Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Fitrənin ödənilməsi ilə bağlı hökmlər
Fitrə zəkatı ilə bağlı digər bir məsələ də var. Qonaq qonaq olduğu müddətdə sizin ailənizdən sayılır. Demək, bayram axşamı gün batmazdan öncə evinizə bir qonaq gəlsə, gün batanadək və bayram gecəsi başlananadək qalsa, onun fitrəsi də sizə vacibdir. Fitrəsi başqasına vacib olanın isə üzərinə hər hansı bir məsuliyyət düşmür. Lakin əgər bilsək ki, fitrəni verməli olan adam verməyib, vacib ehtiyata görə özü verməlidir. Yəni əgər siz bu gecə bir yerə qonaq getsəniz, fitrəniz ev sahibinin boynuna düşsə, ev sahibinin məsələdən hali olmamasını görsəniz və ya məsələyə əhəmiyyət vermədiyini, fitrənizi ödəmədiyini görsəniz, vacib ehtiyata görə fitrənizi özünüz ödəməlisiniz.
Fiqhə görə fitrə ən çox istifadə olunan qida məhsulu olmalıdır. Həmin qida məhsulu olmasa da olar. Misal üçün, bizim ölkəmizin əksər yerlərində buğda çörəyindən istifadə olunur. Lakin camaat yalnız buğda çörəyi ilə kifayətlənmir. Bəzən çörəklə yanaşı başqa şeylər də yeyirlər. Lakin ən çox yeyilən qida məhsulu buğda çörəyidir. Yaxud ölkənin bir çox bölgələrində ən çox yeyilən yeyinti məhsulu düyüdür. Fitva budur ki, əgər üç kilo buğda, düyü və ya onların dəyəri verilərsə, inşaallah kifayət edər. Əgər kimsə daha çox verə bilərsə, daha yaxşı olar. Çox yaxşı olar ki, fitrə həmin şəhərin yoxsullarına verilsin. Bizdən soruşurlar: Fitrəni qaçqınlara və ya başqalarına verə bilərikmi? Əlbəttə, əgər kimsə bilsə ki, müsəlman qardaşı pis vəziyyətdədir, ona kömək etmək şəriətə görə vacibdir – buna şübhə yoxdur. Lakin sizin yaşadığınız şəhərdə ehtiyaclı varsa, yaxşı olar ki, fitrəni ona verəsiniz. Gördüyünüz kimi, bir çox yoxsullar, fitrə almaq səlahiyyəti olanlar Fitr bayramını gözləyirlər ki, onlara pul verilsin, bir az vəziyyətləri yaxşılaşsın. Onları məyus etmək olmaz.
Mənbə: "Ramazan kölgəsində" kitabı
Müəllif: Ayətullah Xamenei
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |