Cumə günü və ya axşamı ölən müsəlmanı Allah qəbir əzabından qoruyar, həm də o, şəhiddir. Bu və digər hədislər bir çox mötəbər qaynaqlarda verilir. Munavi hadisə belə şərh gətirir:
"Çünki cümə günü və gecəsi vəfat edən üçün pərdələr aralanır, o gen cəhənnəmin qapıları bağlanır. Belə bir gündə ölmək səadət əlamətidir. Qiyamət cümə günü qopacaq. O gün Allah düşmən və dostları bir-birindən ayırar və dostların cənnətdə Uca Zatını ziyarətə dəvət edər. Mərhəmətinin coşduğu cümə günü vəfat edən möminə səadət bəxş edir. Buna görə də qəbir əzabından da qorunar".
Mübarəkfuri deyir. "Bu hədis cümə günü vəfat edənlərin qəbir əzabı və ya sorğu-sualdan azad edildiyini bildirir. Yəni hamı deyil, ancaq bəzi insanlar qəbir sorğu-sualı görməyəcəklər". İbin Həcərə baxaq: "Heç kim ölümün vaxtını təyin edə bilməz. Kimsə bu məsələdə seçim edə bilməz. Ancaq səbəblər baxımından meydana gəlməsinə kömək etmək olar. Allaha dua etmək kimi... Hədis Buxarinin şərtlərinə cavab verməsə də, çox kitablarda rast gəlinir".
Bəziləri də "şəhidlər əzab görməyəcəksə, siddiqlər heç görməyəcək" deyir. Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqad dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlər (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır! ("Nisa" surəsi, 4/69) Bəziləri də bunu cümə günü ölən siddiqlər və şəhidlər şəklində götürür. Bir rəvayətdə "Cümə günü ölən şəhid savab alır və qəbir əzabından qorunur" deyilir. Hətta Acluni, Həraməyndə və Məkkə yolunda ölənlərə aid rəvayətlərdə buna əlavə edir. "Ən doğrusunu Allah bilər", - deyib Mübarəkfurinin fikrinə baxaq: "Təbii ki, bütün bunları müqayisə etmək və ya bir fikir söyləmək bizim həddimiz deyil. Təslim olmaq və itaət etmək lazımdır. Çünki bunu söyləyən Rəsuli-Əkrəmdir (səllallahu əleyhi və alihi və səlləm)."
Mənbə: "Əbədi diyara səfər" kitabı