» » Hikmət sahiblərinin nəfsin növləri barəsində nəzərləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hikmət sahiblərinin nəfsin növləri barəsində nəzərləri
    +5
    Müəllif: Yusifi Zehra | 2-05-2016, 11:00 | Baxılıb: 1 604
     
     
     Hikmət sahiblərinin nəfsin növləri barəsində nəzərləri
     
    Sədri Mütəəllihin, Əbu Əli Sinadan (Şeyxürrəisdən) "Şifa" kitabında nəql edir ki, "nəfs" qüvvəsi üç qismə bölünür.
    1. Nəbati nəfs: –Nəbati nəfs, təbii cisimdən ötrü təkcə, qida və inkişaf mayası sayılan ilk kamaldır.
    2. Heyvani nəfs–təbii cismdən ötrü təkcə iradə ilə birlikdə, hiss və hərəkətdən ibarət olan ilk kamal hesab olunur.
    3. İnsani nəfs–İnsani nəfs, qəlbi cismin, ağıl və ümumiliyin dərk etmək qüvvəsinə malik olub, çalışıb müxtəlif rəyləri gətirmək qabiliyyəti olan kamaldır. Sonra bu qisimlərin xüsusiyyatlarını bəyan edir.(Əsfar-ərbə, 8-ci cild, səh-53. )
    Əbu Nəsr Farabi (İkinci müəllim), özünün «Fususul-hikəm» kitabının 23-cü fəslində, "nəfs" barəsində belə deyir: "Həqiqətən, arxayın nəfs odur ki, öz dərki ilə ilk haqqı tanısın. Tanıdığı da ilk haqq olsun." Bu ifadənin izahında cənab İlahi Qomşeyi belə buyurur:
    "Natiq nəfsin" (insani nəfsin) çox cəhətləri və tərəfləri vardır. Ləzzətə və heyvani şəhvətə şiddətli meyli olduğu cəhətinə görə ona "əmmarə nəfsi" deyirlər.
    Şəhvətin çoxluğundan, çirkin əməlləri insanın gözündə gözəl göstərdiyinə görə ona "müzəyyinə nəfsi" deyərlər.
    Heyvani məqsədindən ötrü hiyləgərlikdən istifadə edib, öz əməllərində yalan çöhrələri göstərdiyi cəhətdən ona "müsəvvələ nəfsi" deyirlər.
    İnsan, hər vaxt çirkin bir iş gördükdə, əsas fitrətinə qayıdır və vicdanı özünü məzəmmət etdiyinə görə ona, "ləvvamə nəfsi"deyirlər.
    Heyvani ləzzətlərdən xilas olub, şəhvət qüvvəsindən və qəzəbdən aram tapıb, ağıl ləzzətlərindən bəhrələndiyinə görə ona, "mütməinnə nəfsi" deyirlər.
    Nəhayət, insan öz nəfsini tamamilə həqiqi məşuq (məbud) müqabilində təslim edib, Onun meyl və razılığına görə özünü fani hesab etdiyinə görə onu, «raziyyə» və "mərziyyə nəfsi" adlandırırlar. Bu sözlərin və terminlərin hamısı Qurani-kərimdən götürülmüşdür. "Nəfsi mütməinnə", nəfsin kamal və ilk haqqı tanıyan mərhələsidir.
    Beləliklə, "nəfsi mütməinnə", yəni, pak və hər cür çirkinlikdən, kin-küdurətdən təmiz olan ruh.(Hikmət İlahi am və xas, səh-31. )
    Molla Sədranın Əbu Əli Sinadan nəql etdiyi və İlahi Qomşeyinin onu izah etdiyi mətləbin xülasəsi budur. Biz də, Allahın köməyi ilə nəfsin mərtəbələrini Quran baxımından bəhs edəcək və bu barədə nazil olan ayələrə işarə edəcəyik.
     
    İNəfsin Quranda qisimləri və mərtəbələri 

    Qurani-Kərimdə nəfsin müxtəlif mərtəbələrinə işarə olunmuşdur. Biz xülasə şəklində onlara işarə edəcəyik.
    1. Əmmarə nəfsi;
    Ləzzət və şəhvət meyli olan nəfsin ilk mərhələsi, "əmmarə" adlanır. Yəni, həmişə insana əmr edir ki, onun xahiş və istəklərini yerinə yetirsin. Quran dili ilə "əmmarə" (çox əmr edən) adlanan nəfsin bu mərtəbəsi, insanın ən böyük düşmənidir. 
    Böyük şəxsiyyətlər bu nəfsin şərrindən Allaha pənah aparmışlar. Quran, həzrət Yusifin dilindən belə deyir:
    "Mən öz nəfsimi təmizə çıxartmıram. Allah tərəfindən mərhəmət və günahdan çəkinmək tofiqi mənə çatmasa, nəfs həmişə pis işlər görməyi əmr edər."(Yusif surəsi-53 )
    Başqa bir ayədə buyurur:
    «Amma kim Pərvərdigarın məqamından qorxmuş və nəfsinə həva-həvəsini qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir.» (Naziyat surəsi-40-41 )
    Hədəf budur ki, insan «əmmarə nəfsinin» istək və tələblərinə cavab verməsin. Həzrət Əli (əleyhissəlam) bu barədə buyurur:
    «Nəfsin təbiəti və adəti həmişə ədəbsizliyə tərəf yönəlmək və tüğyan etməkdir. Bəndənin vəzifəsi budur ki, öz nəfsini yaxşı ədəbləndirsin. Nəfs həmişə müxalifət meydanında cövlan edir. Bəndə çalışır ki, onun istəklərini nəzarətə alsın. Hər zaman onun cilovunu azad buraxsa, fəsad və tüğyanda onunla şərikdir. Hər kim nəfsinin istəklərində ona köməklik göstərsə özünün ölümündə nəfsi ilə şərikdir.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-270. )
    İmam Sadiq (əleyhissəlam) bu barədə buyurur:
    «Öz nəfsindən ayrılmazdan əvvəl onun sənə zərər vurmağını azalt və zərərinin qarşısını al. Qeyri-şəri işlərdən onu azad buraxmamağa çalış. Nəfsinə həyatda ciddiyyətlə yaşadığın kimi rəftar et. Çünki, nəfsin sənin əməlinin girovundadır.»(Müstədrəkül-vəsail, 2-ci cild səh-310.)
     
     Meylərlə cihad

    Həzrət Əli (əleyhissəlam) buyurur:
    «Ən fəzilətli cihad insanın öz nəfsinin istəklərinə qarşı etdiyi cihaddır.»(Şərh hürər və cürər, 2-ci cild, səh-381. )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə buyurur:
    «Şücaətli və güclü insanlara qalib gələn şəxs deyil, bəlkə də, o kimsə möhkəm və qüdrətlidir ki, öz nəfsinə hökumətlik edə bilsin.»(Müstədrəkül-vəsail, 2-ci cild, səh-270. )
    Yenə də həzrət Əlidən (əleyhissəlam) bu mövzuda nəql olunur:
    «Əyri işlərdən düzlüyə yönəlmək və həyatda möhkəm istiqamətli olmaqına görə öz nəfsinin istəkləri ilə (əlbəttə, qeyri-şəri istəklərlə) mübarizəyə qalx. Alim olub cəhalətdən uzaqlaşmağına görə alimlərlə oturub dur!»(Şərh Ğürər və Dürər, 3-cü cild, səh-462. )
    Həzrət başqa bir əmrində buyurur:
    «Hər kim öz nəfsinə hökumət və rəhbərlik edə bilsə, axirətdə yaxşı dərəcəyə çatar.»(Şərh Ğürər və Dürər. 5-ci cild, səh-454. )
     
     
    Kitabın adı: İslamda hüquq nəzəriyyəsi
    Müəllif: Qudrətullah Məşayixi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.