» » » Gənclər üçün üsuliddin haqqında 2-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 2-ci Dərs
    +10
    Müəllif: Admin | 19-06-2014, 21:00 | Baxılıb: 1 566

    II dərs

    Allahı tanımanın insan həyatında rolu

    Allahı tanımaq insan həyatına aşağıdakı təsirləri göstərir:

    I. Allahı tanıma və elmin inkişafı.

    Təsəvvür edin sizin, bir dostunuz səfərdən gəlib. Sizin üçün bir kitab hədiyyə gətirmişdir. Deyir ki, bu, çox gözəl bir kitabdır. Kitabın gözəlliyinin səbəbini soruşduqda deyir ki, bunun müəllifi çox diqqətli, mahir, təcrübəli, bilikli və öz ixtisasında usta bir şəxsiyyətdir.

    Şübhəsiz ki, belə bir kitabı siz üzündən oxuyub keçməyəcəksiniz. Əksinə, onun bütün ifadə, cümlə, hətta kəlmələrinə diqqət edəcəksiniz. Bir cümləsini başa düşmədikdə neçə saat, bəlkə də neçə gün ona vaxt sərf edəcəksiniz. O vaxta qədər ki, o cümlənin məna və məfhumunu başa düşəsiniz.(Bunun səbəbi nədir?). Səbəbi də budur ki, o kitabın müəllifi adi şəxs deyil. Əksinə, o müəllif böyük bir alimdir. Hər kəlməsində belə hikmətlər vardır.

    Ancaq sizə desələr ki, bu kitabın üzü, cildi qəşəng olsa da, müəllifi savadsız bir bir insandır, yəqin ki, o kitabı təkcə üzündən oxuyub keçəcəksiniz. Başa düşmədiyiniz yerdə də «Bu da müəllifin savadsızlığı üzündəndir» deyəcəksiniz. İnsanın bu cür kitabın üzərində vaxt sərf etməsi heyfdir.

    Bu dünya da böyük bir kitaba bənzəyir. Onda olan hər bir məxluqat bir kəlmə, yaxud bir cümlə təşkil edir.Mömin bir şəxsin nəzərində bu dünyada olan bütün məxluqatın hamısı hikmət üzündəndir. Mömin olan şəxs Allahı tanımağın sayəsində xüsusi və fövqəladə bir diqqətlə dünya məxluqatının hikmət və sirrini öyrənməyə çalışır. (Məhz bu məsələ elmin inkişafında böyük rol oynayır.) Səbəbi də budur ki, mömin şəxs bilir ki, bu məxluqatı yaradanın tükənməz elm və qüdrəti vardır. Buna görə də bu hikmət, sirr və fəlsəfəni tapmaq üçün daha dəqiq və daha güclü mütaliələr edir, axtarışlar aparır.

    Materialist bir şəxs isə bu barədə heç bir mütaliə etmir. Çünki o, bunları yaradanı şüursuz təbiət bilir. Bəzi materialist alimlərin elm kəşf edənlər sırasına qoşulmasının səbəbi budur ki, onlar Allahı qəbul edir lakin bu Allahı təbiət adlandırırlar (və təbiətin Allah olduğunu iddia edirlər). Bunun səbəbi isə, materialistlərin təbiət üçün nizam-intizam, hesab və proqram iddia etməsidir.

    Qısa sözlə desək, Allahı tanımaq (və Ona pərəstiş etmək) elmin inkişafına səbəb olur.

    2.Allahı tanıma, çalışmaq və ümid.

    İnsan öz həyatında çətinliklərlə üzləşdikdə, qapılar hər tərəfdən onun üzünə bağlandığı zaman çətinliklərin müqabilində tənhalıq və zəiflik hiss etdikdə Allaha olan iman onun köməyinə tələsərək ona arxa və kömək olur.

    Allaha imanı olan şəxslər hec vaxt özlərini tənha və zəif hiss etmir, məyus olmurlar. Çünki onlar Allahın qüdrətinin hər şeydən üstün və çətinliklərin onun əlində asan olduğunu bilirlər. Onlar Allaha, Onun lütf- mərhəmətinə, köməyinə və himayəsinə ümid bağlamaqla çətinliklərə qarşı mübərizəyə qalxır və bütün qüvvələrindən istifadə edirlər. Ona ümid bağlamaqla çətinlikləri arxada qoyur, onlara qalib gəlirlər. Doğrudan da Allaha imanlı olmaq insanlar uçün böyük bir arxadır. Ona imanlı olmaq insanı səbrli və dözümlü edir. Ona iman bağlamaq ümid çırağını həmişə ürəklərdə saxlayır.

    Məhz bu səbəbdən mömin insanlar heç vaxt özlərinə qəsd etmirlər. Özünə qəsd etməyin səbəbi yalnız məğlub, ümidsiz və məyus olmaqdır. Mömin insanlar isə, heç vaxt məğlub və məyus olmurlar.

    3. Allahı tanıma və məsuliyyət hissi

    Bəzi həkimlər vardır ki, onlara kasıb və imkansız bir xəstə müraciət etdikdə müalicə üçün pul almamaqdan əlavə, onlara dərman almaq üçün öz ciblərindən pul da verirlər. Əgər xəstəlikləri bir qədər ciddi olarsa, səhərə qədər onun kasıb evində xəstənin başı üstə dururlar. Bu cür həkimlər Allaha inanan və mömin şəxslərdir. Eyni zamanda bir qism həkimlər də vardır ki, pul almamış xəstəyə yaxın durmurlar. Bunlar imansız, ya da imanı zəif olan insanlardır.

