevirsinizsə onda Məndən (Peyğəmbərdən) itaət edin ki, Allahda sizi sevsin; Sizin günahlarınızdan keçib bağışlasın. Allah bağışlayan və mehribandır.»

Peyğəmbər (s) bizə iki şey tapşırıb. Quran və Əhli-beyt. Əhli-beyt sizə Quranı təfsir edəcək, siz də əməl edəcəksiniz. Ayələrin qaranlıq hissələrini siz özünüz aça bilməzsiniz. Bunları onlar sizə açıb başa salacaqlar. Sizə həm qanun və proqramm, həm də rəhbər təyin edirəm. Siz bu yolla getməlisiniz. Onları bir-birindən ayırmamalısınız. Onlar ayrılıqda heç biri qəbul edilmir və heç biri ayrılıqda İslam deyil.

İslam Peyğəmbəri (s) buyurur: «Əgər Allaha itaət, Qurana əməl edir və bunlarla yanaşı Əhli-beytə məhəbbət bəsləyirsənizsə, qarşıda sizi gözləyən mərhələ də bunlar sizin üçün mənfəətli olacaq. Heç bir narahatçılıq sizi qorxutmasın. Mənə və Əhli-beytimə qarşı olan məhəbbət yeddi yerdə sizə mənfəət verəcək (gərəkli olaraq fayda verəcək) Onlar (mərhələlər) çox qorxulu olan keçidlərdir. Həmin məhəbbətin xeyrini öləndə qəbirdə diriləndə (qiyamət günü diriləndə), namələr paylananda, məhkəmədə, tərəzi qurulanda və Siratı keçərkən görəcəksiniz.

«Fəcr» surəsinin, 28-29-30-cu ayələrində buyurulur: «Ey arxayın, ruhu asayişdə olan nəfs (insan və ruh), Allaha tərəf qayıt. Halbuki sən Allahdan razısan, Allah da səndən razıdır. Mənim bəndələrimin içinə, mənim behiştimə daxil ol!»

Bir nəfər İmam Sadiq (ə) dan soruşur:

-Ağa Əzrail möminin canını alarkən o narahat olacaqmı? Həzrət buyurdu:

-Xeyr. Əzrail onun canını almağa gələrkən mömin əvvəl qorxur. Əzrail ona deyir ki, məndən qorxma. And olsun Allaha ki, bu gün mən sənə anadan və atadan mehriban olacağam. Narahat olma, aç gözlərini, bu Peyğəmbər (s), bu Əli (ə) bu İmam Həsən (ə), bu da İmam Hüseyn (ə) -dır. Dörd məsumu ona göstərərək deyər ki, bax, bunlar sənin dostlarındır. Səni qarşılamağa gəliblər. Sonra həmin möminə belə bir nida gələr. «Ey azad, asayişdə olan mömin, Əhli-beyti görəndən sonra ruhu dincələn mömin, indi onlara qoşulub Allaha tərəf qayıt! Çünki, sən onların vilayətinə razı olmuşdun. Allah da sənə razı olmuşdu. Mənim bəndələrimin arasına və onlarla birlikdə mənim cənnətimə daxil ol!» Mömin bunları eşitdikdən sonra heç bir dəqiqə də olsun belə bu dünyada yaşamaq istəmir. Onun ruhu onlara qovuşmaq üçün tələsir.

Vilayəti yer üzündə insan üçün Allah imtahan qərar verib.

Hədisdə buyurulur: «Dünyadan gülə-gülə getmək istəyən adam İmam Rzanı (ə) ürəkdən çox istəməlidir. Siratdan keçərkəq Əhli-beyt məhəbbəti gəlib sizi tapacaq.»

Haris adlı bir nəfər nəql edir ki, günorta vaxtı idi, otura bilmədiyimi görüb Əli (ə)-ın yanına gəldim. Həzrət mənə baxıb dedi:

-Haris günün bu istisində sən nə yaxşı bura gəldin.

