» » Sözgəzdirənin aqibəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Sözgəzdirənin aqibəti
    0
    Müəllif: Qonaq | 24-07-2014, 16:00 | Baxılıb: 1 028
     


    Sözgəzdirən

    İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də söz gəzdirməkdir. «Qurani-Məcid»də sözgəzdirənlər tənqid edilərək buyurulur:

    "(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” («Huməzə»-1).

    "Qeybət edənə, sözgəzdirənə.” («Qələm»-11).

    "Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya”(«Qələm»- 13).

    «Quran»da sözgəzdirən "zənim” kimi, yəni əsli-nəsəbi bilinməyən, haramzada kimi adlandırılır. Bu isə günahın böyüklüyünə dəlalət edir. Rağib İsfəhani yazır:

    "Zənim hər hansı bir tayfaya mənsub edilmiş, lakin əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü "zənmə” sözündən olub, lazımsız, qulağından asılmış, qoyun hülqumu mənasındadır. Elə bil, sözgəzdirən şəxs öz tayfasında artıq adam və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün bir əsil-nəsəbə aid edilməmişdir.”

    Feyz Kaşani də həmçinin "Məhəccətül-beyza” kitabında Abdulla ibn Mübarəkdən belə nəql edir: "Zənim o şəxsə deyilir ki, zinadan (qeyri-qanuni cinsi əlaqə) əmələ gəlib, dilinə hər nə gəldi hər yerdə danışır». Müəllif bu mənanı mübarək:”Daşürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya” - ayəsinə istinad edərək söyləmişdir.”

    Qısaca desək, hər kimin mayası şəriət yolu ilə bağlanarsa, belə bir böyük günaha aludə olmaz.

     

    «Quran» baxımından sözgəzdirənin aqibəti

    «Qurani-Məcid»də söz gəzdirməklə  camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilib cəhənnəm əzabı ilə qorxudulur. Orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur:

    "Onun odun daşıyan övrəti də həmçinin (cəhənnəmlikdir)" («Təbbət»-4).

    Fəxr Razi Əbu Ləhəbin zövcəsinə niyə görə "həmmalət-əl-hətəb" (odun daşıyan) deyildiyinin səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik:

         Ümmü Cəmil Peyğəmbər(s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edərdi.

         Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını "həmmalət-əl-hətəb" ("odun daşıyan") qoymuşdular.

    Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər(s) və səhabələrindən söz yığıb müşrik və bütpərəstlərə xəbər çatdırırdı. Buna görə də Allah-təala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiyyətlə, sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.

     

    Hədislər baxımından sözgəzdirən

    Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

    Sözgəzdirən ən pis adamdır.

     Peyğəmbər(s) buyurdu:

    -Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?

    Ərz etdilər:

    -Bəli, ya Rəsulullah.

      Buyurdu:

    -Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyib tuturlar.

    Həzrəti-Əli(ə) buyurur: "Sizin aranızda ən pis adam odur ki, söz gəzdirib dostların arasını vuraraq namuslu adamlara eyib tutur."

    Bir başqa hədisdə Peyğəmbər(s)-dən belə nəql olunur: "... Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb saleh və namuslu adamlara eyib tutmaqdır."

    *Sözgəzdirən və qəbir əzabı

    Həzrəti-Əli(ə) buyurur:

    "Qəbir əzabı söz gəzdirmək, yalan və qeybət üçündür."

    "Qəbir əzabı sözgəzdirən üçündür."

    Sözgəzdirən behiştə daxil olmayacaq

    Əksər rəvayətlərdə bu məsələ açıq-aydın deyilmişdir. Məsələn, sözgəzdirən, camaatın birliyini parçalayan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər(s) buyurmuşdur:

    "Sözgəzdirən behiştə daxil olmayacaq"

    İmam Baqir(ə) buyurmuşdur:

    "Behişt qeybət qılan və sözgəzdirənlərə haramdır."

    Başqa bir hədisdə də söyləmişdir:

    "Behişt "qəttat" adamlara, yəni camaat arasında təfriqə salanlara haramdır."

    İmam Sadiq (ə) buyurdu:

    "Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: kahin, münafiq, daimül-xəmr (şərab içməyə adət etmiş) və sözgəzdirən."

    Peyğəmbər(s) buyurmuşdur:

    "Allah-təala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir."

    Mərhum Şəhid Sani Peyğəmbər(s)-dən belə nəql edir: "Allah-təala behişti yaratdıqdan sonra buyurdu: "Danış!”Behişt belə dedi: "Hər kim mənə daxil olarsa, xoşbəxtdir.”Sonra Allah-təala buyurdu: "İzzzət və cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaqdır. Onlardan biri də sözgəzdirəndir."

    Sözgəzdirən məhşərdə

    Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə nəzərinizdən keçiririk:

    Bürra ibn Azibdən nəql olunmuşdur ki, Məaz ibn Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbər(s)-in yanında oturmuşdu. Məaz ərz etdi:

    -Ya Rəsulullah! Sizin bu ayə barədə ("Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz." («Nəbə»-18)) nəzəriniz nədir?

     Buyurdu:

    -Ey Məaz! Böyük bir mətləb soruşdun.

     Sonra Allahın Rəsulu(s) gözlərindən yaş axa-axa buyurdu:

    -Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-təala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin bir hala salar. Onlardan bəzisi meymun şəklində, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdan qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar şəklində, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan halda, bəziləri əli-ayağı kəsilmiş halda, bəziləri yanar ağaclara asılmış halda, bəziləri murdar leşdən daha pis iy verən halda və bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş, hərarətdən bədənlərinə yapışmış halda olarlar.

