» » Günahkarın tövbəsi qəbuldur


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Günahkarın tövbəsi qəbuldur
+5
Müəllif: Fatimə Nuri Xuda | 23-07-2014, 17:00 | Baxılıb: 4 176
 
Günahkarın tövbəsi qəbuldur

إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً (17) وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الآنَ وَلاَ الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُوْلَـئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَاباً أَلِيماً 
"Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! 
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” 
Nəql olunur ki, bütün ömrünü ancaq günahda sərf etmiş bir kişi vardı. Ömrü boyu heç bir günahı haqqında fikirləşməmişdi. Zəmanəsinin xeyirxah və pərhizkar insanları ondan uzaq qaçır və ona nifrət bəsləyirdilər. 
Nəhayət, hökm verən hökmünü verdi və kişinin ömrü sona yetdi. Cənabi Əzrail (ələyhissəlam) onun ruhunu almaqdan ötrü başının üstünü kəsdirdi. Kişi ölümünə yəqinlik gətirir, baxıb görür ki, daha geriyə yol yoxdur. Bir an xəyala dalıb ömrü boyu etdiyi əməllərinə nəzər salır. Bir ömür etdiyi əməllər içində bir dənə də olsa, savab iş görmür. Ümid etməli olan heç bir işıq ucu da gözünə dəymir. İlahi, nə günə qaldım? Əməllərimin axırı nə olacaq? Acizanə şəkildə ürəkdən ah çəkib, özündən ixtiyarsız deyir: 
"Ey O kimsə ki, dünya və Axirət Onundur! Dünyası və Axirəti olmayan bəndənə rəhm et!” 
Bu cümləni deyib dünyasını dəyişir. Şəhərin camaatı onun ölümündən çox xoşhal olurlar. Ömrü boyu günahlar içində boğulan bu şəxsi bir zibilliyə atıb üstünə zir-zibil tökürlər. Sonra həmin zibilliyin üstünü torpaqla örtürlər.
Gecə düşür şəhərin alimlərindən biri yuxuda görür ki, filankəs ölüb onu zibilliyə atıblar. Ona əmr edirlər ki: "Tez dur, o şəxsi zibillikdən çıxart və qüsl ver! Kəfənə bükdükdən sonra isə ona namaz qıl! Sonra onu xeyirxah və pərhizkar şəxlərinin qəbirlərinin yanında dəfn et!” Alim hövlnak cavab verir:"Pərvərdigara! Bu kişi pis adam olub, əhali arasında günahkar bir şəxs kimi məşhur olub. Nəyə görə rəhmət dərgahına layiq görüldü və Öz kəramətini ona bəxş etdin?
Xitab gəlir ki: "Bu bəndənin ruhu bədənindən çıxmaq halında idi. Özünün keçmiş əməllərinə nəzər etdi. Günah və fəsaddan başqa bir şey görmədi. Ona görə də, müflis və aciz bir halda dərgahıma nalə çəkdi. Acizanə bir halda rəhmət dərgahıma baxıb fəzl və rəhm istədi. Onun acizliyinə və biçarəliyinə rəhm edib onun günahlarından keçdim, şiddətli əzabımdan ona nicat verdim və nemətimdən onu bəhrələndirdim.
Bəhsimizin sonunu Qurani-Kərimdə günahkar və haqq yoluna gəlməyib dünyadan köçənlər haqqındakı ayəni zikr etməklə bitiririk. Onu da xatırladaq ki, insan əgər Allaha təvəkkül etsə və özünün iradəsini möhkəmlətsə, hər hansı bir pis əməldən və ya günahdan çəkinə bilər. Allahdan istəyirik ki, bütün günahkar bəndələrinin tövbə etməsinə yar olsun!
إِذَا رَأَتْهُم مِّن مَّكَانٍ بَعِيدٍ سَمِعُوا لَهَا تَغَيُّظاً وَزَفِيراً (12) وَإِذَا أُلْقُوا مِنْهَا مَكَاناً ضَيِّقاً مُقَرَّنِينَ دَعَوْا هُنَالِكَ ثُبُوراً (13) لَا تَدْعُوا الْيَوْمَ ثُبُوراً وَاحِداً وَادْعُوا ثُبُوراً كَثِيراً 
"[Qiyamət günü] Cəhənnəm onları [günahkarları] uzaqdan görüncə, onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə Cəhənnəmə dar bir yerə atıldıqları zaman, [dünyada Allaha asi olduqlarına görə özlərinə nifrin edib] ölüm diləyərlər. [Onlara istehza ilə deyərlər:] Bu gün özünüzə bir deyil, çox ölüm diləyin! [Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən heç nə çıxmaz. Allahın əzabı sonsuz və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, dəfələrlə özünüzə ölüm diləməlisiniz!]” 
Qadir və rəhman Allahdan istəyirik ki, hamımızı cəhənnəmin şiddətli əzabından uzaq etsin və Ona itaət etməkdə bizə yardımçı olsun!
Amin ya Rəbbəl aləmin!

Mənbə: "Fəsad sərçeşməsi" kitabı
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 7
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Ya Rebbim sene geldim | Status: İstifadəçi Offline | 25 Temmuz 2014 16:23 | İstifadəçi | Şərh yazdı
  1. Allah razi olsun bacim cox sagol... Mende tovbe etdim Rebbim inwAllah butun tovbe edenlerin tovbelerini qebul etsin  mende onlarla beraber inwAllah Amin....

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 15:47 | Redaktor | Şərh yazdı
Allah razi olsun baci Amin.Allah bilerkden ve bilmereyekden etdiyimiz gunahlari bagislasin Amin
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahıma aşiqəm | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 01:25 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun Allah bizləri tövbə etməmiş canımızı Almasın Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 24 Temmuz 2014 00:03 | İstifadəçi | Şərh yazdı
O səbəbdir deyilirki,kimin Cənnətlik kimin Cəhənnəmlik olduğunu yalnizca Allah bilir.Allah son nəfəsimizi imanlı halda verməyə bizə komək olsun.Allah razı olsun bacım.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 23 Temmuz 2014 23:32 | İstifadəçi | Şərh yazdı
COX GOZEL YAZMİSİZ.ALLAH BİZİ  CEHENNEM ODUNDAN VE QEBR EZABİNDAN QORUSUN...HEQİQETEN ALLAH BAGİSLAYANDİR..........
 
 
draznilka draznilka draznilka draznilka draznilka draznilka 
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Rehime | Status: İstifadəçi Offline | 23 Temmuz 2014 22:00 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun Amin elleriniz agrimasin.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 23 Temmuz 2014 17:13 | İstifadəçi | Şərh yazdı
TÖVBENİN ƏN ÜSTÜNÜ ODUR Kİ BİR DƏ HƏMİN GÜNAH  TƏKRARLANMASIN.ALLAH GÜNAHKAR BƏNDƏSİNƏ HƏYATDA BİR ÇOX FÜRSƏTLƏR  VERİR Kİ, SƏHVİNİ BAŞA DÜŞÜB, TÖVBƏ ELƏSİN.....ALLAH SİZDƏN RAZI OLSUN BACIM.MARAQLI BİLGİLIR ÜÇÜN SAĞ OLUN.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.