Bismillah
Olsa hər kimsədə bu zövqü səfa bismillah
Eyliyə kim səfəri Kərbübəla bismillah
Biz ki amadə[846] olub eyləmüşük əzm cinan
Siz də hümmət edün[848] ey əhli vəfa bismillah
***
Baxma ki, murdar olan cifəsinə dünyanun
Beş gün ömründə çox incitmə, əzizim, canun
Aqil ol kuşiş elə möhkəm elə imanun
İstəsən gər edəsən Həqqi riza bismillah
***
Bu əziz ömrüvü sərf etmə fəna dünyayə
Səlma bihudə yerə başuvi çox qovğayə
huşiyar ol özüvə cəm elə bir sərmayə
Çox peşiman olarsan ruzi cəza[849] bismillah
***
Mərifətçün gətiriblər səni bu dünyadə
Tuşə kəsb eyliyəsən bu səfəri üqbadə
Pürxətərdür[850] səfərün kimsə yetişməz dadə
Qeyri bu pənci təni Ali-əba bismillah
***
Xamisi Ali əba olmuş Hüseyni bikəfən
Ol qəribü-Kərbəla avareyi şəhr-vətən
Başü-canundan keçüb ümmət yolunda şövqilən
Şiə lazımdır tuta hər il əza bismillah
***
Yatmayun qəflətlə çox ey şiələr, bidar[851] olun
Ömrüzi sərf etməyün bica yerə hüşyar olun
Qəbrinə hər il Hüseynün sidq ilə zəvvar olun
Hacətün olsa olur onda rəva bismillah
***
Mətləbün olsa əgər ağla Hüseynə sübh-şam
Gör tədarük səfəri Kərbübəla eylə xuram
Qoy üzün dərgəhinə ixlas ilə eylə salam
Üz qoyub bu dərgahə şahü-gəda bismillah
***
Çün olub icad küll kainatə bu səbəb
Məhrəmu əsrar həqdür məxzəni elmü-ədəb
Daxili cənnət olur zəvvar laşək bisəbəb
Türbəti hər dərd üçün olmuş şəfa bismilah
***
Rövzəsin hər kəs edə ömründə bir dəfə təvaf
Sanki yüz il edüb o Kəbə evində etikaf
Nazima bazari Yusifdir ələ al bir kəlaf
Qoy qədəm meydani rəzmə çək səda bismillah