Duanız müstəcəb olmuşdursa, 3 məsələyə diqqət yetirin.
1-Özündən razı olma və "yaxşı adamam ki, duam qəbul olub" sözünü demə, çünki özünü bəyənmək əməlin aradan getməsinə və şeytanın qələbəsinə bais olur.
2-Allahın sənə lütf edib, duanı qəbul etdiyi üçün ona şükr et. Hətta, 2 rəkət şükr namazını yerinə yetirməyin də müstəhəbdir.
3-Duan qəbul olan kimi dua etmə, yenə də tez-tez Allahın qapısına get. Qoy səsin tanış səslərdən olsun, tanınmamış səslərdən olmasın.
Duanız qəbul olmadıqda 3 məsələyə diqqət yetirin.
1-Allahın rəhmətindən məyus olma. Çünki duanın qəbul olmamasına sənin öz günahların maneçilik törətmiş ola bilər. Beləliklə, də o günahları aradan aparıb tövbə et və nəfsini paklaşdır.
2-Dua etməyi tərk etmə.
3-Allahdan razı ol ki, sənin bu razılığında duanın qəbul olmasına səbəb olsun.
İmam Həsən (ə) buyurub:
"Hər kəsin qəlbindən Allahın qəza-qədərinə qarşı razılıqdan başqa bir şey keçməsə,mənə belə bir şəxsin dua edərkən duasının qəbul olmasına zəmanət verərəm."
Mənbə: "Mənəvi xəzinələr" kitabı