Bismillah xeyirə, şərə bismillah,
Bismillah laməkan yerə, bismillah.
"Bə"nin hər səsinə oyanar günəş,
"Bə"nin nöqtəsinə dayanar günəş.
"Bə"nin zirvəsinə boylanar günəş,
Bismillah, laməkan yerə, bismillah.
"Sin"ə görə xilqət-xilqət olubdu,
"Sin"ə görə ümmət-ümmət olubdur.
"Sin"ə görə sünnət-sünnət olubdu,
"Sin"i sevdiyimə görə, bismillah,
Bismillah,laməkan yerə, bismillah.
"Mim"lə mələkləri pərvaz edərsən,
"Mim"lə diləkləri pişvaz edərsən.
"Mim"lə ruha gəlib avaz edərsən,
"Mim"lə batini min kərə bismillah,
Bismillah,laməkan yerə, bismillah.
Qoşa "ləm"lardadır möcüzə, min sirr,
Qoşa "ləm"lardadır günəşdən nur, dürr.
Qoşa "ləm"lardadır mənalar min bir,
Qoşa "ləm"lardakı sirrə bismillah.
Bismillah,laməkan yerə,bismillah.
"Ha"dır gözəl əməl, ehsandır ehsan,
"Ha"dır həyatınız xidməti-insan.
"Ha"dır qılmanımız huriyi rizvan.
"Ha"dır dan yetən rəhmət, əcrə bismillah.
Bismillah, laməkan yerə, bismillah.