    Sonra Peyğəmbər(s) sözünün ardınca buyurdu:

    -Meymun şəklində məhşər ayağına gələnlər sözgəzdirənlərdir. Donuz şəklində məhşərə gələnlər haram və rüşvət yeyənlər, kəlləmayallaq olanlar sələm yeyənlər, kor halda gələnlər hakimiyyət və mühakimədə zülm edənlər, lal-kar halında gələnlər özünü bəyənən, öz əməllərinin vurğunu olanlar, dillərini çeynəyənlər sözləri ilə əməlləri zidd olan alim və hakimlər, əl-ayağı kəsilmiş halda gələnlər qonşularını incidənlər, yanar ağaclara asılmışlar padşahlar yanında cəsusluq edənlər, murdar leşdən daha çox iy verənlər isə şəhvət əsiri olub dünya ləzzətinə uyanlardır. Onlar Allahın mallarında qoyduğu haqqı ödəmirlər. Yanar libaslar geyindirilmişlər də təkəbbürlü və inadkarlardır.”

     

    Sözgəzdirən Allahın rəhmətindən uzaqdır

    Sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər cəmiyyətdə bir nəfər belə sözgəzdirən varsa, Allahın mərhəmətindən uzaq olarlar. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik:

    "Həzrəti-Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz vermişdi. Həzrəti-Musa yağış yağmaq üçün camaaat ilə birlikdə dua etməyə çölə getdi, lakin nə qədər dua etdisə, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-təala tərəfdən ona vəhy olundu: "Sizin aranızda sözgəzdirən var. Ona görə də duanızı qəbul etmirəm". Həzrəti-Musa Allahdan onun kim olduğunu soruşanda uca Tanrı belə buyurdu: "Mən sizi söz gəzdirməkdən çəkindirə-çəkindirə necə ola bilər ki, özüm sözgəzdirən olum?”Həzrəti-Musa bu məsələni xalqa dedi. Sözgəzdirən şəxs bundan xəbərdar olub tövbə etdi. Allah öz rəhmət yağışını onlara göndərdi."

     

    Söz gəzdirməyin ağır nəticələri

    Söz gəzdirmək istər fərdi, istərsə də ictimai nəzərdən qəbahət və günahdır. Fərdi cəhətdən insan qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai cəhətdən isə müsəlman cəmiyyətində ikitirəlik və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanların varlığı və əzəməti onlar arasındakı məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-təala onu özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırladır:

    "Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!"  («Ali-İmran»-103)

    İlahi nemətlərdən sayılan həmrəylik və birliyi sözgəzdirən cəzaya çevirərək məhəbbət və mehribanlığı insanlar arasından aparır. Bu özü hesaba gəlməz bir böyük günahdır. Buna görə də deyiblər ki, sözgəzdirmək qeybətdən daha pisdir, çünki əvvəldə qeyd etdiyimiz kimi, qeybət zinadan daha ağır günahdır, amma sözgəzdirmək barədə deyirlər ki, sözgəzdirən haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu bəyan edir.

     

    Söz gəzdirməyi yaradan amillər

    Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavab olaraq demək lazımdır ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:

    1. İnsan haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;

    2. Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu göstərəndə;

    3. İstirahət zamanı;

    4. Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olmaq;

    5. Təfriqə salmaq, insanları çaşdırmaq və təşviş yaratmaq niyyətində olarkən.

     

    Nə etməli?

    Şübhəsiz, insan hər hansı bir vasitəylə söz gəzdirərsə, böyük bir günaha batmış olub qiyamət günü Allahın dəhşətli əzabına məruz qalar. Buna görə də ehtiyatlı olmaq lazımdır ki, insan ömrü-bu böyük  ilahi nemət tələf olub acınacaqlı halda bitərək fəlakətə uğramasın. Bu günaha batan zaman insan qiyamət gününü göz önünə gətirərək Allahın ədalətli məhkəməsi qarşısında, peyğəmbərlərin, övliyaların gözü önündə əməllərinə görə hesabat verərkən nə cavab verəcəyini düşünsün. Çünki artıq fürsət əldən çıxmış və orada heç bir iş görməyə imkan qalmamışdır. İnsan bu dünyada özü ilə hesablaşmalıdır ki, daha axirətdə rüsvay olmasın. "Nəfslə hesablaşma" bəhsində dediyimiz kimi, axirət üçün elə bu dünyada azuqə toplamaq lazımdır.


    Mənbə: "İslamda əxlaq” kitabı


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 25 Temmuz 2014 05:07 | İstifadəçi | Şərh yazdı
    Allah koməyin olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 21:39 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci Allah bizleri hidayet edsin Allah bizleri ele insanlardan qorusun inwAllah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 21:16 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN  NE YAXSI SOZLER YAZMISAN  BACI COX DEYERLI SOZLERDI OXUYUB DERS ALINASI SOZLERDIR INSALLAH KI DERS ALARIQ 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 17:07 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.SÖZ GƏZDİRƏN YA QEYBƏT QIRAN EYNİ GUNAHDIR.ALLAH BELESİNDƏN QORUSUN.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 16:50 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun Bacım.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 16:22 | Redaktor | Şərh yazdı
    Allah Razi olsun baci Amin.Allah bizi duz yolumuzdan ayirmasin Amin
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.