Dedim ki, ağa, məhəbbətim coşdu və sən yadıma düşdün. Gəldim ki, səni görüb qayıdım. Həzrət dedi:

-Haris əgər bu məhəbbətin səmimi qəlblə olsa, bu bir neçə yerdə sənin dərdinə dəyəcək ki, onların biri də sirat körpüsüdür.

«Saffat» surəsinin 23 -cü ayəsində buyurulur: «Qiyamətdə insanlar gələrkən, deyəcəklər ki, onları saxlayın, onlardan sual olunacaq».

 

Ənəs İbni Malik deyir ki, mən özüm Peyğəmbərdən (s) eşitdim ki, buyurur: «Qiyamət günü biz adı sirat olan, cəhənnəmin üzərindən keçən körpünün üzərində dayanacağıq. İcazəsi olanlar keçəcək». Onun nə olduğu soruşulduqda buyurdu: Bu, Əlinin (ə) vilayəti vəsiqəsidir.»

Peyğəmbər (s) Salmana buyurur: «Ya Salman, kim qızım Fatiməni sevir və ona məhəbbət bəsləyirsə, bu məhəbbət 100 yerdə onun dadına çatacaq ki, onlardan biri də mizandır.»

Yenə həzrət buyurur: «Şəban ayı kim mənə çoxlu salavat desə, bu salavat mizanda onun dərdinə dəyəcək. Salavatlar əməli yüngül olanların tərəzisinə qoyulduqda tərəzi ağırlaşacaq.»

Əhli-beyt özü Cənnətdir. Bəzi hədislər deyir ki, cənnət nədir, onlar cənnətdən də üstündür.

Allah bir neçə yerdə fəxr edir. Biri möminlər gecələr durub namaz qılıb, namazdan sonra zikr edib, yorulub yuxuya gedikləri zaman. Digəri kərbəlada imam Hüseyn (ə)-ın üzünü isti qumlar üzərinə qoyub Allaha müraciət etdiyi məqamdır. Başqa bir yer Fatimeyi Zəhranın (s) rüküsüdür. Xanım Allah qarşısında 100 dəfə rükuya getməkdən doymur. Allah göyün hicabını çəkib mələklərə deyir: Baxın, deyirdiniz, yaratma! Mən bu bağı, bu bitkiləri, bu çəməni o gülə görə yaratmışam. Allah Fatiməyə baxıb fəxr edir.

Əli (ə) Peyğəmbərin (s) yerində yatarkən Allah yenə fəxr etmişdi. Cavanlığında Allaha səcdə edib itaət edən gəncə baxıb Allah fəxr edir. Günah qarşısına çıxarkən Allaha günah etmir. Yenə Allah mələklərə baxıb deyir: baxın, o günah edə bilərdi, amma mənə görə etmir. Allah bu yerdə də fəxr edir.

«Bağban bir gülə görə bağa su verir, alaqlar da ona görə su içir».

Allah mələklərə buyurur: Mən həmin bu insanlara Cənətdən də yuxarı bir məqam verəcəyəm. Peyğəmbər (s) və Ali Peyğəmbərin (ə) camalının ziyarətini onlara bəxş edəcəyəm. Mən öz camalımı Peyğəmbər (s) və Ali Peyğəmbərin (ə) simasında onlara göstərəcəyəm.

Peyğəmbər (s) meraca gedərkən Allah ona nəsihət verdi: Ya Rəsulallah iki, əməl var ki, onu edənlərə qiyamət günü Mən ona nəzər edəcəyəm. Peyğəmbər (s) soruşdu ki, ilahi sən onları kimə verəcəksən?

Allah: Qarnını haramdan, dilini yalandan qoruyanlara.

 



Kitabın adı:  Əhli-Beytin (ə) məqamı

Müəllif:      Əliəkbər Ocaq Nejad


 


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 7 Ocak 2016 23:04 | İstifadəçi | Şərh yazdı
Allah sizden razi olsun qardas cox gozel ve deyerli movzulardir ,Allahim butun Ehlibeyt sevenlerini ta qiyamete qeder qelblerinden Ehlibeyt sevgisini silmesin ve gunbe gun Ehlibeyt sevgisini dahada qeilblerinde isiqlandirsin inseAllah amin allah .

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.