Gəl birlikdə səcdə edək Allaha...
Gəl birlikdə səcdə edək Allaha
Varsa bir istəyin Allahdan dilə.
Bu yolda başqa ad gətirmə dilə.
Günlər aya dönür, aylar da ilə.
Nə qədər ki, ümüd vardır sabaha,
Gəl, birlikdə səcdə edək Allaha
Kim istəyir qəmli könlü sevinə,
Bismillah gətirsin daim dilinə.
Əlini ver, gedək Allah evinə
Tövbə edək dönməməklə günaha
Gəl, birlikdə səcdə edək Allaha
Bax bizi çağırır bu gələn avaz
Pak olmaqçün almalıyıq dəstəmaz
İqamə verilir, gəl qılaq namaz
Bu gündən son verək naqis tamaha
Gəl, birlikdə səcdə edək Allaha...
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.