Müstəhəb oruc
Sual 154: İnsan səfərdə müstəhəb oruc tuta bilərmi?
İmam Xomeyni, Xamenei və Nuri: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur. Mədinə istisnadır. Orada duaların qəbul olmasından ötrü 3 gün müstəhəb oruc tutmağa icazə var və oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günləri seçilməlidir.
Behcət, Safi və Fazil: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur, yalnız Mədinədə istəklərin qəbul olması üçün 3 gün müstəhəb oruc tuta bilər və oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günlərini seçmək yaxşıdır.
Təbrizi, Sistani, Məkarim və Vəhid: Xeyr, səfərdə müstəhəb oruc tutmağa icazə yoxdur; yalnız Mədinə istisnadır. İstəklərin qəbul olması üçün orada 3 gün müstəhəb oruc tutmağa icazə var və vacib ehtiyat budur ki, oruc tutmaq üçün 3-cü, 4-cü və cümə günləri seçilsin.
Sual 155: Qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr, qəza orucu olan şəxsin müstəhəb oruc tutmasına icazə verilmir.
Sual 156: Oruc kəffarəsi olan şəxs müstəhəb oruc tuta bilərmi?
İmam Xomeyni, Təbrizi, Xamenei və Nuri: Xeyr, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasına icazə yoxdur.
Safi, Fazil, Məkarim və Vəhid: Vacib ehtiyata əsasən, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasına icazə yoxdur.
Behcət və Sistani: Bəli, oruc kəffarəsi olan şəxsin müstəhəb oruc tutmasının eybi yoxdur.
Müstəhəb oruc və cənabət halı
Sual 157: Cənabətli olan insan sübh azanından sonra qüsl edib müstəhəb oruc tuta bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bu halda müstəhəb oruc tutmağın eybi yoxdur və belə oruc düzdür.
Sual 158: Dost yemək təklif edərsə, müstəhəb oruc tutan şəxsin hökmü nədir?
Bütün müctəhidlərin rə`yi: Orucu açmaq müstəhəbdir.
Müstəhəb orucu açmaq
Sual 159: Müstəhəb orucu batil etmək olarmı?
Bütün müctəhidlərin rə`yi: Bəli, eybi yoxdur. Amma (zöhrdən) günortadan sonra olarsa məkruhdur.
Kitabın adı: Orucun hökmləri (200 sual-cavab)
Müəllif: Seyyid Məhəmməd Hüseyni