    İnsanın imanı olarsa, öz işində(hər hansı bir iş olursa, olsun) məsuliyyət hiss edəcəkdir. Öz vəzifəsini yaxşı biləcəkdir. Vəzifəsini yaxşı yerinə yetirəcəkdir, öz işində güzəştə gedəcəkdir. Öz daxilində əməllərini izləyən mənəvi bir keşikçi hiss edəcəkdir.

    İmansız insanlar isə xüdbin, özünüsevər və təhlükəli insanlardır. Özləri üçün hec bir məsuliyyət hiss etmirlər. Başqalarına zülm edib, onların haqqını tapdalamaq bu cür insanlar üçün cox sadədir. Belə insanlar yaxşı və xeyirxah işlər görməyə çox az razı olurlar.

    3.Allahı tanımaq və rahatlıq.

    Psixoloqların araşdırmalarından məlum olur ki, ruhi xəstəliyə məruz qalma hazırki dövrdə əvvəlki vaxtlardan daha çoxdur. Bunun səbəbini belə izah edirlər ki, bu xəstəliyə düçar olmağın səbəblərindən biri nigarançılıq hissi keçirməkdir. Gələcək hadisələrin, ölümün, müharibənin, kasıbçılığın, məğlubiyyətin və s. nigarançılığı insanı ruhi xəstəliyə düçar edir.

    Bunun müaliəcəsində isə əlavə edirlər:

    Bu nigarançılıq aradan qaldıran amillərdən biri də Allaha iman bağlamaqdır. Allaha iman bağlamaq nigarançılığı dəf edir.

    Mehriban, ruzi verən, bəndələrinin vəziyyətindən hər zaman agah olan və bəndələri ona üz tutan zaman onlara kömək edən Allah imanlı insanları bu çətinliklərdən də rahat və azad edir.

    Məhz bu səbəbdən həqiqi möminlər özlərini həmişə rahat hiss edirlər. Heç bir nigarançılıq onlara qalib gələ bilmir. Bütün işləri Allah xatirinədir. Buna görə də, bir ziyan gördükdə əvəzini Allahdan istəyirlər. Hətta müharibə meydanlarında təbəssüm və sevinc hiss olunur. Qurani- Məcid bu barədə belə buyurur:

    « Əlləziynə amənu və ləm yəlbisu imanəhum bizulmin ulaikə ləhumul əmn.» « İman gətirib imanlarını zülmlə (günahla) qatışdırmayanlar əmin- amanlıqdadırlar.» (Ənam, 82).

    Fikirləşin və cavab verin

    1.Ötüb keçmiş insanların həyatında iman və onun nişanələrini müşahidə etmisinizmi?

    2.Bilirsinizmi nə üçün özlərini mömin adlandıran və imandan dəm vuran, lakin mənəvi və əxlaqi pozğunluqlara düçar olan şəxslərdə imanın yuxarıda deyilən nişanəsi müşahidə olunmur?

     


     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi

     


     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 7
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nur Gul | Status: İstifadəçi Offline | 30 Haziran 2014 09:19 | İstifadəçi | Şərh yazdı

    Allah razi olsun


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Haziran 2014 00:04 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 22 Haziran 2014 02:08 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Amin Rehimli Allahim qarsiniza xeyir cixarsin Amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 20 Haziran 2014 10:00 | Administrator | Şərh yazdı
    1.Bəli müşahidə etmişəm,yaxşılıq etmələri ilə indi yaddaşlarda qalıblar.Özlərini ölməz etdilər.
    2.Məncə gündəmdə qalmaq üçün.Bu suala dəqiq cavab verə bilmədim...Qardaş zəhmət olmasa siz deyin.



    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 20 Haziran 2014 01:34 | İstifadəçi | Şərh yazdı
    .Ötüb keçmiş insanların həyatında iman və onun nişanələrini müşahidə etmisinizmi?Müşahidə etmişəm.Həmdə həmin insanlar olduqca gənc insanlar idi.Allah rəhmət etsin.
    .Bilirsinizmi nə üçün özlərini mömin adlandıran və imandan dəm vuran, lakin mənəvi və əxlaqi pozğunluqlara düçar olan şəxslərdə imanın yuxarıda deyilən nişanəsi müşahidə olunmur?Allahı tanımadıqlari üçünmü?imanlarının zəif oldugu üçün.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Təhminə | Status: İstifadəçi Offline | 19 Haziran 2014 23:44 | İstifadəçi | Şərh yazdı
    QARDAŞ, ALLAHA XATİR 2Cİ SUALIN CAVABINI YAZARDINIZ ZƏHMƏT OLMAZSA.
    ALLAH RAZI OLSUN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 19 Haziran 2014 21:58 | İstifadəçi | Şərh yazdı
    QARDAW  ALLAHU TALA DAIM RAZI OLSUN ALLAH SIZE UZUN OMUR VERSIN COX SAG OLUN COX WEYLERI OYREDMISIZ  BIZLERE ALLAHUMME SELLI ALE MUHEMMEDIN VE ALE MUHEMMED.... QARDAWIM AMA MEN BIRCE SUALA CAVAB VERE BILMEDIM EN SONDA 2 CI SUALA???? 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.