Qədir-Xum bayramı
Qədir-xum bayramı Kamil insan və adil imamın imamətə seçilməsinin bayramıdır.
Mövləl-müvəhhidin, imamul-muttəqin, əmirəl-möminin, həzrət Әlinin (ə) vilayətə sеçilmәsi, vilayət toxumunu canlarda əkmək günü, ən böyük bayram və "Аllahu əkbər” günüdür. Qədir günü tarixin, Әli eşqinin odunu düşüncələrə salıb, ürəklərdə ümüd və arzu yaradan, parlaq günlərindəndir. Doğrudan, "Mühəqqiq İsfahani” «Әl’ənvarul-qudsiyyə”də, nə gözəl demişdir:
İdul-qədiri ə’zəmul-ə’yadi
kəm fihi lillahi minəl-əyadi
əkmilu fihi dinəhul-mubina
summər-təzəl-islamə fihi dina
«Qədir bayramı, bayramların ən əzəmətlisidir. Tanrının o gündə əlləri var. Аllah O gündə dinini mükəmməl etdi. Və bu dinin bəşər dini olduğuna razı oldu.»
Bu gün islamın önəmli tarixi bir olayını xatırladır. Şiələr bu günü misilsiz təntənə ilə bayram sаnаrаq, şadlıq edirlər. Habelə bayramların müstəhəb əməllərini yerinə yetirirlər.
Mənbə: "İslami bayramlar" kitabı