» » Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)
    +5
    Müəllif: Qonaq | 4-08-2014, 12:00 | Baxılıb: 1 726
     

     

    Özünü və Allahı dərketmə (Mərifəti-nəfs)

    Əxlaq alimləri nəfsin islahını və insan xoşbəxtliyini bu elmin son nailiyyəti hesab edirlər. Buna yetişmək üçündə yalnız bir yol vardır - özünüdərketmə. Buna görə də sizin diqqətinizi İslam nəzərindən bu mövzunun nə qədər əhəmiyyətli olmasına cəlb edirik, ancaq bəhsə başlamazdan əvvəl belə bir  suala cavab vermək lazım  gəlir: dərk olunması lazım olan, saflaşmanın başlanğıcı və Allah-təalanı tanımaq üçün vasitə olan hansı nəfsdir? Bəlkə bu, insanı mələklərdən üstün edən və "ruhullah” kimi mənalandırılan həmin ilahi nəfsdir? Bəlkə bu, Allahın ona and içdiyi, günahı və təqvanı ona ilham etmiş olduğu nəfsi-mülhəmədir (ilhamlandırılmış nəfs)? Həmin nəfs insanı pis yola çəkən nəfsi-əmmarə, fəsaddan, günahdan çəkindirən və təqvalıları danlayan nəfsi-ləvvamə, «Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!"- nidası ilə fəxr edilən nəfsi- mütməinnə, bəndəyə axirəti, ölümü xatırladan nəfsi-faniyə, insanı onun üzərində yaratdığı fitrətullah da ola bilər. 

     

    Cavab:  

    Nəzərdə tutulan nəfs onların hamısıdır, yəni insan şəxsiyyətini formalaşdıran, onun mələkuti (insani)  və nasuti (heyvani) mənşəyini cəmləşdirən, qeyb və şəhadət aləminə malik edən toplumdur. İnsan nəfsi öz mələkuti (insani) cəhətindən yuxarı mərtəbələrə doğru yüksələn zaman mütməinnə, raziyyə (razı),  mərziyyə (razı salınmış) dərəcələrinə yetişən ilahi nəfsdir. O qədər ucalır ki, nəhayət "qabə qovseyni əv ədna" ("iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu”) dərəcəsinə müşərrəf olur. "Qurani-Kərim” də buyurulduğu kimi: 

    "Sonra yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə də ondan da yaxın oldu" («Nəcm»-8,9)

    Nasuti (heyvani nəfs) cəhətdən o yerə qədər süqut edir ki, müqəddəs Kitabda bu barədə belə buyurulur:  "Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər" («Əraf»-179)

    Nəhayət, insan o qədər alçalır ki, «Qurani-Məciddə» rəzillərin rəzili adlandırılır:  "Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!" («Tin»-5)

    Xülasə, zahirdə kiçik olan bu toplum, o qədər böyük və genişdir ki, bütün kainatı özündə cəmləşdirir, belə ki həzrəti-Əli(ə)-yə mənsub olan şerdə deyilir: "Sənin dərmanın öz vücudunda gizlənmişdir, ancaq sən başa düşmürsən. Xəstəliyinin mənşəyi də özündədir, lakin sən görmürsən. Belə fikirləşirsən ki, zəif bir məxluqsan? Halbuki vücudunda böyük bir dünya vardır. Sən o parlaq kitabsan ki, onun hərfləri ilə sirlər aşkar olur, buna əsasən, vücudunun dairəsindən kənar, taleyindən bir şey deməyə sənin ehtiyacın yoxdur"

    Bu geniş xitaba diqqət yetirməklə, açıq və gizli istedadlardan xəbərdar olub qəlbi saflaşdıraraq qeyblərin qeybini cilvə məzhəri etmək olar. Allah-təala buna dəlil olan ayədə buyurur: 

    "Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı" («Nəcm»-11)

     

    Qeyd:

    Burada bir mətləbi də qeyd etmək lazımdır ki, insanlar özləri də bilmədən bu mərifətdən özünüdərketmədən az da olsa, faydalanırlar. Necə ki, uca Yaradan «Quran»da buyurur: 

    "Batildən haqqa tapınaraq üzünü Allahın insanlara fitri olaraq verdiyi dinə tərəf tut" («Rum»-30)

    İnsanların çoxu özləri də bilmədən ondan xəbərsizdirlər:

    "Lakin insanların əksəriyyəti (bunu) bilməz" («Əraf»-187 və başqa ayələr.)

    Yəni insanların əksəriyyəti öz vicdanlarından və fitri hissiyatlarından xəbərsizdirlər. Aydındır ki, məsuliyyətin mövzusu, mükafatın və cəzanın mənşəyi ilə geniş tanışlıqdır. Başqa sözlə desək, mühüm olan məsələ bu yolda ayıqlıqla addım atmaq və özünü özündə tapmaqdır. Beləliklə, Allahı dərk etmək üçün ilahi və insani məsuliyyətlərə çıxış tapmalısan. Bu, bir növ məharətdir ki, ayə və rəvayətlərdə onu əldə etmək təkid olunmuş, ondan xəbərsiz yaşamaq isə, ziyana səbəb hesab edilmişdir. Mərifət və elmlə birgə həyata keçirilən ibadət qəbul olunmuş və faydalı sayılır. İnsana və ağıl sahibi olan məxluqlara məxsus ibadət budur, lakin Allahın buyurduğu kimi təkvini (yəni təbii) ibadət bütün şeylərdə vardır:

    "Göylərdə və yerdə hər nə varsa, Allaha səcdə edir".

    («Nəhl»-49)

    "Elə bir şey yoxdur ki, Allaha tərif deyib ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız." («İsra»-44)

     

    Özünüdərketmə barədə rəvayətlər

    Xatırladığımız kimi, özünüdərketmənin əhəmiyyəti barədə Peyğəmbər (s) və məsum İmamlardan maraqlı və ibrətamiz hədislər nəql olunmuşdur. Onlardan bəzisini nəzərinizə çatdırırıq:

    Peyğəmbər(s) buyurur: 

    "Kim özünü dərk etsə, Allahı dərk etmişdir".

    Həzrəti- Əli(ə) buyurur: "Ən üstün dərketmə özünüdərketmədir."

    İncildə Allah-təala belə buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

    Dərketmə barədə hərə bir yol seçmişdir.  Məsələn, filosoflar fəlsəfi və əqli dəlillərlə mərifət meydanına qədəm qoyaraq onun bəzi mərhələlərinə çıxış yolu tapmış, psixoloqlar təcrübələrlə onun bir neçə cəhəti ilə tanış olmuş, ariflər riyazət (məcburi surətdə özünü bir işə vadaretmə) və mükaşifətlə (ali dərəcələrə yüksəlib həqiqətləri kəşfetmə) bəzi həqiqətləri aşkarlamış, zahidlər və abidlər pəhriz və ibadətlə müəyyən dərəcələrə yüksəlmiş, mücahid və fədailər fədakarlıq və cihad etməklə ali mərtəbələrə yetişmiş, saleh əməllilər isə Allah bəndələrinə xidmət etməklə təqərrüb (Allah dərgahına yaxınolma) və mərifət  vadisinə qədəm qoymuşlar. Xülasə, hərə bir yolla öz itirdiyini axtarır, ona qovuşmaq istəyir. "Qurani-Kərim” də buyurulur:

    "Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir (əbədi səadət) vermişdir." («Bəqərə»-269)

    Həzrəti-Əli(ə) buyurur:  "Hikmət (hər bir şeyi olduğu kimi dərketmə) və mərifət möminin axtardığı itkidir"  

    Peyğəmbər(s)-dən belə nəql olnur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".

    Yuxarıda qeyd etdiyimiz hədis eyni məzmunda başqa bir ifadə ilə o Həzrətdən nəql olunmuşdur.

      Nəhayət, əmirəlmöminin Əli(ə) bu yola qədəm qoymayanları və özünüdərketmə üçün çalışmayanları qəti həlak olmuşlardan hesab edərək buyurur: "Kim özünü dəyərləndirməsə, həlak olacaqdır."

    Başqa bir yerdə isə özünü dərketməyə məhəl qoymamağın nəticəsini zəlalət və azğınlıq hesab edərək buyurur: "Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"

    Buna görə də hər kim mərifətə yetişmək üçün heç bir cəhd göstərməyib ona məhəl qoymazsa, özünü düzgün qiymətləndirməmiş, bu yüksək məqamını ucuz satmışdır. Əmirəlmöminin Əli(ə) özünüdərketməni mərifətlərin ən üstünü hesab edərək buyurur:  "Mərifətlərin ən üstünü insanın özünü dərk etməsidir"

        O zaman öz təəccübünü mərifət ardınca getməyən şəxslərə belə izhar edir: "Təəccüb edirəm o şəxsə ki, nəfsini itirib, amma onu axtarmır, həyatda başqa bir şeyin ardınca gəzir."

    Həmçinin yenə buyurur: 

    "Özünü tanımayan şəxs Allahını necə tanıyar?!"


     
    Mənbə: "İslamda əxlaq" kitabı
     
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 11 Ağustos 2014 11:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI EZIYYETINI HALAL ET

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 22:50 | İstifadəçi | Şərh yazdı
    İNSAN DAİMİ ÖZ ÜZƏRİNDƏ ÇALIŞMALIDIR.MÜSBƏT KEYFİYYƏTLƏRİ ARTIRMALI VƏ İNKİŞAF ETDİRMƏLİ, MƏNFİLƏRİNİ AZALTMALI VƏ LƏĞV ETMƏLİDİR.İNSAN ALLAHIN ELMİNDƏN FAYDALANMALI VƏ  XEYİR İŞLƏR GÖRMƏLİDİR.KAMİLLİK PİLLƏLƏRİNİ İNAMLA KEÇMƏLİDİR.İNSAN HƏR GÜN ÖZÜNÜN ƏMƏLLƏRİNƏ DİQQƏT ETMƏLİDİR......ALLAH RAZI OLSUN.MARAQLI MÖVZUDUR. 
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: fikret | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 17:06 | İstifadəçi | Şərh yazdı
    Cox gozel movzudur Allah razi olsun Kimler istirse arif bendelerden olsun Allah onlari kamil arif bendelerinden etsin Amin. Birde arif bendelerden olmaq isteyen gunahterk etmekle o meqama ucala biler yeni Allaha yaxinlawa biler
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 4 Ağustos 2014 12:50 | İstifadəçi | Şərh yazdı
    BAci Duzdu ozunu Taniya bilmiyen Allahi esla tanimaz ALLAH RAZI OLSUN BACI

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.