Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub: “Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.”
Həzrət (s) yenə buyurub: “Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.“
İmam Sadiq (ə) buyurub: “Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.”
İmam Rza (ə) buyurb: “Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən.” Ərz etdi: “Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?” Buyurdu: “Bayırdan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgəməyəsən, arvad-uşağına əziyyət verməyəsən.” Ərz etdi: “Bu şərti qəbul edirəm, ey Əmirəl-möminin (ə).” Bununla da, Əli (ə) onun dəvətini qəbul etdi”
Qonaq qəbul etməyin qaydası
Həzrət Məhəmmədin (s) qonaq qəbul etməyin qaydası haqqında buyurduqlarına nəzər salaq:
“Kim Allahın və Onun Rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.”
“Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.“
“Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.”
“Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.”
“Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.”
İmam Baqir (ə) buyurub: “Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.”
İbn Əbi Yəfur nəql edir: “İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: “Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.“
Mənbə: Hacı Əhliman Rüstəmovun informasiya bloqu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |