![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Qurani-Kərimin”Bəqərə” surəsinin 183-185-ci ayələrində orucluq haqqında deyilir. "Ey iman gətirənlər! Oruc sizdən əvvəlki nəsillər üçün vacib olduğu kimi, sizin üçün də vacib buyruldu. Bu müəyyən günlərdədir... O kəslər ki, xəstə və ya səfərdə olarlar, onlar oruclarını yesinlər, orucluqdan sonra qəza edərlər”.
Allah-təala bu təkliflə bir neçə dəfə bəndəsindən üzr istəyib. Çünki oruc tumaqda ola bilər ki, insan bir para çətinliklərlə üzləşsin. Allah-təala müxtəlif sözlərlə istəyib ki, bəndəsinin ruhu bu təklifi qəbul etməyə hazır olsun
1. Allah-təala öz quluna nəzakətlə müraciət edir: ”Ey iman gətirənlər”.
2. Bu oruc təkcə sizə deyil, sizdən əvvəlki ümmətlərə də vacib idi.
3. Xatırladır ki, bu orucun faydası məhz sizin üçündür.
4. Bu oruc bir aydan artıq deyil.
5. O kəslər ki, xəstədir və ya səfərdədir, onlar bu hökmdən azaddırlar.
6. 185-ci ayənin sonunda buyurur ki, Allah bu hökmü verməklə sizin işinizi çətinə salmaq istəməyibdir, əksinə bunda sizin üçün faydalar var.
Yəni orucun həm maddi, həm də mənəvi cəhətdən bir çox faydaları var. Oruc insanın iradəsini gücləndirir, onun şəhvani istəklərinin qarşısına sədd çəkir. Oruc təkcə bu deyil ki, özünü təkcə yemək-içməkdən saxlaya. İnsan özünü günahlardan qorumalıdır, özünü Allah qonaqlığına layiq hazırlamalıdır. Oruc insanın qəlbində bir nur yaradar. Oruc tutan şəxs öz nəfsinə hakim kəsilər. İslam peyğəmbəri Həzrəti Muhəmməd (s) buyurub ki, oruc şeytanın üzünü qaraldar və cəhənnəm oduna sipər olar.
Ictimai cəhətdən oruc insanlara bərabərlik dərsi verir. İmkanlı adamlar oruc tutmaqla aclığın şahidi olurlar. Bu haqda İmam sadiq (ə) Hişam ibn Həkəmin sualına belə cavab vermişdir: "Orucu Allah vacib edib ki, dövlətli ilə kasıb bir olsun. Əgər oruc olmasaydı varlı adam aclığın dadını bilməzdi”.
Tibbi faydası budur ki, bədənə ziyan verən yağlar əriyib yox olur. Oruc orqanizimdəki zərərli mikrobların mənbəyini məhv edir. Rus alimi Aleksey Saforin "Müalicənin yeni üsulu” kitabının 65-ci səhifəsində yazır ki, oruc bir neçə xəstəliyin dərmanıdır.
İslam peyğəmbəri buyurub: "Mədə bütün dərdlərin evidir, az yemək bütün dərmanların başıdır”. Və ya: "Çox yeməklə qəlbi öldürməyin”.
Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu ki, istəyirsən sənə 4 xislət öyrədim və bu səni xəstəliklərdən qorusun:
1. Süfrə başında (acmamısansa) qarnı tox oturma.
2. Doyunca yemə.
3. Tikəni ağzında çox çeynə.
4. Yatmazdan əvvəl ayaqyoluna get.
İmam Sadiq (ə) buyurdu: "Çox yemək şəhvəti artırar, qəlbi bərkidər. Insanı ibadətdə tənbəlləşdirər".
Mənbə: "Allaha pənah, Allaha təvəkkül” kitabı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |